• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

“Baku City Hospital” pasientləri şikəst edir, soyur, aldadır - Xronoloji faktlar…

gundem / sehiyye

3-12-2018, 14:18

“Baku City Hospital” pasientləri şikəst edir, soyur, aldadır - Xronoloji faktlar…














“Baku City Hospital” klinikası Balaxanı kənd sakini Hüseynov Vidadi Paşa oğluna pislik edib

Cahan.info yazır ki, vətəndaş da ona dəyən ziyanı tələb edir.

Amma klinika pasienti saymır. V.Hüseynovun prezidentə və baş prokurora müraciəti yenixeber.org-da yayımlanıb. O, dövlətdən kömək istəyir.

Belə ki, V.Hüseynov bu il avqustun 12-də əli biləkdən yuxarı kəsildiyi üçün sığorta olunduğu şirkət tərəfindən “Baku City Hospital” klinikasına əməliyyat üçün yönləndirilib.

Sığorta şirkəti onun biləyində tikiş əməliyyatı aparmaq üçün 2500 manat vəsait ayırıb. Amma klinikanın rəhbəri Bayram Qorçiyev əməliyyatdan sonra bildirib ki, çətin proses keçdi və əlavə 3000 manat da ödəməlisən.

Sığortaya müraciət etdikdə oradan deyiblər ki, əməliyyat üçün 2500 manat artıqlaması ilə kifayətdir.

“Mən çox yalvar-yaxardan sonra Bayram Qorçiyevi 1500 manat ödəməyə razı sala bildim. Baxmayaraq ki, bu pulu da borc alıb, ödədim. Beləliklə bu tikiş əməliyyatı mənə 4000 manata başa gəldi.

2 gündən sonra evə buraxıldım. 35 gündən sonra tikiş söküldü və mənə dedilər ki, barmaqların işləməsi üçün fizioterapiya lazımdır.

Onların klinikasında qiymətlər çox baha olduğu üçün başqa yerdə fizioterapiya aldım. Lakin “Güvən” klinikasında elektroneyromioqrafiya müayinəsi etdikdən sonra məlum oldu ki, tikiş əməliyyatı düzgün aparılmayıb və yenidən əməliyyat olmalıdır”, - deyə şikayətçi vurğulayıb.

“Mən kasıb birisiyəm. Sığorta olunmağıma baxmayaraq fizioterapiya ilə birlikdə bu həkimlər məndən 6000 manata qədər pul aldılar. Nəticədə isə əlimi şikəst etdilər.

İndi də yenidən əməliyyat üçün mənə qiymət oxuyurlar. Bu klinikanın rəhbəri Bayram Qorçiyevin məni məruz qoyduğu vəziyyətlə bağlı tədbir görmənizi sizdən xahiş edirəm”.

Qorçiyev bildirib ki, lazımı əməliyyat olunub, sinir və damarları müəyyən qədər tikilib, tam sağalması üçün zaman lazımdır:

“Bizdə Fizioterapiya şöbəsi var, gəlsin orada məşğul olsun. Bu işlərin heç biri qarantiya deyil ki, əvvəlki kimi tam bərpa olunsun. O ki, qaldı dediyi məbləğə, bəli, elədir.

Əməliyyatı assisentlər deyil, özüm üç həkimlə etmişəm. Sağalması uzun çəkən prosesdir. O ki qaldı, klinikanın baş həkimi mən deyiləm”.

Cahan.info yazır ki, internetdə axtarış verməklə bu klinikadan ilk şikayət olmadığı aydınlaşır. Göyçayın Üngütlü kənd sakini, 1966-cı il təvəllüdlü Süleymanova Əntiqə Möhsün qızı Türkiyədən Azərbaycana gəlmiş həkim tərəfindən aldadıldığını iddia edirdi.

Onkoloji xəstəlikdən əziyyət çəkən qadın publika.az-a şikayətində “Baku City Hospital”da tanış olduğu İlkam Hünərin onu sağaltmağa söz verdiyini, bu məqsədlə 23000 dollar pul aldığını, lakin vədinə əməl etmədiyini bildirmişdi.

“Report”a müraciət edən 22 yaşlı Lalə Həsənova isə demişdi ki, o, 2016-cı ilin sentyabr ayının 2-də "Baku City Hospital"da burnundan əməliyyat olunub.

Xəstəxanaya əməliyyat üçün analizlə birlikdə 2 300 manat ödədiyini deyən L.Həsənovanın sözlərinə görə, bu, onun üçüncü burun əməliyyatı olub: “Əməliyyatı xəstəxanın lor-cərrahı Cavid İsmayılov icra edib.

Məbləğin çox olmasına səbəb burnuma sinəmin altından çıxarılan qığırdağın vurulması idi. Bunun üçün də başqa cərrah əməliyyata girməli idi. Elə oldu ki, həmin cərrahın işinə ehtiyac qalmadı, yəni qığırdağım götürülmədi.

Cavid İsmayılovdan həmin cərrah üçün verdiyim pulun qaytarılmasını tələb etsəm də, pulumu geri vermədilər. Səbəb də göstərildi ki, həmin cərrahın vaxtı alınıb”.

Pasiyent əməliyyatdan bir müddət keçdikdən sonra burnunun ucunda sap qaldığını görüb. O, sapın çıxarılması üçün həkimin yanına gedib:

“Həmin vaxt həkim Cavid İsmayılov özü qayçı və pinçetlə aralayıb sapı bir az kəsdi. Lakin sapın kökü içəridə qaldığından quruması üçün dərman yazdı.

Həmin dərmanı vursam da, heç bir effekt görmədim. Bu gün yenidən həmin sapın tamamilə çıxarılması üçün həkimin yanına getməli idim, lakin köməkçisi məndən 100 manat tələb etdi.

Halbuki bu, onların səhvidir və mən ödəniş etməməliyəm. Onlar mənə mənəvi ziyan vurublar, üstəlik maddi olaraq da 100 manat istəyirlər”.

Vəkil Elvin Səlimov isə deyib ki, edilən əməliyyat zamanı səhv olubsa, xəstə sonrakı mərhələdə analizin pulunu ödəməməlidir.

Yada salaq ki, 2014-cü ilin avqust ayının 6-da günorta saatlarında Bakı şəhəri Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 19 saylı binanın qarşısında qanlı cinayət hadisəsi olmuşdu.

O zaman Bayram Qorçuyevin oğlu Cavidan Qorçuyevin rəhbərlik etdiyi peşəkar idmançılardan ibarət «qoçu» dəstəsi 1977-ci il təvəllüdlü Azər və 1986-cı il təvəllüdlü Aslan Cəfərov qardaşlarını, eləcə də, onların qonşusu 1970-ci il təvəllüdlü Telman Nuriyevi bıçaqlayıblar.

Nəzərinizə çatdıraq ki, həmin hadisə baş verdiyi günə kimi «Baku City Hospital»da həkim-rentgenoloq işləmiş Aslan Cəfərovun dediklərindən belə məlum olur ki, davaya, daha doğrusu, döyülmələrinə baş həkimlə onun arasında yaranmış narazılıq səbəb olub.

Klinikanın haqqında davamlı olaraq bu qədər şikayətlər, faktlar var və hələ də özlərini reklam edirlər.

Qarşı tərəfi dinləməyə hazırıq.

Oxunub: 6 222
Paylaş:
Digər xəbərlər

gundem / cemiyyet

15-10-2018, 13:27

“Modern Hospital”da faciə: mədəsini kiçiltmək istədi, klinikada öldü (FOTO)

gundem / cemiyyet

31-05-2018, 14:00

Ölümcül döyülən adam hospitala "xəstə" adı ilə yerləşdirildi - "Baku City Hospital"da DƏHŞƏTLİ FAKTLAR

gundem / sehiyye

27-03-2018, 15:20

“MedEra hospital”da uşağa qarşı qandonduran rəzalətin təfərrüatı - İTTİHAM

Şou Biznes
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Azərbaycanlı gənc model özündən 45 yaş böyük Dubay şeyxi ilə evləndi – “Mənim üçün əsas olan sevgidir”
ABŞ-yə köçən aparıcı restoranda lavaş bişirir - “Bundan utanmıram”-Video
"Sosial şəbəkədə hoqqa verənləri qəhrəman etmisiniz"
Cəmiyyət
Bu gün, 13:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
Bu gün, 09:54
Şantaj körpüsü
Bu gün, 09:46
Nazirlik 75 min nəfəri sevindirdi - RƏSMİ MƏLUMAT
Bu gün, 08:26
Cəbrayıl, Ağdərə və Xocalıya köç karvanı yola salınıb
Bu gün, 08:23
85 baş qoyunla yoxa çıxan Salyan sakininin atasından AÇIQLAMA - VİDEO
Dünən, 15:30
Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir – SƏBƏB
Kriminal
20-07-2026, 10:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 09:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 09:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Son xəbərlər
  • Bu gün, 14:22
    Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
  • Bu gün, 14:00
    Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
  • Bu gün, 13:46
    İlham Əliyev bu qanunu təsdiqlədi
  • Bu gün, 13:41
    Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
  • Bu gün, 13:37
    Prezident bu ölkədəki səfiri geri çağırdı
  • Bu gün, 13:34
    Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
  • Bu gün, 12:10
    Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
  • Bu gün, 12:07
    Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
  • Bu gün, 11:03
    Balakəndə küçə itlərini zəhərləyirlər?
  • Bu gün, 10:11
    Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
  • Bu gün, 10:07
    Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
  • Bu gün, 10:03
    İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
  • Bu gün, 09:54
    Şantaj körpüsü
  • Bu gün, 09:46
    Nazirlik 75 min nəfəri sevindirdi - RƏSMİ MƏLUMAT
  • Bu gün, 09:42
    Həftəsonu temperatur çox yüksək olacaq - Xəbərdarlıq
  • Bu gün, 09:39
    Bakı-Quba yolunda avtomobil piyadanı vurub öldürdü - Anbaan video
  • Bu gün, 09:10
    Dənizdə batan 17 yaşlı Arzunun - Fotosu
  • Bu gün, 09:04
    Azərbaycan nefti sürətlə bahalaşır: 110 dollara yaxınlaşır
  • Bu gün, 09:00
    Qurban Qurbanov: "Cavab oyununda daha yaxşı nəticə qazanmağa çalışacağıq"
  • Bu gün, 08:52
    Elmar Vəliyevə aid olduğu deyilən bazar 18 milyona satılır - Fotolar
  • Bu gün, 08:32
    Rusiyada böhran dərinləşir - Kremldə qadağaların uzadılması müzakirə edilir
  • Bu gün, 08:29
    Azərbaycanda zəlzələ - Bu ərazilər silkələndi
  • Bu gün, 08:26
    Cəbrayıl, Ağdərə və Xocalıya köç karvanı yola salınıb
  • Bu gün, 08:23
    85 baş qoyunla yoxa çıxan Salyan sakininin atasından AÇIQLAMA - VİDEO
  • Dünən, 16:00
    Rusiya və erməni mediası Prezident Əliyevə qarşı birləşdi
  • Dünən, 15:30
    Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir – SƏBƏB
  • Dünən, 13:04
    Məcburi köçkünlərlə bağlı bu məsələlər dəyişdi - YENİ QAYDALAR
  • Dünən, 12:25
    Sabah 39° isti olacaq
  • Dünən, 12:21
    Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
  • Dünən, 12:11
    “20 Yanvar”dakı kafedən idarə edilən dəstə - Milyonlar mənimsəyib
  • Dünən, 11:13
    Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı - 16 milyona
  • Dünən, 11:10
    İyulun pensiya ödənişi yekunlaşdı
  • Dünən, 10:18
    Prezident həmkarını təbrik etdi
  • Dünən, 09:52
    "İdrak" liseyində müəllimə silahlı hücum işi - Sabah növbəti məhkəmə keçiriləcək
  • Dünən, 09:18
    “Qarabağ” ÇSKA-ya qarşı - Oyun bu saatda başlayacaq
Daha çox
18-07-2026, 12:11
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
22-07-2026, 16:00
Paşinyanın referendum XOFU
17-07-2026, 18:50
115 nömrəli məktəblə bağlı ciddi iddialar: Məktəbdə qızıl alveri və müəllimlər arasında 50 min manatlıq qalmaqal
Dünən, 16:00
Rusiya və erməni mediası Prezident Əliyevə qarşı birləşdi
21-07-2026, 18:19
“Vətənə xəyanət edənlərə yazığım gəlir” - Hikmət Hacıyevdən Tural Sadıqlıya
18-07-2026, 09:33
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə