Xəbər lenti
» » ADU-da dekan-rektor qalmaqalı pik həddə - QALMAQAL

ADU-da dekan-rektor qalmaqalı pik həddə - QALMAQAL

Tarix: 11 yanvar 12:31
ADU-da dekan-rektor qalmaqalı pik həddə - QALMAQAL
















Azərbaycan Dillər Universiteti ali məktəbdə yaşanan son hadisələrlə bağlı bəyanat yayıb. “Qafqazinfo” xəbər verir ki, bəyanatda bildirilir ki, bu gün Azərbaycan Dillər Universiteti ölkəmizin ali təhsil ocaqları arasında öz yüksək adını və nüfuzunu daha da artırmaq, universiteti tədris və elmi istiqamətlərdə müasir tələblərə uyğun səviyyəyə qaldırmaq əzmi ilə yaşadığı zamanda bir sözündə belə həqiqət olmayan, bu təhsil ocağının məzunu və əməkdaşı olan Vüsalə Ağabəylinin şər və böhtan dolu iftiraları ilə üzləşib.

Özünün də təhsil aldığı, müəllim və dekan kimi fəaliyyət göstərdiyi ADU-nun müəllimlərini savadsız, tələbələrini biliksiz adlandıran şəxs indi isə bütün iftira və yalanlarla dövləti aldatmağa cəhd göstərir. Eyni zamanda ADU-nun Müdafiə Şurasını müdafiə olunan işlərin 90 faizinin saxta və müəyyən maddiyat qarşılığında təşkil olmasında ittiham edir. Bununla bağlı Müdafiə Şurasının üzvlərinin öz etirazlarını yazılı şəkildə universitet rəhbərliyinə bildirmiş və bu şəxsin cəzalandırılmasını tələb ediblər.

Bu gün Vüsalə Ağabəyli tələbənin savadsız olmasına birbaşa məsul şəxs özü olduğu halda, vəzifə borcunu yerinə yetirmədiyinin günahını başqa şəxslərdə axtarır. Artıq belə bir məqamda nə ADU-nun yüzlərlə ləyaqətli əməkdaşı, nə də tələbələri səbrli ola bilmirlər.

Vüsalə Ağabəyli bir dekan kimi çalışdığı müddətdə öz işinin öhdəsindən nəinki gəlmiş, hətta öz vəzifəsindən sui-istifadə edərək tələbələrin problemlərinə etinasız yanaşmış, onların dekana ünvanlanan ərizələrinə, haqlı xahişlərinə belə göz yumub. Onlarla tələbənin ərizəsi hansısa gizlin məqsədlə bu gün də baxılmamış qalmaqdadır. Bununla bağlı hər həftə iştirak etdiyi rektoratlarda, ayda bir dəfə qatıldığı Elmi Şuralarda bir dəfə də olsun tələbələrin ona olan müraciətlərini dilə gətirməmiş, qeyri-məlum səbəbdən tələbə müraciətlərini cavabsız qoyub.

Rektorun əmri ilə təşkil olunan açıq dərsləri öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək universitetdə qəbul edilən qaydalara məhəl qoymadan təşkil etmiş, o, dərslərdə 10 dəqiqə iştirak etməklə və nəticəni açıq dərsi deyən müəllimin iştirakı olmadan müzakirə edərək qərəzli şəkildə müəllimləri qeyri-kafi qiymətləndirib. Bununla da universitet kollektivi arasında süni şəkildə narazılıq yaratmağa çalışıb.

Özü-özünü təkzib edən şikayətçi “Virtual kafedra” anlayışının da fərqinə varmamış və özünün gizlin arzusunda olduğu kafedraya “virtual” olsa belə başqasının ictimai əsaslarla rəhbərlik etməsini də həzm edə bilməyib.

Öz tərcümeyi-halını da məktuba əlavə edən V.Ağabəyli nədənsə 2002-2005-ci illərdə çalışdığı “Xural” qəzetindəki fəaliyyətini yazmağı “unutsa da”, yazı üslubunda və hərəkətlərində YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızının dediyi kimi “Xural”ı unutmayıb.

Heç bir seçki keçirilmədən seçkili vəzifə olan R.Behbudov 134 üzrə ərazi ilk YAP Təşkilatının Qadınlar Şurasına özü-özünü sədr “təyin” edən V.Ağabəyli bu məqamda da ölkəmizin birinci xanımını, bununla da dövləti aldatmağa cəhd edib. Başqa bir yalan da odur ki, məktubunda tələbəliyinin birinci kursundan YAP üzvü olduğunu bildirən V.Ağabəyli öz bioqrafiyasında bunun məhz 2011-ci ildə (27 yaşında) baş verdiyini qeyd edib.

Qaranlıq karyera yüksəlişinə Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin yaratmış olduğu Yeni Azərbaycan Partiyasını da alət etmək ancaq öz nailiyyətinə özünün belə inanmadığı, saxtakar şəxslərin işi ola bilər. Biz bu gün ADU-nun filologiya və jurnalistika fakültəsinin dekanı, özünü ictimaiyyətə ADU YAP Qadınlar Şurasının sədri kimi təqdim edən Vüsalə Ağabəylinin simasında buna şahid oluruq. Əslində, Qadınlar şurasının sədri seçkisinin keçirilməsi ilə bağlı da hansısa sənəd və ya protokol yoxdur. Buna görə onun belə bir ictimai-siyasi vəzifəni tutması ilk ərazi təşkilatı və ADU-da YAP üzvü olan ziyalı qadınlar tərəfindən də tanınmır. Bu haqda YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili hörmətli Məlahət İbrahimqızı da mətbuatda öz fikrini ifadə edib.

Şəxsinə ADU-da ögey münasibətdən bəhs edən V.Ağabəyli təkcə 2017-2018-ci illərdə Gürcüstan, Macarıstan, Türkiyə, Finlandiya və İspaniyada universitetin rəhbərliyinin göndərişi ilə müxtəlif beynəlxalq proqramlarda, həmçinin ölkəmizdə keçirilən gənc alimlərin, müəllimlərin qurultaylarda, forumlarda, seminarlarda və konfranslarda iştirak etmiş və universiteti təmsil edib.

İşində buraxdığı nöqsanlara görə aldığı tənbeh cəzasını özünə qarşı böyük ədalətsizlik aktına çevirən ərizəçi bu halı bütün əməkdaşlara qarşı hesab edir, halbuki onun müxtəlif vəzifəli şəxslərə, xüsusən ölkəmizin birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya ünvanladığı bu yalan və böhtan dolu müraciətə universitetin bütün kollektivi qarşı çıxır, bu halı qətiyyətlə pisləyirlər. Bu məsələ ilə bağlı Universitetin rəsmi saytına hər gün onlarla müraciətlər daxil olur.

Bu gün özünü dekan kimi təqdim edən şəxsin tutduğu vəzifəyə seçilməsi belə doğru-düzgün aparılmayıb. Belə ki, dekan seçkiləri heç bir kafedrada müzakirə edilməmiş və protokollaşdırılmayıb.
 Oxunub: 14 


Oxşar xəbərlər:
Ən çox oxunanlar