• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Bakıda yenə köhnə mənzərə: Agentlik ət bazarında qayda yarada bilmədi

gundem / iqtisadiyyat

14-11-2018, 13:24

Bakıda yenə köhnə mənzərə: Agentlik ət bazarında qayda yarada bilmədi














Ət və ət məhsullarının natəmiz formada tədarükü və satışı ilə bağlı məsələ yenidən gündəmə gəlib. Qida Təhlükəsizlik Agentliyinin açıq formada ət kəsimini və satışını qadağan etməsinə baxmayaraq, bu qaydalara əməl edilmir. Bakının bütün rayonlarında açıq formada ət satışı həyata keçirilir. Əksər məntəqələrdə isə natəmizlik hökm sürür.

“Xəzər” televiziyasının “8-ci km” bazarında lentə aldığı görüntülərdə səhər saat 5 radələrində ətlərin natəmiz maşınlarda gətirilərək, natəmiz bazar arabalarına boşaldıldığı, buradan isə satış məntəqələrinə daşındığı məlum olur. Həm məntəqələrə gətirilən, həm də satış yerlərində asılan ətlərin açıq formada olduğu da görüntülərdə öz əksini tapıb.

Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətinin rəhbəri Mənsur Piriyev isə suallara standart cavab verərək, qurumun əməkdaşları tərəfindən bazarlarda satılan ətin yoxlamadan keçirilərək, satışına icazə verildiyini deyib.

Qeyd edək ki, mütəxəssislər bildirirlər ki, ət və ət məhsulları xüsusi qablaşdırılmış formada, soyuducuları olan maşınlarda satış məntəqələrinə gətirilməlidir. Çünki ətin mənzil temperaturunda saxlanma müddəti 4 saatdır. Bundan artıq saxlanarsa, onda mikroarqonizmlər yarana bilər ki, bu da istehlak zamanı zəhərlənmələrə gətirib çıxara bilər. Ət zəhərlənmələrinin isə təhlükəli olduğu qeyd edilir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Cümhuriyət”ə açıqlamasında bildirib ki, ölkə paytaxtında pərakəndə ət satışının qarşının alınması məqsədilə dövlət orqanları, polis illərdir mübarizə aparsa da, nəticə yoxdur:

“Ala bilməyəcəklər də. Qida Təhlükəsizlik Agentliyi fəaliyyətə başlayanda da mən dəfələrlə bildirmişəm ki, bunun qarşısını inzibati yolla almaq mümkün deyil. Səbəbi odur ki, Azərbaycan istehlakçıları buna tələbat yaradır. İstehlakçılar küçədə gözləri qarşısında kəsilən, heyvanın ətini almağa üstünlük verirlər”.

Ekspert deyir ki, ilk növbədə istehlakçılar arasında təbliğat aparılmalıdır ki, xarici ölkələrdə olduğu kimi, ət almaq üçün küçəyə deyil, marketlərə üstünlük versinlər:

“Çünki istehlakçılar Sovet vaxtından rüşvətlə yalançı möhür vuran baytarlardan əllərini üzüblər. İstehlakçı bazara gedəndə görür ki, məhsulun üzərində baytarın verdiyi kağız var. Guya baytar səhərə qədər yatmayıb, yüzlərlə əti yoxlayıb, qara yaranın olmadığını qeydə alıb. Bu yalançılıqları istehlakçılar görürlər. Dəfələrlə Qida Təhlükəsizliyi Agentliyinə təkliflər vermişəm ki, ilk növbədə içtimaiyyətin inamını və rəğbətini yaratmaq lazımdır. Problem yalnız bu yolla həll oluna bilər, administrativ yolların nəticə verməsi mümkün deyil. Bütün bunlarla bağlı 16 oktyabrda -beynəlxalq tədbirdə AQTA sədri Qoşqar Təhməzli ilə görüşdüm. O isə bir sıra məsələlərdə məni günahlandırdı. Təəssüflər olsun ki, dövlət qulluğuna təyin olunan adamların ayaqları yerdən üzülür, xalqla iş görə bilmirlər. Bundan sonra da AQTA-nın sədr müavini ilə əlaqə saxlamışam. Bildirmişəm ki, bu istiqamətdə Azad İstehlakçılar Birliyi əhalinin rəyinin formalaşdırılması istiqamətdə iş apara bilər. Amma məni qəbul etmirlər”.

Eyyub Hüseynov deyir ki, AQTA-nın Əsasnaməsində göstərilir ki, onlar məhsulu tarladan və ya fermadan istehlakçıların süfrəsinə qədər izləməlidirlər:

“Bu baxımdan da təkcə kəsim məntəqələrini dəyişməklə problem bitməyəcək. Elə etmək lazımdır ki, əhali küçədə satılan ətlərə tələbat yaratmasın. Avtomatik olaraq problem aradan qalxacaq. Biz bunun mexanizmni bilirik. Biz KİV, eləcə də “Cümhuriyət” qəzeti vaistəsi ilə elə iş apara bilərik ki, alıcılar küçələrə deyil, marketlərə üstünlük versinlər. Çox təəssüflər olsun ki, AQTA öz öhdəsinə düşən məsələlərin həllində rassional yollar seçə bilmir”.

Eyyub Hüseyinov qeyd edir ki, Nazirlər Kabinetinin 94 nömrəli qərarına görə, ölkənin əmtəə bazarında satılan bütün mallar bükülməlidir, onun istehsal tarixi, saxlanma müddəti, istehsal mənbəyi üzərində yazılmalıdır: “Amma marketlərdə də ət açıq formada satılır. Nadir şirkətlər var ki, bu qaydalara əməl edirlər, ət məhsullarını müasir formada qablaşdırırlar. Digərləri də onlardan nümunə götürməlidirlər. İstehlakçı problem olanda bilməlidir ki, hansı məhsulu alır”.

///Cebhe.info

Oxunub: 4 497
Paylaş:
Digər xəbərlər

gundem / cemiyyet

17-08-2018, 15:25

“Paytaxt McDonald’slarında mənşəyi məlum olmayan məhsullardan istifadə olunur” – iddia

gundem / hadise

1-04-2018, 00:38

Azərbaycandakı dönərxanalarla bağlı şok açıqlama - “Ölmüş insan əti vururlar”

gundem / cemiyyet

22-01-2018, 13:50

Azərbaycanda təhlükəli xəzlər satılır — Əksəriyyəti saxtadır

Şou Biznes
“Maşın” şou yenidən başlayır - Foto
Rəşad Dağlı azadlığa buraxılıb? - AÇIQLAMA
Mustafa Ceceli və digər məşhur simalar saxlanıldı
Türkiyə millisinə yeni himn bəstələyəcək
"Mənim gücüm olsaydı eləsinin nəslini süpürərdim"
Hasan Can Kaya və “Reynmen” saxlanıldı
Cəmiyyət
Dünən, 11:39
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Dünən, 10:58
Prezidentin qızı və gəlini tamaşa nümayişində - Fotolar
Dünən, 08:32
Sürücülərin bal limiti artırılır - ŞAD XƏBƏR
Dünən, 08:18
Bakıda 20 istiqamətdə tıxac müşahidə olunur
1-06-2026, 15:30
İyunda 10 gün iş olmayacaq
1-06-2026, 09:49
DİM-dən ödəniş müqabilində bal “artıranlar”a XƏBƏRDARLIQ
Kriminal
18-05-2026, 09:41
Sabirabadda ağır qəza - 3 ölü, 8 yaralı
7-04-2026, 09:32
Tovuzda 19 yaşlı qız oğurlandı - 4 nəfər tutuldu
2-04-2026, 09:32
Bakıda ər-arvad bıçaqlandı - 18 yaşlı övladları tutuldu
Son xəbərlər
  • Dünən, 16:00
    Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
  • Dünən, 15:30
    Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
  • Dünən, 14:22
    İranda hakimiyyət uğrunda savaş qızışır: Pezeşkian niyə istefa vermək istəyir?
  • Dünən, 12:29
    SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
  • Dünən, 12:24
    Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
  • Dünən, 12:13
    Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
  • Dünən, 12:09
    Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
  • Dünən, 11:45
    TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
  • Dünən, 11:39
    DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
  • Dünən, 11:29
    Prezident seçkilərində namizəd olmayacağını açıqladı
  • Dünən, 10:58
    Prezidentin qızı və gəlini tamaşa nümayişində - Fotolar
  • Dünən, 10:52
    Sahibə Qafarova Simonyanı Azərbaycana dəvət edib
  • Dünən, 10:40
    İlham Əliyev həmkarını təbrik etdi
  • Dünən, 10:06
    ABŞ-nin Azərbaycandakı yeni səfiri o ola bilər
  • Dünən, 09:43
    Yay bu tarixdə başlayacaq
  • Dünən, 09:39
    İraqda ABŞ və Britaniya hərbçiləri həlak olub
  • Dünən, 09:00
    Bakıda polislərə müqavimət göstərən şəxs saxlanıldı
  • Dünən, 08:32
    Sürücülərin bal limiti artırılır - ŞAD XƏBƏR
  • Dünən, 08:23
    YouTube-dan yenilik: maraqsız hissələr avtomatik sürətləndiriləcək
  • Dünən, 08:18
    Bakıda 20 istiqamətdə tıxac müşahidə olunur
  • 1-06-2026, 20:47
    Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb
  • 1-06-2026, 15:30
    İyunda 10 gün iş olmayacaq
  • 1-06-2026, 14:30
    Çindən dünyanı şoka salan möcüzə: İki ilə tikilən nəhəng stansiya kosmik mərkəzə bənzəyir
  • 1-06-2026, 14:22
    İrəvanda kartlar yenidən oynanılır: Kremlçilərlə qərbyönümlülərin savaşı
  • 1-06-2026, 09:49
    DİM-dən ödəniş müqabilində bal “artıranlar”a XƏBƏRDARLIQ
  • 1-06-2026, 09:26
    Şəhid övladlarının iştirakı ilə “Yol Polisimizlə bir gün” adlı tədbir keçirilib
  • 1-06-2026, 09:15
    ABŞ İrana zərbələr endirdi, SEPAH isə “cavabsız qoymayacağıq” dedi
  • 1-06-2026, 09:06
    İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir
  • 1-06-2026, 09:00
    Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
  • 1-06-2026, 09:00
    Bazar ərazisində iri tikinti: Gediş-gəliş çətinləşib - VİDEO
  • 1-06-2026, 08:55
    Su axtarırdı, neft tapdı: fermer sərvət əvəzinə böyük problemlərlə üzləşdi
  • 1-06-2026, 08:37
    Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı paylaşım edib
  • 1-06-2026, 08:28
    İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
  • 1-06-2026, 08:16
    Bələdiyyə sədri və onlarla insan saxlanılıb
  • 1-06-2026, 08:11
    BMT-nin Baş katibi İlham Əliyevi təbrik edib
Daha çox
30-05-2026, 12:11
Dünəndən bəri Bakıda 41 ağac sınıb - Fotolar
27-05-2026, 09:04
Bir heyvanı bir neçə nəfər şərikli kəsə bilərmi? - AÇIQLAMA
1-06-2026, 07:03
Cgg
28-05-2026, 14:00
İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib
29-05-2026, 22:07
Əlavə mərtəbələrə görə ev sahibi sayılmırlar: MTK ofisində GƏRGİNLİK - VİDEO
1-06-2026, 20:47
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə