Xəbər lenti
» » Çavuşoğlu: Türkiyə Bəşər Əsədlə əməkdaşlığı nəzərdən keçirə bilər

Çavuşoğlu: Türkiyə Bəşər Əsədlə əməkdaşlığı nəzərdən keçirə bilər

Tarix: 18 dekabr 09:27
Çavuşoğlu: Türkiyə Bəşər Əsədlə əməkdaşlığı nəzərdən keçirə bilər















Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankaranın Bəşər Əsəd rejimi ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirməsinə dair iddiaları təkzib edib.

“Report” xəbər verir ki, onun sözlərinə “Anadolu” agentliyi sitat gətirib.

“Biz Əsədin etdiklərini qəbul etdiyimizi heç vaxt deməmişik və deməyəcəyik. Bizə sual olunub: ədalətli seçkilər keçiriləcəyi təqdirdə Əsədlə işləyəcəksinizmi? Mən cavab verdim: əgər belə (demokratik – red.) seçkilər olarsa, hamı bu vəziyyəti nəzərdən keçirə bilər. Mən bizim Əsədlə işləyəcəyimiz və ya onu qəbul edəcəyimiz anlamına gələ biləcək ifadə işlətməmişəm”, – deyə Çavuşoğlu bildirib.
 Oxunub: 18 


Oxşar xəbərlər:
Ən çox oxunanlar