Xəbər lenti
» » Qorbaçov xəstəxanaya yerləşdirildi

Qorbaçov xəstəxanaya yerləşdirildi

Tarix: 28 sentyabr 16:44
Qorbaçov xəstəxanaya yerləşdirildi


SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçovun halı qəfildən pisləşdiyindən o, təcili olaraq Moskvadakı xəstəxanaların birinə yerləşdirilib.

Virtualaz.org saytı “LifeNews”a istinadən xəbər verir ki, həkimlər bazar ertəsinə keçən gecə vəziyyəti ağırlaşan Qorbaçovu müayinə edəndən sonra onun xəstəxana şəraitində müalicə almalı olduğunu bildiriblər.

Qorbaçovun səhhətinin ağırlaşması, ağır xəstə olması barədə bundan əvvəl də xəbərlər yayılıb. Bundan sonra Qorbaçov ictimaiyyət qarşısına çıxmışdı. O, alman jurnalisti Vilfrid Şarnaqlın “Kursun dəyişməsi” adlı kitabının təqdimat mərasiminə qatılmış və orada çıxış etmişdi.


PATRIOT.AZ
 Oxunub: 450 


Oxşar xəbərlər:
Ən çox oxunanlar