Xəbər lenti
» » İt mübahisəsinə görə adam öldürən gəncin məhkəməsi başladı

İt mübahisəsinə görə adam öldürən gəncin məhkəməsi başladı

Tarix: 28 sentyabr 15:23
İt mübahisəsinə görə adam öldürən gəncin məhkəməsi başladı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Elçin Çobanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Virtualaz.org saytının əldə etdi xəbərə görə, prosesə hakim Rasim Sadıxov sədrlik edib. Məhkəmə baxışı oktyabrın 1-ə təyin olunub.

Qeyd edək ki, bu il yanvar ayının 6-da Bakının Səbayel rayonu ərazisində iki dost bıçaqlanıb. Hadisə “Sahil” metrosu yaxınlığında, Bülbül prospektində, “Sahil bağı” adlanan parkda baş verib.

Bıçaqlanan şəxslərdən biri - 1989-cu il təvəllüdlü Həsən Namiq oğlu Həsənov hadisə yerində dünyasını dəyişib.

Digər yaralı - 22 yaşlı Orxan Məmmədzadə isə qarın boşluğundan xəsarət alıb.

Hadisəni törədən Elçin Çobanov bir gün sonra həbs olunub. O, ilkin ifadəsində həyat yoldaşı Leyla Çobanovanın Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil aldığını, insidentin həyat yoldaşının dərsdən çıxıb, rəfiqələri ilə evə qayıtdığı zaman baş verdiyini deyib.

“Sahil” bağından keçərkən Həsən Həsənovun gəzdirdiyi it onun həyat yoldaşına hürməyə başlayıb. Elçin Çobanov buna görə əsəbiləşib və Həsən Həsənovdan itini kənara çəkməyi tələb edib. Oğlan bu tələbin qarşılığında itin ağzının bağlı olduğunu, qızlara xəsarət yetirə bilməyəcəyini deyib.

Tərəflər arasında mübahisə yaranıb və Elçin Çobanov üzərində gəzdirdiyi bıçağı çıxararaq əvvəlcə Həsən Həsənova, sonra isə söhbətə müdaxilə edən Orxan Məmmədzadəyə zərbə endirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.2 və 29,120.2.7-ci maddələri ilə cinayət işi başlanıb.
İt mübahisəsinə görə adam öldürən gəncin məhkəməsi başladı

PATRIOT.AZ
 Oxunub: 175 


Oxşar xəbərlər:
Ən çox oxunanlar