• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Azərbaycanın XİN başçısı: “Ermənistanın atdığı addımlar etimadı pozur”

gundem / siyaset

7-12-2018, 14:10

Azərbaycanın XİN başçısı: “Ermənistanın atdığı addımlar etimadı pozur”















“ATƏT məkanında mövcud münaqişələr sülhə və təhlükəsizliyə ən ciddi təhdid olaraq qalır. Azərbaycanın prinsipial mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də dövlətlərin beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsinə əsaslanır. Vyanada keçirilmiş Nazirlər Şurasının sonuncu sessiyasından bəri, indiyədək biz Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində heç bir konkret irəliləyiş görməmişik. Əfsuslar olsun ki, gücdən istifadə etməklə ərazilərin ilhaqının yolverilməzliyi, beynəlxalq hüququn ciddi pozulması ilə nəticələnmiş vəziyyətin tanınmaması öhdəliyi və bu vəziyyətin saxlanılmasına köməklik və ya yardım göstərilməsindən çəkinmək kimi fundamental prinsiplər vasitəçi ölkələr tərəfindən selektiv tətbiq olunur”.

“Report” xəbər verir ki, bunu ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) Milandakı (İtaliya) illik iclasında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

“Eyni zamanda, biz danışıqlar formatının sual altına alınması ilə bağlı Ermənistanın davamlı cəhdlərini müşahidə etdik. Diasporunun fəal dəstəyi ilə Yerevan yüz minlərlə azərbaycanlı məcburi köçkünün, onların doğma yurd-yuvalarına qayıtmaq hüququ da daxil olmaqla insan hüquqlarının pozulması, Azərbaycanın işğal olunmuş ərazilərinin demoqrafik, mədəni və fiziki xarakterinin dəyişdirilməsi qeyri-qanuni təcrübəsini davam etdirir. 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını kobudcasına pozaraq, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşma və digər fəaliyyətlərini davam etdirməkdədir. İşğal olunmuş ərazilərdə qeyri-qanuni hərbi və mülki infrastrukturun yaradılması da daxil olmaqla Ermənistan tərəfinin qanunsuz fəaliyyəti onun işğalı möhkəmləndirmək və baş vermiş faktla (fait accompli) üz-üzə qoymaq məqsədi daşıyan niyyətini və sistemli siyasətini nümayiş etdirir. Bu addımlar, xüsusilə də Ermənistanın imtina etməsi səbəbindən Azərbaycanın işğal olunmuş ərazilərinə fakt araşdırıcı qiymətləndirmə missiyasının göndərilməsində uğursuzluq, sülh prosesində etimada xələl gətirir”, – nazir bildirib.

XİN başçısı deyib ki, ATƏT-ə üzv dövlətlərin ərazilərinin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı olan bu qanunsuz fəaliyyətlər üçün istifadə olunması tamamilə qəbuledilməzdir: “Bu, müvafiq mandatlara, ATƏT-in əsas prinsiplərinə, öhdəliklərinə və qərarlarına ziddir. Biz müvafiq iştirakçı dövlətləri Ermənistan, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış Ermənistanın tabeliyində olan qanunsuz rejimin agentləri tərəfindən suveren torpaqlarının Azərbaycanın qanuni təhlükəsizlik maraqlarına qarşı istifadə olunmasının qarşısını almaq üçün təxirəsalınmaz effektiv addımlar atmağa çağırırıq.

BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Helsinki Yekun Aktının prinsipləri və ATƏT-in qərarları və sənədləri münaqişənin həllinin və Minsk Konfransının həmsədrlərinin mandatının əsasını təşkil edir. BMT-nin 1993-cü ildə qəbul etdiyi qətnamələr işğalçı qüvvələrin bütün işğal olunmuş Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını və qarşılıqlı addım kimi kommunikasiya və nəqliyyat əlaqələrinin açılmasına və məcburi köçkünlərin evlərinə qayıtmasına yardım göstərməyi tələb edir. Bu yanaşmanın əsas konsepsiyası münaqişənin nəticələrini aradan qaldırmağa, digər siyasi məsələlərin isə Minsk Konfransı çərçivəsində davam edən danışıqlar vasitəsilə həllinə əsaslanır.

Azərbaycan hesab edir ki, sülhə, sabitliyə və qarşılıqlı faydalı regional əməkdaşlığa alternativ yoxdur və o, münaqişənin qısa zamanda siyasi həllində ən maraqlı tərəfdir. Münaqişənin həlli yalnız beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında mümkündür”.

Oxunub: 5 692
Paylaş:
Digər xəbərlər

gundem / siyaset

2-11-2018, 16:30

Ermənistanın regional təcridi dərinləşir - İrandan Azərbaycanın ərazi bütövlüyünə dəstək

gundem / siyaset

18-10-2018, 13:18

XİN-dən Kəlbəcərdə “Sidney” adlı qəsəbənin salınması məsələsinə münasibət

gundem / siyaset

15-10-2018, 13:44

“Ermənistanda seçkilərdən sonra bu dövlətin yeni hökuməti anlayacaq ki...” — Rəsmi Bakıdan bəyanat

gundem / siyaset

13-09-2018, 13:48

Rəsmi Bakıdan Paşinyana sillə kimi cavab: “Savadını artırsın”

Şou Biznes
Mustafa Ceceli və digər məşhur simalar saxlanıldı
Türkiyə millisinə yeni himn bəstələyəcək
"Mənim gücüm olsaydı eləsinin nəslini süpürərdim"
Hasan Can Kaya və “Reynmen” saxlanıldı
Azərbaycan şou-biznesində vətənpərvər xanım müğənni
Ağadadaş Ağayev amnistiyaya düşdü - cəzadan azad edilir
Cəmiyyət
Bu gün, 19:46
Biləcəridə ekoloji cinayət: kimlər himayə edir?
Bu gün, 16:00
Mayda iki dəfə iş saatı qısaldılacaq
Bu gün, 10:27
Bank borcu olan müştərinin qohumuna zəng etdi - Cərimələndi
Bu gün, 10:15
Çörəyin qiyməti ilə bağlı qərar verildi
Bu gün, 09:40
Ölkədə maaşlarla bağlı VACİB XƏBƏR
Bu gün, 09:26
Şeyxülislamdan anti-Azərbaycan iddialarına SƏRT cavab
Kriminal
7-04-2026, 09:32
Tovuzda 19 yaşlı qız oğurlandı - 4 nəfər tutuldu
2-04-2026, 09:32
Bakıda ər-arvad bıçaqlandı - 18 yaşlı övladları tutuldu
30-03-2026, 08:40
Doğum zamanı körpə öldü
Son xəbərlər
  • Bu gün, 19:46
    Biləcəridə ekoloji cinayət: kimlər himayə edir?
  • Bu gün, 16:00
    Mayda iki dəfə iş saatı qısaldılacaq
  • Bu gün, 15:30
    Nüvə silahı: İranın ambisiyası, Türkiyənin dilemması və qlobal sistemin sərhədləri
  • Bu gün, 14:22
    Ermənistan Təhlükəsizlik Xidmətində Qarabağ bölməsi yaradılıb? – İDDİA
  • Bu gün, 13:43
    Rusiyada DƏHŞƏT: Dağıntılar altında qalanlar var
  • Bu gün, 13:12
    Azərbaycan AŞ PA-ya qayıdacaqmı? - GƏLİŞMƏ
  • Bu gün, 12:13
    “İranda dini rejim yerini təhvil verir” İDDİASI
  • Bu gün, 11:57
    Prezident İlham Əliyev: Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq
  • Bu gün, 11:54
    İlham Əliyev: Güləş federasiyası gənc idmançıları toplanışlara cəlb etmək üçün işini bundan sonra da təkmilləşdirəcək
  • Bu gün, 11:51
    İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib - Yenilənib
  • Bu gün, 10:31
    Masallıda 14 kiloqram narkotik vasitə aşkarlanıb
  • Bu gün, 10:27
    Bank borcu olan müştərinin qohumuna zəng etdi - Cərimələndi
  • Bu gün, 10:22
    Okamponun videoetirafı - “Paşinyanı uzaqlaşdırmaq lazımdır”
  • Bu gün, 10:15
    Çörəyin qiyməti ilə bağlı qərar verildi
  • Bu gün, 09:49
    Pezeşkian hərəkətə keçdi: Müharibə bölgələri ilə bağlı təcili QƏRAR
  • Bu gün, 09:43
    Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək
  • Bu gün, 09:40
    Ölkədə maaşlarla bağlı VACİB XƏBƏR
  • Bu gün, 09:26
    Şeyxülislamdan anti-Azərbaycan iddialarına SƏRT cavab
  • Bu gün, 09:11
    Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
  • Bu gün, 09:04
    Neftin qiyməti ilə bağlı SON DƏQİQƏ XƏBƏRİ
  • Bu gün, 09:00
    Min manat borca görə ölkədən çıxışa “stop” qoyulur?
  • Bu gün, 08:58
    Bu tarixlərdə iş olmayacaq
  • Bu gün, 08:41
    Azərbaycanda zəlzələ OLDU
  • Bu gün, 08:37
    "Axios": ABŞ İrana qarşı yeni hücum planı hazırlayıb
  • Bu gün, 08:33
    Bakı sakinlərinə pis xəbər
  • Bu gün, 08:30
    ADNA-da törədilən terror aktından 17 il ötür
  • Bu gün, 08:25
    XTQ-nin yaradılmasından 27 il ötür
  • Dünən, 16:00
    Az idi zəhlətökən, Zöhran da Nyu-Yorkda zühur etdi
  • Dünən, 15:30
    Dörd Avropa liderlərinin ardarda səfəri - Bakı ilə münasibətlər zərurətə çevrilir
  • Dünən, 12:37
    TƏCİLİ! İrəvanda həlledici danışıqlar, GÜNDƏLİKDƏ olan əsas məsələ...
  • Dünən, 12:07
    Abşeronda geniş əməliyyat - Saxlanılanlar var
  • Dünən, 12:02
    Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
  • Dünən, 11:58
    Demokratlar Trampı məhkəməyə verir - TƏFƏRRÜATLAR
  • Dünən, 11:30
    Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət edib
  • Dünən, 11:17
    Büdrəyib yıxıldı: Trampa sui-qəsd cəhdi necə baş tutmadı?
Daha çox
24-04-2026, 14:09
“Qərəzli iddialar həqiqəti dəyişmir: Məzahir Səlimovun fəaliyyəti açıq və şəffafdır”
24-04-2026, 09:46
5 güləşçimiz mübarizəyə başlayır
24-04-2026, 09:50
Aİ Azərbaycanın 5 gəmisinin sanksiyalarını - Ləğv etdi
24-04-2026, 09:16
Rusiyadan gələn 19 tonluq ZƏHƏR - Təhlükəli yağ Azərbaycana necə daxil olub?
24-04-2026, 09:00
Dövlət qurumundakı əməliyyatlarda 8 nəfər həbs edilib - Rəsmi
24-04-2026, 11:05
Son Dəqiqə: Çindən təcili xəbərdarlıq - "İranı dərhal tərk edin"
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə