12-12-2018, 14:42
Siqaretin qiyməti bahalaşır

Siqaretin qiyməti bahalaşır














2019-cu ilin yanvarından siqaretlərin qiyməti bahalaşacaq.

Qaynarinfo-nun əldə etdiyimiz məlumata görə, siqaret istehsalçıları tərəfindən mağaza və marketlərə dekabrın 28-dən yanvarın 4-ə siqaret paylanılmasının dayandırılacağı bildirilib.

Həmçinin yanvar ayından etibarən qiymətlərdə 20-50 qəpik arası bahalaşma olacağı barədə xəbərdarlıq edilib.

Qeyd edək ki, bir neçə gün öncə “Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında” qanun Milli Məclisdə müzakirə edilərək, qəbul olunub. Dəyişikliyə görə, Azərbaycanda istehsal olunan alkoqollu, alkoqolsuz energetik içkilər, siqarlar, elektron siqaretlər aksiz vergisinə cəlb ediləcək. Məcəllənin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən əlavəyə əsasən, alkoqollu energetik içkilərin hər litrinə 2 manat, alkoqolsuz energetik içkilərin hər litrinə 3, siqarların, o cümlədən ucları kəsilən siqarların hər bir ədədinə 1, elektron siqaretlər üçün mayenin hər litrinə 20 manat aksiz vergisi tutulacaq.

Bu səbəbdən enerji içkilərinin də qiymətində bahalaşma olacağı gözlənilir.
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın