• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

İrəvandan Kremlə qarşı de-mars: - Xocalı canisi Moskva ilə bazarlığa çıxarılır

gundem / siyaset

11-01-2019, 15:42

İrəvandan Kremlə qarşı de-mars: - Xocalı canisi Moskva ilə bazarlığa çıxarılır
















Ermənistanın sabiq prezidenti, Xocalı hərbi canilərindən olan Robert Köçəryan yenə həbsdə saxlanılıb. “Yeni Müsavat”ın erməni qaynağına istinadən verdiyi xəbərə görə, dünən İrəvanın Şenqavit rayonundakı birinci instansiya məhkəməsi eks-prezidentin girov qarşılığında sərbəst buraxılması barədə vəkilin vəsatətini təmin eləməyib.

Məlumata görə, proses qeyri-müəyyən vaxta qədər təxirə salınıb. Buna hakim Nelli Bağdasaryanın işə baxmaqdan könüllü imtinası səbəb olub. Köçəryanı pul girovu ilə azadlığa buraxmaq vəsatətini sabiq prezidentin vəkilləri qaldırıb. Ötən il dekabrın 28-də proses istintaqın təklifi ilə təxirə salınmış, srağagün - yanvarın 9-da isə yarımçıq qalmışdı.

Xatırladaq ki, Köçəryan 10 nümayişçinin öldürüldüyü 2008-ci il 1 mart qanlı hadisələrində əsas günahkar qismində tanınır. O vaxt o, prezident postunu tuturdu. Ermənistanın hazırkı baş nazir əvəzi Nikol Paşinyan isə prezident seçkisinin saxtalaşdırılması əleyhinə keçirilmiş həmin dinc etiraz aksiyalarının əsas təşkilatçısı idi.

*****

Onu da yada salaq ki, az öncə Rusiya prezidenti Vladimir Putin Nikol Paşinyanın qatı düşməni, həbsdə olan Robert Köçəryana şəxsən Yeni il təbriki göndərmiş və ona “möhkəm cansağlığı, dəyanət və iradə möhkəmliyi” arzulamışdı. Bu, şübhəsiz ki, Kremlin ona nümayişkaranə siyasi dəstəyi, Ermənistanın ikinci prezidentinin həbsinə etirazın bariz təzahürü idi.

Maraqlıdır ki, Putin Qarabağ klanının digər odioz üzvü, Nikol Paşinyan tərəfindən devrilmiş eks-prezident Serj Sərkisyanı da şəxsən təbrik eləmişdi. Bütün bunlar həm də o anlama gəlir ki, Moskva Ermənistanda Köçəryan-Sərkisyan cütlüyünə stavkasını davam etdirir və onların fors-major vəziyyətdə indiki inqilabçı hökumətə, zəhləsi getdiyi Nikola qarşı əsas alternativ qüvvə kimi ortaya çıxmasını, siyasi səhnəyə qayıtmasını arzulayır. Bu niyyətini heç gizlətmir də.

Göründüyü kimi, Paşinyan Putinin bu təhdid xarakterli jest və mesajlarına, üstəlik, özünün Moskva səfərindən sonra Ermənistana satılan qazın bahalaşmasına Kremlin gözləmədiyi reaksiyanı verib. Faktiki, Moskvaya qarşı de-marş edib. Bir daha Rusiya qarşısında müstəqil olmaq istəyini ifadə edib. Rusiya nəşrlərindən birinin yazdığı kimi, “Paşinyan Moskva üçün həqiqətən çətin, proqnoza yatmayan tərəfdaşdır və bu üzdən 2019-cu ildə Moskva-İrəvan münasibətləri qalmaqallarla zəngin olacaq”.

Bu yerdə onu da qeyd edək ki, Rusiya Ermənistana satdığı qazı bahalaşdırdıqdan dərhal sonra Paşinyan İrandan daha ucuz qaz tədarükü ilə bağlı Tehranla müzakirələrə başlayacağını istisna eləməmişdi. Təbii ki, bu açıqlama da Moskvaya qarşı başqa bir şantaj idi. Beləliklə, qənaət hasil olur ki, Moskva ilə İrəvan arasında 8 aydır təkcə söz savaşı getmir, eyni zamanda, ikitərəfli münasibətlər, daha dəqiqi, Ermənistanın Rusiyadan vassal asılılığı ciddi bir sınaqdan keçir.

*****

Bu xüsusda erməni KİV-lərində gedən şərhlər də diqqət çəkir.

Məsələn, “Yeni Müsavat”ın məlumatına görə, 1 in.am erməni portalında siyasi təhlilçi Sərkis Arsruni Paşinyan-Putin münasibətlərinə Köçəryan əngəlinə toxunaraq yazır: “Belə təəssürat yaranır ki, Ermənistan hökumətinə hələ də Köçəryan məsələsini İrəvan-Moskva əlaqələrinin gündəmindən çıxarmaq müyəssər olmayıb. Əlbəttə ki, bunu ucadan demirlər, ancaq heç bir şübhə yox ki, Paşinyan-Putin görüşlərində Ermənistanın ikinci prezidentinin məsələsi müzakirə edilir və ya ən azı, Ermənistanın baş nazirinə rus-erməni münasibətlərini Köçəryanın kölgəsindən çıxarmaq müyəssər olmur. Hiss olunur ki, Moskva bu məsələdən İrəvana kölgəvi təzyiq üçün istifadə edir”.

Köçəryanı erməni kriminal oliqarxiyasının yaradıcısı sayan məqalə müəllifinə görə, bu sistemin simvolunun həbsi köhnə oliqarxik sistemin ölümünü təsdiqləyən böyük hadisədir: “Başqa sözlə, problem heç də Köçəryanın personasında yox, Rusiyanın Ermənistana təsirini azaldacaq bir sistemin çöküşündədir. Başqa yandan, Putin üçün Köçəryan mühüm fiqurdur, çünki Rusiyanın hazırkı prezidenti və Ermənistanın sabiq prezidenti - 27 oktyabr cinayətinin (27 oktyabr 1999-cu ildə Ermənistan parlamentinin gülləbaran edilməsi - ”YM") əsas iki fiqurantıdır. Məhz həmin hadisədən sonra Ermənistanda Rusiyanın vassal rejimi bərqərar oldu və Köçəryanın şəxsi hakimiyyəti möhkəmləndi".

Köçəryanın sonrakı siyasi taleyinə toxunan erməni şərhçi daha sonra qeyd edir: “Ötən ilin sonunda Köçəryanın girov qarşılığında azad edilməsi haqda vəsatətə baxılmadı və təxirə salındı. Dünən (srağagün - red.) də eyni şey baş verdi. Əlbəttə ki, Köçəryanı həbsdə saxlamaq üçün bütün əsaslar var. Üstəlik, belə ağır cinayətlərdə suçlananlar nadir hallarda azadlıqda olur - hətta Qərb ölkələrində də belədir. Yəni sırf hüquqi müstəvidə ilk baxışda hər şey aydındır. Başqa yandan, əgər bu gün hakim namizədliyini geri çəkirsə, o zaman məhkəmə iclası qeyri-müəyyən müddətədək təxirə salına və uzana bilər. Görünür, ən çox ehtimal edilən ssenari də elə budur. Bu da o qənaətə gəlməyə əsas verir ki, Ermənistan hakimiyyəti Moskvanın Köçəryanla bağlı tələbini yerinə yetirməklə bağlı vaxt udmağa və ya erməni-rus münasibətlərini ikinci prezidentlə bağlı problemdən qurtarmağa çalışır. Böyük hesabla, gec-tez Robert Köçəryan məhkəmə qarşısında duracaq və 1 mart hadisələrinə, həmçinin də digər ağır cinayətlərə görə cavab verəcək. Hələliksə əfsus ki, onun komandası taktiki vəzifəni yerinə yetirə bilib - Köçəryanın işi maksimum siyasiləşdirilib. Üstəlik, Köçəryan faktoru Rusiya-Ermənistan münasibətlərində Paşinyanın əl-qolunu ciddi şəkildə bağlayır. Bu isə iki ölkə arasında böhranlı əlaqələri daha nəzərə çarpan edir”.

*****

Məqalədən də görünür ki, Paşinyan əslində Köçəryanla nə edəcəyini hələ dəqiqləşdirməyib. Daha doğrusu, o, Xocalı canisini məmnuniyyətlə Moskva ilə siyasi bazarlığa çıxarmaq istəyərdi ki, qarşılığında sonuncudan siyasi-iqtisadi xarakterli mühüm dividentlər qopara bilsin və hakimiyyətinin ömrünü uzatsın. Bəs bazarlıq alınacaqmı?

Bir az gözləyək.

Oxunub: 5 900
Paylaş:
Digər xəbərlər

gundem / dunya

28-12-2018, 12:14

Paşinyan Putini Ermənistana dəvət etdi

gundem / dunya

24-12-2018, 19:42

Düşmən ölkə üçün kritik gün - Paşinyan son dəfə “xalça üzərinə” çağırıldı

gundem / siyaset

28-09-2018, 13:04

"Paşinyanı Köçəryan-Sarkisyan quldur dəstəsindən qoruya bilərik" — Bayram Səfərov

gundem / dunya

3-08-2018, 13:32

Burada deyiblər “kiminin əvvəli, kiminin axırı” — ŞƏRH

gundem / dunya

28-07-2018, 13:59

Köçəryan həbs edildi — YENİLƏNİB

Şou Biznes
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Azərbaycanlı gənc model özündən 45 yaş böyük Dubay şeyxi ilə evləndi – “Mənim üçün əsas olan sevgidir”
ABŞ-yə köçən aparıcı restoranda lavaş bişirir - “Bundan utanmıram”-Video
"Sosial şəbəkədə hoqqa verənləri qəhrəman etmisiniz"
Cəmiyyət
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
Dünən, 08:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 08:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 08:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Kriminal
20-07-2026, 10:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 09:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 09:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Son xəbərlər
  • Dünən, 12:11
    İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
  • Dünən, 11:39
    Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
  • Dünən, 10:17
    Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
  • Dünən, 10:00
    "Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
  • Dünən, 09:01
    Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
  • Dünən, 09:00
    "Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
  • Dünən, 08:50
    Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
  • Dünən, 08:37
    Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
  • Dünən, 08:27
    Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
  • Dünən, 08:15
    Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
  • Dünən, 08:11
    Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
  • Dünən, 08:06
    Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
  • 24-07-2026, 16:00
    İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
  • 24-07-2026, 15:30
    Bakıda bu evlərin qiyməti kəskin qalxır
  • 24-07-2026, 14:22
    Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
  • 24-07-2026, 14:00
    Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
  • 24-07-2026, 13:46
    İlham Əliyev bu qanunu təsdiqlədi
  • 24-07-2026, 13:41
    Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
  • 24-07-2026, 13:37
    Prezident bu ölkədəki səfiri geri çağırdı
  • 24-07-2026, 13:34
    Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
  • 24-07-2026, 12:10
    Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
  • 24-07-2026, 12:07
    Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
  • 24-07-2026, 11:03
    Balakəndə küçə itlərini zəhərləyirlər?
  • 24-07-2026, 10:11
    Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
  • 24-07-2026, 10:07
    Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
  • 24-07-2026, 10:03
    İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
  • 24-07-2026, 09:54
    Şantaj körpüsü
  • 24-07-2026, 09:46
    Nazirlik 75 min nəfəri sevindirdi - RƏSMİ MƏLUMAT
  • 24-07-2026, 09:42
    Həftəsonu temperatur çox yüksək olacaq - Xəbərdarlıq
  • 24-07-2026, 09:39
    Bakı-Quba yolunda avtomobil piyadanı vurub öldürdü - Anbaan video
  • 24-07-2026, 09:10
    Dənizdə batan 17 yaşlı Arzunun - Fotosu
  • 24-07-2026, 09:04
    Azərbaycan nefti sürətlə bahalaşır: 110 dollara yaxınlaşır
  • 24-07-2026, 09:00
    Qurban Qurbanov: "Cavab oyununda daha yaxşı nəticə qazanmağa çalışacağıq"
  • 24-07-2026, 08:52
    Elmar Vəliyevə aid olduğu deyilən bazar 18 milyona satılır - Fotolar
  • 24-07-2026, 08:32
    Rusiyada böhran dərinləşir - Kremldə qadağaların uzadılması müzakirə edilir
Daha çox
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
22-07-2026, 16:00
Paşinyanın referendum XOFU
23-07-2026, 16:00
Rusiya və erməni mediası Prezident Əliyevə qarşı birləşdi
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
21-07-2026, 18:19
“Vətənə xəyanət edənlərə yazığım gəlir” - Hikmət Hacıyevdən Tural Sadıqlıya
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə