Türkiyənin İstanbul şəhərində yeni hava limanının açılışı 29 oktyabr tarixinə planlaşdırılıb.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan mərasimə Azərbaycan lideri İlham Əliyevi də dəvət edib. Ümumi olaraq açılış mərasiminə 8 min nəfər dəvət edilib. Onlar arasında bir sıra ölkələrin liderləri, dövlət və hökumət nümayəndələri də var.