3-10-2018, 12:02
Sosial şəbəkələrdən istifadə ilə bağlı yeni qanun layihəsi hazırlanır

Sosial şəbəkələrdən istifadə ilə bağlı yeni qanun layihəsi hazırlanır














Azərbaycanda "Sosial şəbəkələrin statusunun tənzimlənməsi haqqında” yeni qanun layihəsi hazırlanır.

"Report”un əldə etdiyi məlumata görə, hazırda ilkin variantda 1 fəsil və 9 maddədən ibarət olan layihədə sosial şəbəkələrdən istifadə, informasiya yayımı və s. məsələlərlə bağlı hüquqi tənzimlənmələr əksini tapıb.

Qanun layihəsinin yaxın vaxtlarda Milli Məclisin komitələrində müzakirəyə çıxarılacağı gözlənilir.

Layihə üzərində işin yekunlaşacağı təqdirdə sənədin Milli Məclisin payız sessiyasında, yaxud növbəti sessiyada müzakirəyə çıxarılması mümkündür.
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın