• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Başı qırxılan gəlinin ailəsindən ilginc açıqlamalar

gundem / hadise

4-12-2018, 16:07

Başı qırxılan gəlinin ailəsindən ilginc açıqlamalar















“Telefonunda bir qohumun şəkli olub, keçmiş əri onu tanımırdı, bu hoqqanı çıxardılar”; “Bacımı şərləyib, dərman verib, başına müsibət gətiriblər”

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə əri tərəfindən başı qırxılan gənc qadının videosu yayılıb. Kişi həyat yoldaşının başını qırxıb, sonra isə onu videoya çəkərək sosial şəbəkədə yayıb.

Elnur Həsənov ad-soyadlı kişi bu addımı qadının xəyanətini aşkarladığına görə atdığını, qadının isə Mingəçevirdə yaşadığını iddia edib.

Musavat.com hadisə ilə bağlı saçı qırxılan qadının ailə üzvlərindən biri ilə danışıb. O, baş verən hadisənin mediaya yanlış təqdim edildiyini, məsələnin əslinin başqa cür olduğunu deyib.

-Yayılan videonun Azərbaycanda çəkilmədiyi, bundan bir neçə ay öncə baş verdiyi deyilir. Doğrudurmu?

-Bu hadisə Rusiya ərazisində, Stavrapolda baş verib. Sentyabr ayında olub. Bunu yaynlar da işin əslini bilmirlər. Bizim də xəbərimiz olmayıb belə bir videonun olmasından. Bilsəydik, bacımı bura gətirəndə onu birbaşa polis bölməsinə aparar və belə bir videonun olmasından şikayət edərdik. Sadəcə, onların nikahı Rusiyada bağlanıb. Ona görə də uşağı ala bilmirik. O vaxt da polisə müraciət etmədik. Düşündük ki, özləri uşağı qaytararlar.

-Xəyanət iddiasının arxasında nə dayanır? Bir əsası varmı?

-Mənim bacım 5 ildir ki, evli idi. Cəmi 2 ilini yoldaşı ilə yaşayıb. Qalan 3 ili isə anasının yanında olub. Həmin müddətdə onlar birgə yaşamayıblar. Ayrılmaq ərəfəsi idi. Bacım onunla yaşamaq istəmirdi. Əri və ailəsi axırıncı dəfə gəldilər bizə, dedilər ki, qızı aparaq, ailəsi dağılmasın, guya oğlan ailəsini istəyir. Dil tökdülər, minnətlə-xahişlə qızı apardılar. Bir həftə içərisində bir uydurma hekayə düzəltdilər. Guya bacımın həyatında kimsə olub, bir insanla danışıb. 3 il bu insanın yanında yoldaşı, qayınanası olmayıb. Heç nə bilmədən, əllərində sübut olmadan, telefonda nəsə bir şəkil görməklə bir insanı bu vəziyyətə salmaq olar? Sadəcə, onlar düşünüblər ki, ayrılandan sonra bacım başqa ailə də qura bilər, gəncdir. Onlar bu ehtimalın qarşısını almaq üçün bacımı bu vəziyyətə qoydular, adını ləkələdilər, belə bir hoqqa çıxardılar. Bu ailədə bir gəlin xeylağı yoxdur. Qayınanasının üç oğlu var, iki oğlu da iki dəfə evlənib. Mənim bacım da o kişinin ikinci həyat yoldaşı olub. Ona görə də istəmirdilər ki, oğlanın ikinci ailəsi də dağılsın. Bundan başqa, biz onlarla qohum idik. Biz bilsəydik, bunlar belə ailədilər, heç bacımın onunla evlənməsinə razı olmazdıq. Sadəcə düşündük ki, bu insanın birinci evlilik həyatı alınmayıbsa, bu, onun pis adam olması demək deyil. Yanılmışıq demək ki…

-Bacınızı o vəziyyətə qoyub sizin yanınıza göndərəndə ailəniz bu məsələni aydınlaşdırmağa çalışdımı? Qarşı tərəf sizə nə dedi?

-Telefonda çoxdan olan bir şey olub. Tanımadığı bir insanın şəklini götürüb. Qohum olub, bu şəkil də həmin qohumun olub. Bu ailə heç bizim qohumları da yaxşı tanımır. Tanımadığı üçün də onun telefonunda köhnədən qalan qohum şəklinə görə bu cür hoqqa çıxarıblar. Bu adamlar Rusiyada yaşayırlar, burdakı qohumlarla da əlaqələri yoxdur. Oğlan özü də içirdi, elə içkili vəziyyətdə olanda bu hadisə baş verib. Bacımın əlindən telefonunu alıb, içindən kartı çıxarıb, taxıb kompüterə. İçindəki fotolara baxanda qohum oğlanın fotosunu görüb. Anası da deyib ki, mən bu oğlanı tanımıram, sənin arvadın gəzir, onu cəzalandırmaq lazımdır.

-O videoda əli görünən, səsi eşidilən qadın bacınızın qayınanasıdır?

-Bəli, odur. Bu hadisənin baş verməsində birbaşa anası səbəbkardır. Saçının qırxılmasının təşəbbüskarı da anası olub, o, həll edib bu məsələni. Bacımın əl-qolunu bağlayıblar, yataq otağına sürükləyiblər, saçını qayçı ilə kəsiblər, özünə də xəsarətlər yetiriblər. Bacım özünü pis hiss edəndə isə ona nəsə dərman veriblər. Bacım özündə olmayıb, huşsuz olub. Danışa bilməyib, demək olar ki. Fikir vermisizsə, o videoda da tam hərəkətsiz, key vəziyyətdədir. Danışa bilmir, söz deyə bilmir. Hərəkətlərini belə idarə edirlər, çünki dərmanın təsirindən anlaqsız vəziyyətdə olub.

-Bəs bu video niyə indi yayılıb? Üstəgəl, iddia var ki, videonu bacınızın keçmiş əri yaymayıb…

-Necə özü yaymaya bilər ki? Oğlanın özü çəkə-çəkə deyir ki, mən bu videonu İnstaqramda paylaşacam. Belə bir videonun olmasından bizim ailədə heç kimin xəbəri olmayıb. Bilsəydik, onun yayılmasının qarşısını alardıq, sildirərdik. Nə haqla bizim bacımızı belə bir vəziyətə çatdırırlar? Bu, insanlıqdan kənar hadisədir. Bir qadını şərləyib, dərman verib, anlaqsız vəziyyətə salırlar, sonra da videosunu çəkib yayırlar. Bacım heç özü də xatırlamır ki, onun belə bir videosunu çəkiblər. Görün nə vəziyyətdə olub bacım.

-Səhv etmirəmsə, bacınızın bir qızı var. Uşağı da atasıgil alıb, özləri ilə saxlayırlar. Doğrumu?

-Valideynim bacımı götürüb gətirmək istəyəndə onlar uşağı götürüb qaçırmışdılar. Vermədilər bizə. Bacım pis vəziyyətdə idi. Anam da xəstə insan idi, şoka düşdü. Orda heç kim polis bölməsinə müraciət edə bilmədiyi üçün bacımı da götürüb Azərbaycana gətirdilər. Dedik ki, bacımın səhhəti düzəlsin, yaraları sağalsın, biz sonra bu söhbətin üstünə düşərik. Əslində ilk gündən bu söhbətin üstünə düşmüşdük. Amma Azərbaycan qanunlarında elə bir şey yoxdur ki, Rusiya vətəndaşının əlindən uşağı geri qaytarasan. Bizə deyildi ki, gedib şikayətinizi orda verə bilərsiz. Ümumiyyətlə, bu işin üstünə düşmək, məsələni bir neçə tərəfdən həll etmək üçün güclü maddi vəsait də lazımdır. Ekspert də görə bilərdi ki, mənim bacım bura gələndə hansı vəziyyətdə idi. Bədənində yaralar, döyülmüş vəziyyətdə, saçı qırxılıb, qayçının izləri… Biz onu çətinliklə sağaltdıq, düzəlməsinə kömək etdik.

-Video yayılandan sonra qarşı tərəflə danışmısızmı? Onlar nə deyirlər: bu videonu kim və niyə yayıb?

-Video yayılandan sonra onun yoldaşına zəng elədik. Dedi ki, “mənim heç xəbərim də yoxdur bu videonun yayılmasından. Bu videonu çəkən qardaşım olub, yəqin ki, yayan da o olub”. Bunu deyəndən sonra qardaşını da, ailəsini də ən ağır söyüşlərlə söydü, onların başına oyun gətirəcəyini dedi. Eyni zamanda əmisi oğlanlarından da şübhələndiyini dedi. Dedi, əgər bu video bizim tərəfdən yayılıbsa, bunu edənləri özüm öldürəcəm. Biz də dedik ki, siz bizə bu videonun olması, əlinizdə guya ki, belə bir sübut olması ilə bağlı nəsə desəydiz, biz də oturub danışardıq, məsələni aydınlaşdırardıq. Ortada ciddi yanlış anlaşılma olduğunu sübut etmək çox asandır. Amma onlar bizə heç nə demədilər.

-Redaksiyamıza verilən məlumata görə, bacınızın əri Kislovodskidə bir rus qadını ilə qeyri-rəsmi nikahda olub. Bacınızla evli olduğu, amma onu Azərbaycanda qoyduğu vaxt özü Rusiyada evli olubmu?

-Bəli, biz də bu barədə gec xəbər tutmuşuq. Çünki bu adam 3 ildir bacımın yanında olmayıb. Ayrı-ayrı yaşayıblar, ər-arvad münasibətləri olmayıb. Çox güman ki, ordakı arvadı da qısqanclıq zəminində deyib ki, sənin arvadın varsa, onu boşamalısan, bu cür bəhanə ilə yola salaq getsin. Başqa söhbət ola bilməz. Üç ildir ki, bu kişi nə övladı, nə də həyat yoldaşı ilə əlaqə saxlayıb. Ona ailəsi kimi baxmayıb.

-Bacınızın keçmiş əri yaşda ondan böyük olub?

-Bacımın 18 yaşı olanda o şəxslə evləndirilib. Oğlanın hazırda 40 yaşı var. Aralarında 12 yaş fərq var.

-Bəs o kişinin birinci ailəsi niyə dağılıb?

-Onu da xəyanət iddiası ilə boşayıb. Həmin qadını da çox pis vəziyyətə salıblar. Ondan da bir övladı var. O qadına da alimenti özü yox, anası verir. Özünün guya maddi durumu zəif idi, anası onun əvəzinə aliment ödəyirdi.

-Axı oğlanın Rusiyada böyük biznesi, güclü maddi durumu olduğu deyilir…

-Xeyr, yanlış məlumatdır. Siz onlarla bircə dəfə danışsaz, görəcəksiz ki, necə ailədilər. Onlar əslən Gəncədəndirlər. Gedin, Gəncədə kimdən soruşursuzsa, soruşun, deyəcəklər ki, necə ailədilrər. Düzdü, özümüz də qohum olmuşuq, amma bilməmişik ki, belə ailədirlər. Qızımızı ona verəndə çox maraqlanmamışıq. Həyəcanlı olmuşuq, çox araşdırma aparmamışıq, ailəmizin ilk xeyir işi olub bacımın toyu. Düşünmüşük ki, yaxşı olar, qohumdur hər halda.

-İndi bacınızın durumu, iş-gücü necədir? Necə yaşayır, nə ilə dolanır?

-Bacımın vəziyyəti yaxşıdır. Sadəcə uşağına görə çox əzab çəkir. Vəziyyəti o qədər pis idi ki, intihar etmək istəyirdi. Yanında olduğumuz üçün qarşısını aldıq. Imkan vermədik. Hər bir insanın başına belə hadisələr, şər-böhtan gələ bilər. Amma ailəsi hər zaman arxasında dayanmalıdır. Biz də elə edirik.

Oxunub: 4 568
Paylaş:
Digər xəbərlər

gundem / sou

21-08-2018, 16:23

"Mətanət videonu çəkənin anasına dedi ki, biz sənin qarşında diz çökürük" — Manaf Ağayev

gundem / hadise

9-07-2018, 13:36

Müəllimin xadiməyə təcavüzünün qan donduran təfərrüatları: “Bir əli ilə bacımın ağzını tutub…” – Azərbaycanda

Şou Biznes
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Azərbaycanlı gənc model özündən 45 yaş böyük Dubay şeyxi ilə evləndi – “Mənim üçün əsas olan sevgidir”
ABŞ-yə köçən aparıcı restoranda lavaş bişirir - “Bundan utanmıram”-Video
"Sosial şəbəkədə hoqqa verənləri qəhrəman etmisiniz"
Cəmiyyət
Bu gün, 09:00
Türk dünyasına açılan strateji qapı: Bakı–Qars reysi reallığa çevrildi
Dünən, 13:49
Hər kəsin evində var, amma təhlükəsini çoxu bilmir
Dünən, 12:16
Hansı halda yük itirilmiş sayılacaq? - Qaydalarda DƏYİŞİKLİK
Dünən, 10:47
Metroda həyəcanlı anlar - sərnişinlər təcili çıxarıldı
Dünən, 09:19
Vilyam Hacıyevin həyat yoldaşının sürdüyü “BMW” “Prius” qiymətinə satıldı
Dünən, 08:59
Maaş və pensiya kartı olanların nəzərinə - Mərkəzi Bankın sədri açıqladı
Kriminal
20-07-2026, 10:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 09:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 09:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Son xəbərlər
  • Bu gün, 16:00
    Qəzza ilə bağlı tarixi razılaşma: Tezliklə icrasına başlanacaq
  • Bu gün, 15:30
    İrəvandan Moskvaya HƏDƏ – Zəngəzur dəhlizi gecikə bilər?
  • Bu gün, 14:22
    “İssık gölü sammiti” Kremlin diqqətində – Moskva nədən narahatdır?
  • Bu gün, 13:13
    Xərçəng xəstəliyinin də çarəsi tapıldı: Alimlərdən şad xəbər
  • Bu gün, 12:37
    Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB
  • Bu gün, 11:44
    İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verildi
  • Bu gün, 11:40
    Ankara Moskva-Kiyev görüşünü təşkil etməyə hazırdır
  • Bu gün, 10:50
    Netanyahunu şortiklə qarşıladı, üzünə də baxmadı - ŞOK FOTO
  • Bu gün, 10:13
    “Biz bu məsuliyyətə hazırıq”
  • Bu gün, 10:08
    Ukrayna PUA-ları Azərbaycanla sərhəddə vuruldu
  • Bu gün, 09:59
    İraqlı nazirdən Türkiyədəki imza böhranı ilə bağlı AÇIQLAMA
  • Bu gün, 09:55
    İlham Əliyev: Azərbaycan və Qırğızıstan bütün təşəbbüslərdə bir-birini bundan sonra da dəstəkləyəcək
  • Bu gün, 09:52
    Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib
  • Bu gün, 09:49
    Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşdı
  • Bu gün, 09:45
    Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edildi
  • Bu gün, 09:41
    Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
  • Bu gün, 09:07
    Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul olunub
  • Bu gün, 09:04
    Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib - YENİLƏNİB
  • Bu gün, 09:00
    İlham Əliyev Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür etdi
  • Bu gün, 09:00
    Türk dünyasına açılan strateji qapı: Bakı–Qars reysi reallığa çevrildi
  • Bu gün, 08:45
    Sadır Japarov: Qırğızıstan və Azərbaycan bir-birində etibarlı dost tapıblar
  • Bu gün, 08:40
    Prezidentlərin təkbətək görüşü keçirildi
  • Bu gün, 08:35
    İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi oldu
  • Dünən, 19:30
    Prezidentlər Qolf Klubun açılışında iştirak etdilər - FOTOLAR
  • Dünən, 19:11
    Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib
  • Dünən, 16:00
    Ərdoğandan birbaşa savaş mesajı – Kipr döyüş meydanına çevrilir
  • Dünən, 15:30
    Bunu etsələr, Rusiya dayanacaq - Avropada NÜVƏ TƏŞVİŞİ başlandı
  • Dünən, 14:22
    Avqustun 2-də Ermənistan qarışacaq
  • Dünən, 14:00
    Kralın 500 illik məzarı AÇILDI: Arxeoloqlar bir-bir sirli şəkildə ÖLDÜ
  • Dünən, 13:49
    Hər kəsin evində var, amma təhlükəsini çoxu bilmir
  • Dünən, 12:29
    Azərbaycanda bu şəxslərə əlavə imtiyaz verildi - FƏRMAN
  • Dünən, 12:26
    Bu saytlara məhdudiyyət qoyulacaq - Prezident təsdiqlədi
  • Dünən, 12:16
    Hansı halda yük itirilmiş sayılacaq? - Qaydalarda DƏYİŞİKLİK
  • Dünən, 10:47
    Metroda həyəcanlı anlar - sərnişinlər təcili çıxarıldı
  • Dünən, 10:42
    İlham Əliyev Mərakeş Kralını təbrik etdi
Daha çox
25-07-2026, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 19:11
Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib
29-07-2026, 16:00
102-ci bazanın taleyi danışıqlar masasında
28-07-2026, 16:00
Bakıda qız-gəlinləri oynadan dondurmaçı – Rəzalət, yoxsa əyləncə?
27-07-2026, 16:00
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
25-07-2026, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə