Xəbər lenti
» » Bakıda tutulan nurçulara 2 ildən 6 ilədək cəza istənildi

Bakıda tutulan nurçulara 2 ildən 6 ilədək cəza istənildi

Tarix: 23 sentyabr 15:18
Bakıda tutulan nurçulara 2 ildən 6 ilədək cəza istənildi

Azərbaycanda saxlanılan nurçuların cinayət işi üzrə məhkəmə prosesi bu gün Yasamal Rayon Məhkəməsində davam etdirilib.

PATRİOT.AZ saytının əldə etdiyi xəbərə görə, prosesdə dövlət ittihamçısı çıxış edib. O, təqsirləndirilən şəxslərin məhkəmə zalında həbs olunmalarını və 2 ildən 6 ilə kimi azadlıqdan məhrum edilmələrini istəyib.

Məhkəmə prosesi sentyabrın 29-da davam etdiriləcək.

Qeyd edək ki, hüquq-mühafizə orqanları 2013-cü ilin aprel ayında paytaxtın Xıdır Mustafayev küçəsində yerləşən mənzillərin birində axtarış aparıb. Axtarış zamanı evdə toplantı keçirən “nurçu” təriqətinin 41 üzvü saxlanılıb. Onların toplaşdığı mənzildən qanunla qadağan olunmuş dini ədəbiyyat, “nurçu” təriqətini təbliğ edən audio və video materiallar müsadirə olunub.

Saxlanılan şəxslərin bir hissəsindən izahat alınıb və sərbəst buraxılıb.

Səbayel Rayon Məhkəməsinin qərarı ilə Eldəniz Hacıyev, İsmayıl Məmmədov və Rəvan Fərzəliyevin barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan onların barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.

Onlar Cinayət Məcəlləsinin 168.2-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) maddəsi ilə təqsirləndirilirlər

PATRİOT.AZ
 Oxunub: 362 


Oxşar xəbərlər:
Ən çox oxunanlar