• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Eldar Mahmudovun kompromatlarını Zamirə Hacıyeva Londonda gizlədə bilər – sensasion gəlişmə

gundem / siyaset

23-11-2018, 17:36

Eldar Mahmudovun kompromatlarını Zamirə Hacıyeva Londonda gizlədə bilər – sensasion gəlişmə















Həbsdəki sabiq bankir arvadının hədəfə gəlməsinin kökündə bu amil dayana bilər; Anar Mahmudovun Londonda təcili şirkət açması il gizli videolarla nə əlaqəsi?

Beynəlxalq Bankın həbsdəki sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva girov müqabilində azadlığa buraxıldıqdan sonra hazırda London polisinin nəzarəti altındadır. Z.Hacıyevanın gözlənilmədən dinc həyatının bu cür dəyişməsi bir çox iddialara səbəb olub. Həmin versiyalardan biri də Z.Hacıyevanın qudası Eldar Mahmudovla sıx əlaqələrinin olması ilə bağlıdır.

Belə iddialar var ki, Eldar Mahmudov vəzifədə olduğu illərdə ən müxtəlif üsullardan istifadə etməklə topladığı kompromatların – əsasən gizli videoları, qanunsuz dinləmə yolu ilə əldə edilən səs yazılarının böyük əksəriyyətini Londonda saxlayır. E.Mahmudov vəzifəsindən çıxarılandan sonra onun rəhbərlik etdiyi bandanın təkcə sahibkarları soyub-talamadığı, hələ də tam çevrəsi bilinməyən şəxslər barədə şantaj xarakterli videomateriallar topladığı üzə çıxmışdı. MTN-in keçmiş zabiti Ərəstun Oruclu mətbuata müsahibəsində demişdi ki, MTN qruplaşmasının əlində tanınmış və imkanlı şəxsləri, ictimai fəalları və digərlərini şantaj etmək üçün gizli çəkilişlər var. Keçmiş MTN zabiti Mahmudovun videotekasındakı CD-lərin konkret sayını da açıqlamışdı – 2 min 800 şantaj videosu. Ərəstun Oruclu 2800 rəqəminin ona mötəbər mənbələrdən verildiyini diqqətə çatdırmış, lakin başqa detallar haqda danışa bilmədiyini söyləmişdi.

Eldar Mahmudovun kompromatlarını Zamirə Hacıyeva Londonda gizlədə bilər – sensasion gəlişmə







Hələ o dövrdə “Eldar Mahmudov həmin kompromatları harada saxlaya bilər” sualına cavab axtararkən ən çox diqqətçəkən persona sabiq nazirin qudası, hazırda axtarışda olan Z.Hacıyeva oldu. Bu da səbəbsiz deyildi. Britaniyada “İzahedilməz Sərvət Sərəncamı” (UWO) tətbiq olunmadığı dövrlərdə Zamirə Hacıyeva faktiki olaraq Azərbaycan hakimiyyəti üçün əlçatmaz idi.

Yada salaq ki, E.Mahmudovun həbs edilməməsi ilə bağlı ən ağlabatan iddialardan biri əlindəki kompromatlar göstərilirdi. Aydındır ki, sabiq nazir əlindəki materialları, onu həbsdən qurtaran videoları ölkə daxilində deyil, xaricdə və ən etibar etdiyi şəxsdə saxlayır. Belə şəxs kimi Z.Hacıyeva ən ideal personadır.

Eldar Mahmudovla Z.Hacıyevanı şəxsi tanışlıqları hələ quda olmazdan əvvələ söykənir. E.Mahmudov 2004-cü ildə nazir təyin olunandan 8 ay sonra – 2005-ci ilin martında “Qara kəmər” əməliyyatı baş tutdu. MTN-in gerçəkləşdirdiyi əməliyyat zamanı Hacı Məmmədovun bandası ifşa edildi. Sağ-salamat azad ediləndən sonra Z. Hacıyevanın onun azad edilməsinə rəhbərlik etmiş bir şəxsə dərin minnətdarlıq hissinin olması da təbiidir. Sonradan Mahmudovlarla Hacıyevlərin qohum olmasında bu olayın yer alması ehtimalı da böyükdür. Z.Hacıyeva ilə Eldar Mahmudovu yaxınlaşdıran bir qadının girovluqdan azad edilməsi və üzərindən yaranan qohumluq bağlarıdır. Tərəflər bir-birinin inamını, etibarını, etimadını illər əvvəl qazanıb və ötən zaman ərzində qohumluq bağları bu güvəni bir qədər dərinləşdirib. Bu səbəbdən də kompromatları ən etibarlı şəxslərindən bir olan Z.Hacıyevaya verməsi, ehtiyac yarandığı təqdirdə ictimailəşdirilməsi haqda qərar qəbul etmə səlahiyyəti verməsi də mümkündür.

Eldar Mahmudovun kompromatlarını Zamirə Hacıyeva Londonda gizlədə bilər – sensasion gəlişmə










Digər diqqətçəkən məqam da var – Z.Hacıyeva saxlanılandan az əvvəl E.Mahmudovun oğlu Anar Mahmudov Böyük Britaniyada MEA Capital Limited adlı maliyyə şirkəti açıb. Məgər Z.Hacıyevanın kürəkəni, Eldar Mahmudovun oğlu həmin şirkəti daha əvvəl aça bilməzdi? A.Mahmudovun şirkəti Londonda bu ilin 11 oktyabrında qeydə alınıb və ona 11618237 nömrəli müvafiq sertifikat verilib. Şirkətin adındakı MEA abreviaturası simvolik məna daşıyır: Mahmudov Eldar və Anar. Yayılan məlumatlarda deyilirdi ki, pul vəsaitləri- hansı ki, E.Mahmudovun əlinin altında olan poqonlu quldurlar tərəfindən Azərbaycan biznesmenlərindən zor və şantajla qoparılıb- əsasən bu şirkətdə cəmləşib.

Mümkündür ki, təkcə pul vəsaitləri deyil, kompromat materiallar da Z.Hacıyevadan alınaraq həmin şirkətin seyflərinə doldurulub.

Britaniya mənbələrinin xəbərinə görə, “MEA Capital Limited” şirkətinin yaradılması üçün C.Hacıyevin rəhbəri olduğu və soyub-taladığı Beynəlxalq Bankının vəsaitlərindən də istifadə olunub. Anar Mahmudovun şirkəti Londonun dəbdəbəli rayonunda, Temza sahillərindəki mülklərdən birində qeydiyyata götürülüb.

Bir məqama da diqqət edək – Z.Hacıyevanın adı son olaylardan xeyli əvvəl, məhz Eldar Mahmudovun əlində 2800 seks videosunun olması xəbəri ictimailəşəndən sonra gəlmişdi. Buna qədər Z.Hacıyevanın həyat yoldaşı, hazırda həbsdə olan Beynəlxalq Bankın sədri Cahangir Hacıyevin adı aylarla mətbuatın gündəmində olsa da, Z.Hacıyevanın barəsində məlumatlara rast gəlinmirdi.

Üstəlik, 2800 video haqda məlumatlar ictimailəşəndən sonra Z.Hacıyevanın Beynəlxalq Bankın xəzinəsindən həyat yoldaşının pul qabı kimi istifadə etməsi yada düşmüşdü. Elə həmin günlərdə də Z.Hacıyevanın barəsində cinayət işi başladı, onu axtarışa verdilər. Həmin günlərdə Z.Hacıyevanın vəkili açıqlama verib demişdi ki, müvəkkili xarici ölkə vətəndaşıdır və onun ekstradisiyası da mümkün deyil. Bu məqam Z.Hacıyevanın E.Mahmudovun kompromatlarını ən etibarlı şəkildə qoruyub saxlamaq üçün imkanlara malik olduğu qənaətini möhkəmlətmişdi. Artıq Z.Hacıyevanın xarici ölkə vətəndaşı olması onun Azərbaycana ekstradisiyasının qarşısını alan amil deyil. Bu da onun E.Mahmudovun həbsindən illər öncə əlindəki materialları Hacıyevlərin xaricdəki mülklərindən birinin zirzəmisində, mansardında gizlədilmiş seyfin içində, ya da hansısa gözəllik ilahəsi şəklində imarətin bir küncünə qoyulmuş heykəlin içindəki gizli dolabda saxlamasını təhlükəli edir. Bunu Eldar Mahmudov da dərk edir. Onun kompromat arxivi sahibinin qudasından oğluna dəyişdirməsi də təəccüblü olmamalıdır. Bu halda isə Z.Hacıyevanın Azərbaycan hakimiyyəti üçün əhəmiyyəti azalır, Anar Mahmudov əsas hədəfə çevrilir. Sabiq nazirin oğluna qarşı ittihamları artacağı halda bu ehtimalların reallıqla əlaqələri də dəqiqləşəcək.

Qeyd edək ki, Z.Hacıyeva Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsi ilə suçlu bilinir. 2017-ci ilin iyununda Nərimanov Rayon Məhkəməsi barəsində 4 ay müddətə həbs-qətimkan tədbirinin seçilməsi haqda qərar verib. Cahangir Hacıyevə gəldikdə isə 2015-ci ilin dekabrında həbs olunub və 2016-cı ilin oktyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Apelyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb. C.Hacıyev özünü təqsirli bilmir. Cahangir Hacıyevə 3 ay əvvəl yeni ittihamlar da irəli sürülüb və o, Bakı İstintaq Təcridxanasına köçürülüb. Noyabrın 10-da Qaradağ Rayon Məhkəməsi “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti (ASC) İdarə Heyətinin keçmiş rəhbəri Cahangir Hacıyevin yeni istintaq üzrə həbs müddətinin daha 2 ay artırılması ilə bağlı qərar verib. Məlumata görə, məhkəmə ibtidai istintaqın təqdimatı əsasında qərar çıxardıb. C.Hacıyev hazırda mülkiyyət əleyhinə, iqtisadi fəaliyyət və dövlət hakimiyyəti, dövlət qulluğu mənafeyi, kommersiya, qeyri-kommersiya təşkilatlarinda qulluq mənafeyi ilə bağlı cinayətlərdə ittiham olunur. Onun Cinayət Məcəlləsinin 179 (mənimsəmə), 193 (cinayət yoluyla əldə edilmiş pulların leqallaşdırılması), 213 (vergidən yayınma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə istintaq edildiyi bildirilir.(musavat.com)

Oxunub: 4 775
Paylaş:
Digər xəbərlər

gundem / hadise

11-11-2018, 15:00

Zamirə Hacıyevanın ifadəsi üzə çıxdı

gundem / cemiyyet

8-11-2018, 14:10

Londonda saxlanılan Zamirə Hacıyeva Azərbaycana gətiriləcək – ilginc faktlar

gundem / hadise

7-11-2018, 13:34

Zamirə Hacıyeva Londonda həbs edildi

Şou Biznes
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Azərbaycanlı gənc model özündən 45 yaş böyük Dubay şeyxi ilə evləndi – “Mənim üçün əsas olan sevgidir”
ABŞ-yə köçən aparıcı restoranda lavaş bişirir - “Bundan utanmıram”-Video
"Sosial şəbəkədə hoqqa verənləri qəhrəman etmisiniz"
Cəmiyyət
Bu gün, 08:06
“Bu gün-sabah doğuş vaxtıdır, amma həkim yoxdur”
Dünən, 13:16
Bu səhvi edənlərin evi əlindən çıxa bilər — Xəbərdarlıq
Dünən, 11:33
3990 şəxs Azərbaycana geri qaytarılıb
Dünən, 11:16
Ət bahalaşdı
Dünən, 11:12
Prezidentin işdən çıxardığı şəxsə yeni vəzifə verildi
Dünən, 09:23
Bakıda gilas 12 manata satılır, rayonlarda kamazla zibilliyə atırlar — Səbəb nədir?
Kriminal
20-07-2026, 10:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 09:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 09:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Son xəbərlər
  • Bu gün, 08:16
    Azərbaycanda dollar bahalaşacaq? - RƏSMİ
  • Bu gün, 08:06
    “Bu gün-sabah doğuş vaxtıdır, amma həkim yoxdur”
  • Dünən, 16:00
    102-ci bazanın taleyi danışıqlar masasında
  • Dünən, 15:30
    Türkiyədə diplomatik korpusun yenilənməsinin pərdəarxası
  • Dünən, 14:22
    “Zəngəzur yolu” və “Putin ittifaqı” üçün referendum hazırlığı
  • Dünən, 14:00
    SEPAH hakimiyyətdə möhkəmləndi - Bakıya yeni risklər
  • Dünən, 13:42
    Qarabağ müharibəsindən sonra ermənilərdən qiymətləndirmə – Ermənistan ordusu güclənir?
  • Dünən, 13:16
    Bu səhvi edənlərin evi əlindən çıxa bilər — Xəbərdarlıq
  • Dünən, 11:42
    Azərbaycanın bu şəhərlərinə metro çəkiləcək
  • Dünən, 11:33
    3990 şəxs Azərbaycana geri qaytarılıb
  • Dünən, 11:16
    Ət bahalaşdı
  • Dünən, 11:12
    Prezidentin işdən çıxardığı şəxsə yeni vəzifə verildi
  • Dünən, 10:14
    SEPAH üç neft tankerinə və ABŞ-nin aviabazasına zərbə endirib
  • Dünən, 10:11
    Nazir sənədi imzalamaqdan imtina etdi - Ərdoğanın reaksiyası gündəm oldu
  • Dünən, 09:33
    Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı
  • Dünən, 09:29
    Anar Bayramov Nərimanov Tibb Mərkəzinə yeni direktor təyin etdi
  • Dünən, 09:23
    Bakıda gilas 12 manata satılır, rayonlarda kamazla zibilliyə atırlar — Səbəb nədir?
  • Dünən, 09:22
    Hikmət Hacıyev "AnewZ"un Şuşa həbsxanası ilə bağlı hazırladığı sənədli filmi paylaşıb
  • Dünən, 09:18
    Keçid balları aşağı salınır? - RƏSMİ AÇIQLAMA
  • Dünən, 09:13
    Şərurlu İsfəndiyarın şirkəti Sumqayıtda kütləvi ağac kəsimi qalmaqalında
  • Dünən, 09:00
    Türkiyə İraqda yeni neft payı qazandı – Ərdoğan tarixi sazişin detallarını açıqladı
  • Dünən, 08:56
    SON DƏQİQƏ: İraqa DƏHŞƏTLİ HÜCUM – Kərbəlada zəvvar düşərgələri vuruldu
  • Dünən, 08:39
    Azərbaycanda güllələnmə: Bir nəfər öldü
  • Dünən, 08:33
    "The Telegraph": İranla müharibə ABŞ-yə azı 150 milyard dollara başa gəlib
  • 28-07-2026, 16:00
    Bakıda qız-gəlinləri oynadan dondurmaçı – Rəzalət, yoxsa əyləncə?
  • 28-07-2026, 15:30
    Moskvanın Qarabağ açıqlaması İrəvanı ayağa qaldırdı – yeni siyasi qalmaqal
  • 28-07-2026, 14:22
    Türkiyə İsrailə müdaxiləyə hazırlaşır – Təl-Əvivdə Ankara qorxusu
  • 28-07-2026, 14:10
    Tacikistandan geri çağırıldı - Qazaxıstana səfir təyin edildi
  • 28-07-2026, 14:00
    Şəhid oğlunun iddiaları ilə bağlı - Rəsmi açıqlama
  • 28-07-2026, 12:00
    Əliyevlə Putin telefonla danışdı
  • 28-07-2026, 11:52
    Dini inanclı şəxslərlə bağlı paylaşım edən şəxs SAXLANILDI
  • 28-07-2026, 11:47
    Ədliyyə Nazirliyi DİN-lə birgə əməliyyat keçirdi, məhkuma aid tapança tapıldı
  • 28-07-2026, 11:21
    Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir
  • 28-07-2026, 11:12
    Bakı və Abşeronun bu qəsəbələrində 2 gün su olmayacaq
  • 28-07-2026, 10:40
    Əli Əsədov hərbi xidmətə çağırış üzrə komissiya ilə bağlı qərarı dəyişdi
Daha çox
25-07-2026, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
23-07-2026, 16:00
Rusiya və erməni mediası Prezident Əliyevə qarşı birləşdi
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
28-07-2026, 16:00
Bakıda qız-gəlinləri oynadan dondurmaçı – Rəzalət, yoxsa əyləncə?
27-07-2026, 16:00
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
25-07-2026, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə