Xəbər lenti
» » Qurban Qurbanov böyükhesablı məğlubiyyətin SƏBƏBLƏRİNİ AÇIQLADI

Qurban Qurbanov böyükhesablı məğlubiyyətin SƏBƏBLƏRİNİ AÇIQLADI

Tarix: 30 noyabr 09:45
Qurban Qurbanov böyükhesablı məğlubiyyətin SƏBƏBLƏRİNİ AÇIQLADI















"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində "Sportinq"ə evdə 1:6 hesabıyla uduzduqları qarşılaşmadan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Publika.az xəbər verir ki, təcrübəli çalışdırıcı öncə oyunu dəyərləndirib:

- Çox üzücü məğlubiyyət idi. Bu gün rəqibin tam gücünü bildik. Ən yaxşı oyunlarından birini oynadı bəlkə. Yaxşı danışılacaq bir şey yoxdur. Oyun rəqibin bizdən nə qədər güclü olduğunu göstərdi.

- Komandanın oyunundan ümumilikdə razı qaldınız?
- Əlbəttə ki, yox.

- Ən çox hansı mövqedən narazı qaldınız? Hansı futbolçular sizi qətiyyən razı salmadı?
- Rəqib hərtərəfli bizdən üstün oynadı. Desəm ki, hər hansı mövqedə yaxşı oynadıq, düzgün olmaz. Portuqaliyanın ən yaxşı uşaq futbol klubu "Sportinq"dir. Onların oyunçu seçimi həddən çox yüksək səviyyədədir. Onların topla işləməsini hamınız gördünüz. Avropa futbolu bizim üçün bundan da yuxarı səviyyədədir. Özümüzü aldatmalı deyilik. Çox komponentlərdə zəifik. Bəzən xarakter, istək hesabına nəticə qazanmışıq. Rəqib səndən üstün olanda isə çox səhvlər edirsən və rəqib bu xətaları bağışlamır.

- Bu oyun real gücümüzü göstərdi. Kosovoya məğlubiyyətdən sonra da bu ifadəni işlətmişdiniz. Millimizin baş məşqçisi, AFFA İcraiyyə Komitəsinin üzvü kimi inkişaf planlarınız, layihələriniz var?
- Həqiqəti deyirəm. Hər şeyə real baxmalıyıq. İnkişaf barədə danışsaq, hər şeyə yenidən, sıfırdan başlamalıyıq. Avropa klubları bizdən qat-qat üstün səviyyədədir. Biz kiçik ölkələr belə oyunlarda ancaq təcrübə qazanırıq. Futbolçular öz üzərlərində daha çox çalışmalıdır. Ən çox təəssüf etdiyim Bakıda belə hesabla uduzmaqdı. Evdə heç kimə məğlub olmaq istəmirəm. Böyük bir inkişaf olmalıdır ki, belə rəqiblərə qarşı mübarizə apara, müqavimət göstərə bilək. Güclü rəqiblərə qarşı mübarizə apardığımz olub. Göründüyü kimi, Avropada futbol çox sürətlə inkişaf edir.

- Futbolçular meydana şəhid övladları ilə çıxmışdılar. Bu, kiçik motivasiya deyildi. Niyə bunu meydanda görmədik?
- İstəməzdim ki, belə qollar buraxaq. Əvvəlcə penaltidən buraxdıq. İkinci qolu elə buraxmalı deyildik. Deməzdim ki, motivasiya yox idi. Qol da vurduq. Bəzi düşündüyümüz hücumlar da alındı. Rəqib topla çox yaxşı oynadı. Biz başqa oyun planlaşdırmışdıq. (Sport24.az)
 Oxunub: 20 


Oxşar xəbərlər:
Ən çox oxunanlar