Xəbər lenti
» » Bakıda məşhur oteldə azyaşlı zorlandı: “Hadisənin görüntüləri var”

Bakıda məşhur oteldə azyaşlı zorlandı: “Hadisənin görüntüləri var”

Tarix: 04 fevral 09:52
Bakıda məşhur oteldə azyaşlı zorlandı: “Hadisənin görüntüləri var”














Bakının məşhur otelində 14 yaşlı qız evli kişi tərəfindən zorlanıb.

Bu barədə Oxu.Az-a zərərçəkmiş şəxsin vəkili Elnur Nəcəfov məlumat verib. O bildirib ki, zərəçəkmiş şəxsin atası bu məsələnin ictimailəşdirilməsini istəyib:

“Məsələ ilə bağlı sizə bildirəcəyim fikirlər, zərərçəkmiş şəxsin atasının mənə dediklərindən ibarətdir. Belə ki, zərərçəkmiş iddia edir ki, “Ambassador” otelin marketinq üzrə meneceri, eyni zamanda onlarla qonşuluqda yaşayan 26 yaşlı Əhmədov Nəriman Asif oğlu yetkinlik yaşına çatmayan qızı öz maşınına mindirərək “Ambassador” otelə aparıb. Otel nömrələrindən birinə keçərək onunla cinsi münasibətdə olub. Hadisənin yanvar ayında baş verdiyi bildirilib. Bundan əlavə həmin şəxsin ayrı-ayrı vaxtlarda 4 dəfə azyaşlını otel nömrəsinə apardığı da iddia edilir”.

Vəkil zərərçəkmiş şəxsin atasının mediaya verdiyi açıqlamlarda yetkinlik yaşına çatmayan qızın bəkarətinin pozulduğuna dair iddialarında da yer aldığını bildirib:

“Atası faktla bağlı Bakı Şəhər Prokurorluğuna müraciət edib. Prokurorluq isə öz növbəsində işi Nəsimi Rayon Polis İdarəsinə yönəldib. Həmiş şəxs haqqında cinayət işi başladılıb. Cinayət işi üzrə məsələ ilə bağlı müəyyən materiallar və ziddiyətli məqamlar nəzərə alınaraq faktla bağlı ekspertiza təyin edilib. Ekspertizanın rəyi alınana qədər isə şəxsin həbs edilməsi ilə bağlı tərəfimizdən vəsatət verilib. Lakin ekspertiza zərərçəkmişin iddialarının əksinə olaraq, azyaşlının bəkarətinin pozulmadığına dair qərar çıxarıb. Məhkəminin qərarı ilə qarşı tərəfə ev dustaqlığı verilib. Zərərçəkmiş tərəf məhkəmənin və ekspertizanın çıxardığı qərardan narazı olduqlarını bildirirlər”.

Qeyd edək ki, atası zərərçəkmişi başqa bir həkim yoxlamasına aparıb. Həkimlərin sözlərinə görə azyaşlıda zorakılıq əlamətləri və bəkarətin pozulması faktı var. Ekspertiza rəyində isə bunun əksi qeyd edilib.

Vəkilin sözlərinə görə, zərərçəkmişin atası hadisə gününə dair videogörüntülərin çəkildiyini, lakin dəlillərin gizlədildiyini də qeyd edir:

“26 yaşlı şəxs özü evlidir. Hadisə ciddi şəkildə araşdırıldığı üçün həmin şəxs bütün yazışmaları, görüntüləri silib və telefonunu satıb. Telefonun kimə satıldığı məlum deyil. Haqqında irəli sürülən bütün iddiaları təkzib edir. Azyaşlını heç vaxt öz avtomobilinə minmədiyini irəli sürür. Otel nömrəsində isə onunla sadəcə söhbət etdiyini deyir”.

Vəkil şikayətin Cinayət Məcəlləsinin 150(Seksual xarakterli zorakılıq hərəkətləri) və 152.1 (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddələri ilə verildiyini deyib. Lakin hazırda Cinayət Məcəlləsinin yalnız 152.1-ci maddəsi ilə cinayət işi açıldığı bildirilib.

Vəkil zərərçəkmiş 14 yaşlı qızın valideynlərinin prosesin gedişindən qəti şəkildə narazı olduqlarını bildiriblər:

“Zərərçəkən tərəfin hüquqlarını müdafiə etmək məqsədilə məhkəmənin qərarından apellyasiya yenidən baxılması üçün həftənin 5-ci günü axşam saat 18:00 radələrində müraciət ünvanlamışıq. Həftənin şənbə və bazar günləri qeyri-iş günü olmasına baxmayaraq müraciətə qısa zamanda cavab gəlib ki, birinci gün səhər saat 10:00-da məhkəmədir. Dəlillərin toplanmasına heç bir zaman tanımadılar. Zərrəçəkmişin atası yenidən ekspertiza təyin edilməsini və yoxlanılmasını istəyir. Əgər Azərbaycanda təkrar eyni qərar çıxarılarsa (bəkarətin pozulmadığına dair –red.) dərhal qızı ilə Gürcüstanda və ya Türkiyədə aidiyyəti məsələ ilə bağlı müayinənin aparılması üçün ixtisaslaşmış mərkəzlərə müraciət edəcəyini bildirir”.

Vəkil Elnur Nəcəfov iddia edilən məsələlərlə bağlı zəruri tədbirlərin görülməsinə dair vəsatətlərin verildiyini qeyd edib:

“İddiaların sübuta yetirilməsi üçün aidiyyəti orqanlardan qeyd edilən istiqamətlərdə şəhərin təhlükəsizlik kameralarından videogörüntülərin əldə olunmasına çalışırıq. Bütün dəlilllər toplandıqdan sonra məslə ilə bağlı yekun fikir söyləmək mümkündür”.

“Ambassador” otel ilə əlaqə saxlamağa çalışsaq da, telefonlarımıza cavab verilməyib.
 Oxunub: 29 


Oxşar xəbərlər:
Ən çox oxunanlar