Xəbər lenti
» » Həccdə daha bir azərbayсanlı dünyasını dəyişdi (VİDEO)

Həccdə daha bir azərbayсanlı dünyasını dəyişdi (VİDEO)

Tarix: 29 sentyabr 09:40
Həccdə daha bir azərbayсanlı dünyasını dəyişdi (VİDEO)

Bu gün daha bir Azərbayсan vətəndaşı Həcc ziyarəti zamanı dünyasını dəyişib.

ANS PRESS-in məlumatına görə, Müqəddəs torpaqda şəhid olan üçünсü Azərbayсan vətəndaşı 79 yaşlı Yardımlı sakini Şirinov Əzizağa olub. Mərhum yaşadığı oteldə ürək çatışmazlığından dünyasını dəyişib. O, Həccin bütün vacib əməllərini yerinə yetirmişdi.

Dünyasını dəyişən azəbaycanlı zəvvar Əzizağa Şirinov sabah mühacirlər üçün nəzərdə tutulmuş məsciddən son mənzilə yola salınacaq. O, digər iki şəhid zəvvarlarımız kimi Məkkədəki Həcc ziyarəti şəhidləri üçün olan qəbirstanlıqda dəfn ediləcək.

Bundan əvvəl isə zəvvarlarımız 60 yaşlı Fəxrəddin Zeynalov və 57 yaşlı Kəklik Aslanova Həcc ziyarəti zamanı dünyasını dəyişmişdi. Sentyabrın 27-də hər iki zəvvarlarımız Məkkədəki Həcc ziyarəti şəhidləri üçün olan qəbirstanlıqda torpağa tapşırıldı.

Dəfn mərasimində Azərbaycanın Səudiyyə Ərəbistandakı səfirliyindən nümayəndə və Qafqaz Müsəlmanları İdarəsinin rəsmiləri iştirak etmişdi.

Fəxrəddin Zeynalov və 57 yaşlı Kəklik Aslanova Minada şeytana birinci daş atma mərasimdən sonra günvurmadan ölmüşdü.

Həccdə daha bir azərbayсanlı dünyasını dəyişdi (VİDEO)

Fəxrəddin Zeynalov - Həccdə dünyasını dəyişmiş zəvvar

60 yaşlı Fəxrəddin Zeynalov əslən Qubadlı rayonunun Dondarlı kəndindən olub. Ürək tutmasından qəfil dünyasını dəyişən Fəxrəddin Zeynalov Xırdalan şəhərində yaşayıb, su idarəsində çalışıb. Məcburi köçkün olan Fəxrəddin Zeynalov 3 oğul, bir qız atası idi.

Bu il Həcc zamanı Minada şeytana birinci daş atma mərasimi zamanı vermiş faciə nəticəsində 753 nəfər ölüb, 863 nəfər isə yaralanıb. Sonuncu dəfə bu cür hadisə 2006-cı ildə baş vermişdi. Həmin faciədə 360-dan çox zəvvar dünyasını dəyişib.

Minadakı faciə bu il Məkkədə Həcc zamanı baş verən dördüncü bədbəxt hadisə sayılır. Əvvəl Məkkə şəhərində daşqın olub. Sonra Məscidi Həramda kranın aşması nəticəsində 107 nəfər ölüb, 238 nəfər isə xəsarət alıb. Ardınca Məkkədə dağ uçqunu nəticəsində 2 nəfər ölüb.

PATRIOT.AZ
 Oxunub: 173 


Oxşar xəbərlər:
Ən çox oxunanlar