Xəbər lenti
» » Qarabağa qanunsuz səfər edən bloger Bakıda (VİDEO)

Qarabağa qanunsuz səfər edən bloger Bakıda (VİDEO)

Tarix: 15 noyabr 10:22
Qarabağa qanunsuz səfər edən bloger Bakıda (VİDEO)














Hindistanlı səyyah bloger Deepanshu Sangwan (Adı “YouTube”də belə qeyd olunub) qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə səyahət edib.
Qaynarinfo xəbər verir ki, hindistintanlı təxribatçı Azərbaycan torpaqlarında çəkdiyi videoları “YouTube”də paylaşıb. O, videolarında Qarabağı müstəqil respublika kimi qələmə verir və erməni işğalçılarının leyhinə açıq-aşkar təbliğat aparır.
Bu barədə Qaynarinfo-ya məlumat verən Elşən Rəhimov adlı oxucu bildirir ki, Azərbaycan torpaqlarına qanunsuz səfər etmiş bloger hazırda ölkəmizdədir.
Elşən Rəhimov Deepanshu Sangwan ölkəmizə gəlməzdən əvvəl bu barədə Azərbaycanın Hindistandaki səfirliyinə məlumat verib və onun “arzuolunmaz şəxslər” siyahısına salınmasını xahiş edib. Lakin səfirlik məsələyə biganə münasibət göstərib və səfərin qarşısı almayıb.
Qeyd edək ki, Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımıza icazəsiz səfərləri qadağan edib. Bu qadağanı pozanlar “arzuolunmaz şəxslər” siyahısına salınır.
Deepanshu Sangwanın işğal olunmuş Azərbaycan ərazilərindəki videoları


 Oxunub: 27 


Oxşar xəbərlər:
Ən çox oxunanlar