• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

“Azəristiliktəchizat” zərərlə işləyir: - Tarif qalxacaqmı?

gundem / iqtisadiyyat

3-11-2018, 16:39

“Azəristiliktəchizat” zərərlə işləyir: - Tarif qalxacaqmı?














Qış gəlir, istilik sistemləri yenə də gündəmdə olan məsələyə çevriləcək. Fərdi istilik sistemlərinin quraşdırılması işləri çoxalıb, lakin hamıya məlumdur ki, mərkəzləşdirilmiş sistem şəklində işləyən “Azəristiliktəchizat”dan istilik xidmətləri almaq daha sərfəlidir.

Dia.az Oxu.Az-a istinadən xəbər verir ki, istilik sistemlərinin quraşdırılması, xüsusən də yeni tikilən binalarda problem olaraq qalır.

Kim nə qədər ödəyir?

Yeni binalardan yalnız bir qismi mərkəzləşmiş özəl qazanxana sisteminə malikdir. Bəzi binalarda isə ümumiyyətlə, daxili istilik sistemi quraşdırılmayıb. Buna görə də payızda fərdi şəkildə kombi sistemi quraşdıran sakinlərin sayı sürətlə artır. Orta seqment kombinin qiyməti kənar qurğu və avadanlıqlarla birlikdə 1100 manatı ötür, çəkilən aylıq xərc isə 60-80 manat arasında dəyişir.

Mərkəzləşmiş sistemdən istilik alanlar isə yalnız mənzildaxili istilik borularını çəkməklə sistemə qoşulmağa hazır olurlar. Aylıq xərcləri isə fərdi kombi sahiblərindən 10-12 dəfə azdır. Müqayisə üçün deyək ki, 80 kvadrat metrlik mənzilin isidilməsi üçün “Azəristiliktəchizat”a ödənilən vəsait aylıq 6 man 30 qəpik təşkil edir.

Bəs, yeni binaların hamısı niyə “Azəristiliktəchizat”ın xidmətindən istifadə edə bilmir? Qarşıdakı mövsümə sistemin hazırlıq vəziyyəti necədir?

“Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev açıqlamasında bildirib ki, istilik təchizatı obyektlərinin mövcud qazanxana, istilik şəbəkələri, magistral və məhəllədaxili istilik kəmərləri, nəzarət ölçü cihazları və avtomatika, qaz, elektrik, nəqliyyat təsərrüfatları, eləcə də digər istehsal təyinatlı avadanlıqların mövsümə hazırlanması ilə bağlı işlər davam edir.

Hava xoşdur, 15 gün dözün

İstilik mövsümü dağ və dağətəyi rayonlarında 1 noyabr tarixindən, digər ərazilərdə, o cümlədən Bakıda 15 noyabrdan başlayacaq. Mövsüm ərzində Cəmiyyətə məxsus 550 qazanxana istismar edilməklə 3800 yaşayış binası, o cümlədən 180 mindən artıq mənzil, 290 məktəb, 150 uşaq bağçası, 160 səhiyyə müəssisəsi və 1300-ə yaxın digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur.

Bununla əlaqədar bütün qazanxana və istilik məntəqələrində nasoslar, elektrik mühərrikləri təmir olunub, qazanlar və istilik mübadilə aparatları təmizlənib, magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilib.

Tədbirlər planına əsasən, 550 qazanxana və 90 istilik məntəqəsi yoxlanılıb, 564 odluq təmir olunub, 700 ədəd qazan aqreqatı əsaslı və cari təmir olunub, qazanların 27 425 m ekran boruları və konvektiv hissələri dəyişdirilib.

İstilik təchizatı sistemində ən vacib sahələrdən birinin magistral istilik xətləri olduğu nəzərə alınaraq 2018-2019-cu illər istilik mövsümünə hazırlıq tədbirləri çərçivəsində 974 km istilik xətləri yuyulub və hidravlik təzyiqlə yoxlanılıb, 30.5 km məhəllədaxili və magistral istilik xətləri əsaslı təmir olunub.

Ancaq iş bununla bitmir, çünki hər bir istehlakçı da öz mənzilindəki qurğuları istifadəyə yararlı vəziyyətə gətirməlidir. Qapı və pəncərələrdən istilik itkilərin qarşısının alınması üçün müəyyən işlər görülməli, binadaxili və mənzildaxili istilik sistemləri təkrar yoxlanılmalıdır.

Hamı ala bilmir: Niyə?

Amma hamı bu xidmətdən istifadə edə bilmir. Birincisi ona görə ki, Bakı şəhərində salınan yeni binaların sayı həddən artıq çoxdur və bunu yüz faiz əhatə etmək dövlət qurumunun hazırki imkanları xaricindədir. İkincisi, yeni binaların heç də hamısında daxili istilik sistemləri qurulmayıb. Bina tikən şirkətlərin bəziləri bu sistemi quraşdırmağın baha olduğundan evləri istilik xətləri olmadan istismara veriblər.

“Azəristiliktəchizat” rəsmisinin sözlərinə görə, evlərin layihələndirilmə sənədləri baxılmaq üçün onlara təqdim edilir. Bu zaman səhmdar cəmiyyətin qazanxanasına yaxın olan ərazidirsə və texniki şərtlər uyğundursa, həmin binaya istilik verilir. Uyğun deyilsə, istilik sistemləri ilə bağlı qərarları binanı inşa edən şirkət və sakinlər özləri verirlər.

İstilik xidmətinin qiyməti qalxmayıb

Qazın, suyun qiymətinin qalxdığını nəzərə alsaq, hazırda hamının həssaslıqla yanaşdığı məsələ istilik xidmətlərinin tarifidir. Xatırladaq ki, bu xidmətin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir və hazırda “Azəristiliktəchizat”dan istilik alan əhali qrupu mənzilin hər kvadrat metri üçün 15 qəpik, qeyri-əhali qrupu üzrə 1 kub isidilən həcmə 25 qəpik, 1 Qkala görə isə 30 manat ödəyir.

Tarifin bahalaşması ehtimalına gəlincə, R.Əliyev vurğulayıb ki, qiymətləri Tarif Şurası tənzimləyir.

“Düzdür, qazın, suyun qiymətinin qalxması istiliyin maya dəyərini artırıb. Bununla bağlı hesabatımızı müvafiq orqanlara vermişik. Ancaq qiymətlə bağlı Səhmdar Cəmiyyət hər hansı qərar verə bilməz.

R.Əliyev onu da etiraf edib ki, son artımlardan sonra müəssisə ziyanla işləyir. Ancaq “Azəristiliktəchizat” sosial məsuliyyətli bir müəssisədir və qiymət faktoru məhz hökumətin səlahiyyətindədir.

Oxunub: 6 844
Paylaş:
Digər xəbərlər
Şou Biznes
"Hər toydan-şabaşdan pul ayırıb Rəşad Dağlıya göndəririk"
“Maşın” şou yenidən başlayır - Foto
Rəşad Dağlı azadlığa buraxılıb? - AÇIQLAMA
Mustafa Ceceli və digər məşhur simalar saxlanıldı
Türkiyə millisinə yeni himn bəstələyəcək
"Mənim gücüm olsaydı eləsinin nəslini süpürərdim"
Cəmiyyət
Bu gün, 13:40
Fateh bey: Milli Qurtuluş Günü - müasir dövrümüzün qürur səlnaməsi
Bu gün, 13:38
Leysan Məmmədov: “Milli Qurtuluş Günü - Zəfər yolunun başlanğıcı”
Bu gün, 10:12
Bu gün məzun olan şəhid övladları - Polad Həşimovun oğlu da var (SİYAHI)
Bu gün, 10:06
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
Bu gün, 10:01
AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub
Bu gün, 09:57
Emin Əmrullayev məzunları təbrik etdi
Kriminal
18-05-2026, 09:41
Sabirabadda ağır qəza - 3 ölü, 8 yaralı
7-04-2026, 09:32
Tovuzda 19 yaşlı qız oğurlandı - 4 nəfər tutuldu
2-04-2026, 09:32
Bakıda ər-arvad bıçaqlandı - 18 yaşlı övladları tutuldu
Son xəbərlər
  • Bu gün, 13:40
    Fateh bey: Milli Qurtuluş Günü - müasir dövrümüzün qürur səlnaməsi
  • Bu gün, 13:38
    Leysan Məmmədov: “Milli Qurtuluş Günü - Zəfər yolunun başlanğıcı”
  • Bu gün, 11:04
    Türkiyə Ermənistanla sərhədi açdı
  • Bu gün, 10:12
    Bu gün məzun olan şəhid övladları - Polad Həşimovun oğlu da var (SİYAHI)
  • Bu gün, 10:06
    Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
  • Bu gün, 10:01
    AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub
  • Bu gün, 09:57
    Emin Əmrullayev məzunları təbrik etdi
  • Bu gün, 09:19
    Polis əməliyyat keçirdi
  • Bu gün, 09:10
    Şuşada TDT Forumu keçirilir
  • Bu gün, 09:01
    116 min gəncin həyatında dönüş nöqtəsi: "Son zəng" çalınır
  • Dünən, 16:00
    Avropada son 3 ildə ilk dəfə faizlər qaldırıldı: Kimə ziyan vuracaq?
  • Dünən, 15:30
    KTMT niyə Türkiyəni hədəf göstərdi?
  • Dünən, 15:11
    Azərbaycanda güclü zəlzələ oldu
  • Dünən, 15:04
    Yaşıllıqların məhv edilməsinə görə cərimələr sərtləşdirilir
  • Dünən, 13:05
    İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO
  • Dünən, 12:08
    Zahid Oruc: Azərbaycan heç vaxt indiki qədər azərbaycanlıların olmayıb…
  • Dünən, 12:05
    Nazir: İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinə 4,5 mlrd manat vəsait yönəldilib
  • Dünən, 11:47
    Rus ordusu “Tramp yolu”na NİYƏ soxuldu – HƏDƏF
  • Dünən, 11:40
    SON DƏQİQƏ: Ermənistan ÇALXALANIR - Karapetyan HƏRƏKƏTƏ KEÇDİ
  • Dünən, 11:17
    İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır
  • Dünən, 10:59
    Orta aylıq maaş 1200 manata çatır
  • Dünən, 10:25
    Prezident həmkarını təbrik etdi
  • Dünən, 09:50
    Həmin şagird hoteldə ölübmüş
  • Dünən, 09:46
    DYP “Son zəng”lə əlaqədar məzunlara və valideynlərə müraciət etdi
  • Dünən, 09:28
    Son Dəqiqə: İlon Mask dünya tarixində ilk dollar trilyoneri oldu
  • Dünən, 09:00
    Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr keçirilib
  • Dünən, 09:00
    15 mindən çox şəxs magistraturaya imtahan verəcək
  • Dünən, 08:44
    Ukrayna Rusiya günündə Moskvanı BELƏ "TƏBRİK ETDİ" - Nəhəng zavodlar ALOV İÇİNDƏ
  • Dünən, 08:39
    Aqrar sahədə regional müşavirələrə start verilir
  • Dünən, 08:34
    Cənubi Koreya DÇ-yə əzmkar qələbə ilə başladı
  • Dünən, 08:30
    DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq
  • Dünən, 08:26
    Azərbaycan XİN Rusiyanı təbrik etdi
  • Dünən, 08:21
    ABŞ ilk dəfə dünyanın ən böyük neft ixracatçısı oldu
  • 11-06-2026, 16:00
    Ermənistana böyük ZƏRBƏ: Rusiya İrəvanı bu iki ölkə ilə əvəzlədi
  • 11-06-2026, 15:30
    Tramp: “Hörmüz boğazına ABŞ nəzarət edir, İran uduzub”
Daha çox
Dünən, 16:00
Avropada son 3 ildə ilk dəfə faizlər qaldırıldı: Kimə ziyan vuracaq?
8-06-2026, 16:00
Fransa Cənubi Kiprdə qoşun yerləşdirəcək - Saziş bu gün imzalanır
9-06-2026, 16:00
Azərbaycanda yağ kəskin BAHALAŞDI
11-06-2026, 16:00
Ermənistana böyük ZƏRBƏ: Rusiya İrəvanı bu iki ölkə ilə əvəzlədi
Dünən, 13:05
İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO
Dünən, 15:04
Yaşıllıqların məhv edilməsinə görə cərimələr sərtləşdirilir
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə