• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Kombi sistemindən əziyyət çəkənlər üçün – Araşdırma və qalmaqallı iddia

gundem / cemiyyet

3-11-2018, 15:14

Kombi sistemindən əziyyət çəkənlər üçün – Araşdırma və qalmaqallı iddia















Payız-qış mövsümü artıq başlayıb. Havalar günü-gündən soyuyur. Vətəndaşlar da məcburən evlərini isitmək üçün müxtəlif istilik sistemlərindən istifadə etməli olurlar.

Müasir dövrümüzdə əksər insanlar qızdırıcı kimi kombi sisteminə üstünlük verirlər. Təəssüflər olsun ki, digər istilik vasitələrindən daha az təhlükəsiz hesab olunan kombilər keyfiyyət baxımdan vətəndaşa, sözün bütün mənalarında “baha başa gəlir”.

Ən yüksək qiymətə alınan kombi aparatı belə, normal işləmir, tez-tez hansısa hissələrində nasazlıqlar meydana çıxır. Bəzən gecə saatlarında qəfil sönür, bəzən isə isti su əvəzinə soyuq su verir. Ən narahatedici məqam isə odur ki, bu problemlər hər il təkrarlanır.

Servisi, təmiri baha başa gələn kombi sistemlərinin hansı səbəbdən bu vəziyyətdə olmasının isə əsas səbəbini heç bir usta tapa bilmir. Hansısa usta günahı kombiyə gələn suda, başqa birisi qazda, digəri isə kombinin keyfiyyətində görür.

Məsələ ilə bağlı şikayətlərin çoxluğunu nəzərə alıb, Sputnik Azərbaycan-ın əməkdaşı problemlərin, əslində, nədən və ya kimdən qaynaqlandığını araşdırıb. Bəlkə elə günah bizim özümüzdədir, aparatdan düzgü istifadə edə bilmirik və ya “dilini bilən” usta yoxdur? Problemlə bağlı bütün suallara mütəxəssislər aydınlıq gətiriblər.

Peşəkar kombi ustası İslam Mahmudov düşünür ki, əhalinin şikayət etməsi normaldır: “Çünki bu gün Azərbaycanda keyfiyyətli kombilər çox az saydadır. Hamısı Çində istehsal olunan keyfiyyətsiz mallardır ki, Azərbaycana gətirilib müştərilərə İtaliya və digər Avropa ölkələrinin adı ilə satılır. Heç bir malın üzərində sertifikat yoxdur”.

“Ancaq Türkiyədən gətirilən bəzi kombi sistemləri bir qədər keyfiyyətlidir. Hətta deyim ki, bəzi kombilərin ehtiyat hissələri xaricdən gətirilir, Azərbaycanda yığılır. Təbii ki, keyfiyyəti aşağı olan bu məhsullar vətəndaşlara əzab verəcək” – İ.Mahmudov bildirib.

Usta kombi sisteminin su və qaza görə sıradan çıxması ilə bağlı səsləndirilən fikirlərə də aydınlıq gətirib: “Bu, doğru deyil. İllərlə bu sahədə təcrübəmə söykənərək deyə bilərəm ki, kombinin qəfil soyuması, sönməsi və digər problemlərinin su və qaz ilə əlaqəsi yoxdur. Hamısının səbəbi keyfiyyətsiz kombi sistemləridir”.

Mütəxəssisin dediklərini dəqiqləşdirmək üçün kombi satışı ilə məşğul olan www.kombilər.az saytının ofis meneceri Günel İsayeva ilə də danışdıq. G.İsayeva Çindən məhsul almadıqlarını bildirdi: “Bizim kombilərimiz kifayət qədər keyfiyyətlidir. Hətta, zəmanət belə, veririk. Bu günə kimi şikayət olmayıb”.

Şirkətin təmsilçisi günahın kombi ustalarnda olduğunu iddia etdi: “Problem ustalardadır. Onlar evlərin sahəsinə uyğun kombi sistemi quraşdırmırlar. Bu zaman kombi evi yetəri qədər qızdıra bilmir. Onda da problemi atırlar kombinin üzərinə. Halbuki, düzgün kombi seçilsə, belə problemlər olmur. Qeyd edim ki, kombi zavod qüsurlu da ola bilər, amma bu, çox az halda baş verir. Bizim təcrübəmizdə isə heç bu da yoxdur”.

“O ki qaldı kombinin sönməsinə, payız-qış mövsümünə keçəndə kombinin rejimini dəyişmək lazımdır. Bunu etməyəndə kombilərdə belə problemlər yarana bilir. Həm də qaz az gələndə, kombi yaxşı qızdırmaya bilər” – deyə G.İsayeva əlavə etdi.

Menecer sertifikat məsələsinə də aydınlıq gətirdi: “Sertifikatlı kombilər gəlmir. Biz onlayn satırıq və sertifikat vermirik. Çünki biz kombini başqa mağazadan alırıq və üzərinə quraşdırma qiyməti qoyaraq müştəriyə satırıq. Çünki əks halda məhsul baha qiymətə başa gəlir və müştərilərə belə məhsul almaq sərf eləmir”.

İstehlakçıların Hüquqlarını Müdafiə İctimai Birliyinin (İHM İB) sədri Eyyub Hüseynov da vurğuladı ki. onlara kombilərlə bağlı şikayətlər gəlir: “Elə bu günlərdə bu barədə şikayət gəlib. Mir Cəlal küçəsi 1D ünvanında yaşayan sakin zəng etmişdi. Bildirirdi ki, dizaynı və üz hissəsi İtaliya firmasına xas olsa da, daxili Çində yığılan kombi sistemi satıblar ona. Məhsul keyfiyyətsiz çıxıb”.

“Kombilərlə bağlı böyük problem var. Bu məhsullar məcburi sertifikatlaşdırılmalıdır. Nazirlər Kabinetinin qərarına görə də kombilər ölkəyə daxil olmazdan öncə sertifikatlaşdırılmalıdır. Təəssüflər olsun ki, Azərbaycanda kombi sistemləri sertifikatlaşdırılmadan ölkə bazarında satışa çıxarılır. Bu da istehlakçıların hüquqlarının pozulması deməkdir” – deyə Hüseynovsədri qeyd etdi.

Biz problemin kökünə işıq tutmağa çalışdıq və buna nə dərəcədə nail olduğumuza oxucu qiymət verəcək. Bundan sonrakı iş isə, kombiləri sertifikatşaldırmalı olan qurumların üzərinə düşür. Ümid edirik ki, daha çox insanın zərər görməməsi üçün aidiyyatı qurumlar bu məsələni nəzarətə götürəcək.

Oxunub: 4 985
Paylaş:
Digər xəbərlər

gundem / cemiyyet

22-01-2018, 13:50

Azərbaycanda təhlükəli xəzlər satılır — Əksəriyyəti saxtadır

Şou Biznes
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Azərbaycanlı gənc model özündən 45 yaş böyük Dubay şeyxi ilə evləndi – “Mənim üçün əsas olan sevgidir”
ABŞ-yə köçən aparıcı restoranda lavaş bişirir - “Bundan utanmıram”-Video
"Sosial şəbəkədə hoqqa verənləri qəhrəman etmisiniz"
Cəmiyyət
Bu gün, 16:00
Bakıda qız-gəlinləri oynadan dondurmaçı – Rəzalət, yoxsa əyləncə?
Bu gün, 14:00
Şəhid oğlunun iddiaları ilə bağlı - Rəsmi açıqlama
Bu gün, 11:12
Bakı və Abşeronun bu qəsəbələrində 2 gün su olmayacaq
Bu gün, 09:51
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
Bu gün, 09:21
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
Bu gün, 09:00
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
Kriminal
20-07-2026, 10:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 09:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 09:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Son xəbərlər
  • Bu gün, 16:00
    Bakıda qız-gəlinləri oynadan dondurmaçı – Rəzalət, yoxsa əyləncə?
  • Bu gün, 15:30
    Moskvanın Qarabağ açıqlaması İrəvanı ayağa qaldırdı – yeni siyasi qalmaqal
  • Bu gün, 14:22
    Türkiyə İsrailə müdaxiləyə hazırlaşır – Təl-Əvivdə Ankara qorxusu
  • Bu gün, 14:10
    Tacikistandan geri çağırıldı - Qazaxıstana səfir təyin edildi
  • Bu gün, 14:00
    Şəhid oğlunun iddiaları ilə bağlı - Rəsmi açıqlama
  • Bu gün, 12:00
    Əliyevlə Putin telefonla danışdı
  • Bu gün, 11:52
    Dini inanclı şəxslərlə bağlı paylaşım edən şəxs SAXLANILDI
  • Bu gün, 11:47
    Ədliyyə Nazirliyi DİN-lə birgə əməliyyat keçirdi, məhkuma aid tapança tapıldı
  • Bu gün, 11:21
    Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir
  • Bu gün, 11:12
    Bakı və Abşeronun bu qəsəbələrində 2 gün su olmayacaq
  • Bu gün, 10:40
    Əli Əsədov hərbi xidmətə çağırış üzrə komissiya ilə bağlı qərarı dəyişdi
  • Bu gün, 10:26
    Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
  • Bu gün, 09:51
    Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
  • Bu gün, 09:37
    “Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
  • Bu gün, 09:27
    Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
  • Bu gün, 09:21
    Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
  • Bu gün, 09:13
    Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
  • Bu gün, 09:04
    Qara hicab geyinənlər və saqqal saxlayanlar CƏRİMƏLƏNƏCƏK - Bu ölkədə ŞOK QƏRAR
  • Bu gün, 09:00
    "Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
  • Bu gün, 09:00
    Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
  • Bu gün, 08:55
    "B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
  • Bu gün, 08:50
    ABŞ və İran arasında danışıqlar bərpa olundu
  • Bu gün, 08:23
    SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
  • Dünən, 16:00
    Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
  • Dünən, 15:30
    Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
  • Dünən, 13:00
    U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
  • Dünən, 12:56
    İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
  • Dünən, 12:52
    Prezident mühüm Fərman imzaladı
  • Dünən, 12:49
    Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
  • Dünən, 11:46
    Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
  • Dünən, 11:41
    Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
  • Dünən, 11:35
    Binəqədidə obyekt yanır
  • Dünən, 11:31
    Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
  • Dünən, 11:24
    Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
  • Dünən, 11:16
    18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
Daha çox
25-07-2026, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
22-07-2026, 16:00
Paşinyanın referendum XOFU
23-07-2026, 16:00
Rusiya və erməni mediası Prezident Əliyevə qarşı birləşdi
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
25-07-2026, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
25-07-2026, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə