Cəmiyyətin həyatında mühüm rol oynayan informasiyanın əhəmiyyəti getdikcə artır. Xüsusilə də kompüter texnologiyalarının sürətli inkişafına yol açan informasiya cəmiyyətinin formalaşması da informasiya mübadiləsinin yaranması ilə bağlıdır.
Mütəxəssislər qeyd edirlər ki, müasir dünyada informasiya həm də çox baha qiymətə satılan, mübadilə edilən məhsuldur. Bu gün informasiya artıq adi məlumatlıq çərçivəsindən çıxıb, insanların dünyagörüşünü formalaşdırmaqla yanaşı, məsafələri qısaldır, insanları bir-birinə yaxınlaşdırır. Eyni zamanda, insan hüquqlarının qorunmasında da informasiya öz sözünü deyir.
Bir mətbuat orqanı üçün dərc edilən faktın obyektiv, qərəzsiz olması çox vacibdir. Mozalan.az olaraq bu prinsipi daim rəhbər tuturuq.
Bəzən saytın ünvanına çoxsaylı şikayətlər daxil olduğundan informasiyanı tam yoxlamaq olmur. Sonradan məlum olur ki, hər hansı şəxs haqda poçta göndərilən məlumat qərəzli iiş.
Mozalan.az saytının ötən saylarını birində Quba rayon Təhsil Şöbəsi ilə bağlı məlumat gedib. Qeyd edilirdi ki, Quba rayonu Təhsil Idarəsinin rəisinin maaşını alan Rüfət Hacıyevin ,vəzifəsindən sui istifadə edərək çoxsaylı qanunsuzluqlar edir. Rayon üzrə hər müəllimdən 15-20 manat qəzet pulu adı altında yığılaraq mənimsənilir və s.
Qeyd edilən yazı ilə bağlı araşdırmalarımız davam etmiş, lakin göstərilən faktlar təsdiqini tapmamışdır. Üstəlik məlum olub ki. Eyni tipli yazı bu ilin may ayında da bəzi saytlarda tirajlanıb.
Təhsil şöbəsinə müdir təyin olunanadək rayondakı orta məktəblərin birində direktor işləyən , gənc kadr olan Rüfət Hacıyevə qarşı qara piar aparmaq və saytlara qərəzli informasiya vermək kimə lazımdır?
Qubada hamı deyir ki, onun təyinatından sonra direktorlar da, müəllimlər də, valideynlər də rahat nəfəs almağa başlayıb.
Sabiq TŞ müdiri Loğman Müslümovun vaxtındakı total korrupsiya artıq yoxdur. Onun “fəaliyyəti” baradə internetdə kifayət qədər yazı var. Bir milyon manatı mənimsəməsi, çoxsaylı biznes şəbəkəsi barədə istənilən tipdə məqalə tapmaq mümkündür.
Görünür qisas hissi sabiq müdiri rahat buraxmır. Biznesini qoruyub saxlasa da yeni rəhbərlik haqda mediadakı gecləri vasitəsilə informasiyalar yayır.