• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Aşura mərasimi Azərbaycan xalqı üçün faydalıdır – Hacı Şahin

gundem / cemiyyet

22-09-2018, 13:56

Aşura mərasimi Azərbaycan xalqı üçün faydalıdır – Hacı Şahin















“Bu il daha nizamlı və mütəşəkkil şəkildə əzadarlıq mərasimləri keçirildi”

Sentyabrın 20-də Azərbaycanda Məhərrəm ayının onuncu günü, Aşura qeyd olundu. Aşura günü ilə əlaqədar ölkədəki məscidlərdə İmam Hüseyn əzadarlığı keçirildi. Yüzlərlə insan məscidlərə gələrək mərasimlərdə iştirak edib, şəhid İmam Hüseyni (ə) və onun silahdaşlarını andılar. Keçirilən məclislərdə xütbələr oxunub, Kərbəla qiyamının fəlsəfəsindən və İmam Hüseynin (ə) həyatı və şəxsiyyəti barədə danışıldı.

Hələ Məhərrəm ayından öncə bir sıra xarici qüvvələr Azərbaycanda dindarların adından istifadə edərək, təxribatlar törətməyə cəhd etmişdilər. Xüsusilə də Gəncə hadisələri bizə çox şeydən xəbər verdi. Lakin Azərbaycanın güc strukturlarının işə qarışması, xalqın təxribatlara uymamasının nəticəsində ölkədə Aşura mərasimləri sakit, heç bir insident yaşanmadan keçirildi. Təbii ki, burada din xadimlərinin də xüsusi rolu oldu ki, onlar söhbətlərində insanlara doğru yolun nə olduğunu, xarici qüvvələrə uymamağı bildirirdilər.

“Yeni Müsavat”a danışan ilahiyyatçı Hacı Şahin Həsənli bildirdi ki, Aşura günündə insanlar bütün qaydalara əməl etdilər: “Hər il olduğu kimi Azərbaycanın bir çox məscidlərində təziyə mərasimləri keçirildi. Onu da qeyd edim ki, bu il ötən illərlə müqayisədə daha nizamlı və mütəşəkkil şəkildə əzadarlıq mərasimləri baş tutdu. İnsanlar məscidlərə gəlib dini ayinləri icra etdilər və qanvermə aksiyalarında iştirak etdilər. Eyni zamanda insanlar Qafqaz Müsəlmanları İdarəsinin fətvasında əks edilən demək olar ki, bütün tövsiyələrə əməl etdilər. Hüquq mühafizə orqanları da dini icmalarla birlikdə məscidə gələn insanların təhlükəsizliyini təmin etdilər. Yəni müşahidələrimə əsasən qeyd edim ki, bu il bütün keçən illərdən daha mütəşəkkil və nizamlı şəkildə Azərbaycanda Aşura mərasimləri keçirildi”.

Hacı Şahin Aşura mərasimlərindən öncə din xadimlərinin insanları maarifləndirmə istiqamətindəki rolundan da danışdı: “10 gün ərzində, yəni Aşuraya qədər məscidlərdə bütün din xadimləri insanlara öz tövsiyələrini verirdilər. Din xadimləri həm Kərbəla hadisəsinin mahiyyəti haqqında insanlara xəbər verirdi, həm də bundan sui-istifadə etmək istəyən insanların olduğunu bildirirdilər. Bu baxımdan insanlar ayıq-sayıq olmağa dəvət edilirdi. Onu da qeyd edim ki, tarixən Azərbaycanda Aşura mərasimləri zamanı hər hansı ciddi insident baş verməyib. Yəni Aşura mərasimləri mahiyyət etibarilə dinc xarakterlidir. Aşura əslində insanları həmrəyliyə, birliyə, mərhəmətə dəvət edir. Aşura eyni zamanda şəhidlərin anım günüdür. Ona görə də bütün məscidlərdə Kərbəla şəhidləri ilə yanaşı, Azərbaycan şəhidləri yad edildi. Bizim məsciddə divara şəhidlərin fotosu əks olunan lövhələr vuruldu. Yəni insanlar həm də şəhidlərimizi anıb, onların ruhuna dualar oxuyurdular. Bütün bu maarifləndirmə işlərinin də təbii ki, öz təsiri var. Azərbaycanda heç zaman düşünürəm ki, Kərbəla hadisəsinin, Aşuranın il dönümündən istifadə edib təxribat törətmək cəhdləri baş tutmayacaq. Bütün bunlar hər zaman uğursuzluqla nəticələnəcək. Çünki Aşura Azərbaycan xalqının təsəvvüründə bir fədakarlıq günüdür. Bu gün insanlarla həmdərdlik günüdür. Radikal çağırışlar Aşura gününün mahiyyəti ilə uyğun olmaması səbəbindən heç bir nəticə verə bilməz”.

Hacı Şahin Aşura gününün ləğvi fikrini səsləndirənlərə də öz münasibətini bildirib: “Bu elə məsələdir ki, onun formatını dəyişmək, ləğv etmək mümkün deyil. Aşura mərasimləri xalqın genetik kodunda, qan yaddaşında olan bir məsələdir. Əsrlərlə bu mərasimlər Azərbaycanda qeyd olunub. Təbii ki, hər hansı bir dini ayindən sui-istifadə zaman-zaman mümkün olub. Bu, təkcə Aşura mərasimlərinə aid deyil. Bəzi insanlar Qurandan da, namazdan da, Həcdən də sui-istifadə edirlər. Bəzən inanca xurafat, mövhumat da qatılır. Bizim vəzifəmiz isə inancımızı xurafat və mövhumatdan təmizləməkdir. Bu, təkcə Aşura ayinlərinə aid deyil. Ümumiyyətlə, xurafat dinin düşmənidir və din, inanc xurafatla bir araya sığmır. Çalışmalıyıq ki, Aşura ayinini zamanın tələbinə uyğun şəkildə qeyd edək. Baş yarma, qan tökmə kimi ayinlər keçmişdə olub. Bütün bunlar bilgisizlikdən, savadsızlıqdan qaynaqlanıb. Əslində isə bu kimi əməllər Kərbəla hadisəsinin mahiyyətinə kölgə salır, bunun təhrif olunmasına xidmət edir. Bu cür əməllər yolverilməzdir. Bu barədə dinin də görüşləri aydındır. Belə ki, din bədənə xəsarət verməyi qəti şəkildə haram hesab edir. Bu da insanlara çatdırılır və insanlar maarifləndikcə bu kimi hallar baş vermir. Ancaq Aşuranın ləğvi məsələsi qədər qeyri-realdır. Nə üçün Aşura ləğv olunmalıdır. Aşura mərasimi Azərbaycan xalqı üçün faydalıdır. Bu, həm də milli adət-ənənəyə çevrilib. Dünyanın hər yerində azərbaycanlılar Aşura günü və Novruz bayramı ilə tanınırlar. Aşura bizim mədəniyyətimizdə də öz izini buraxıb. Hətta mətbəximizə də sirayət edib. Yəni Aşuranın ləğv olunması ağıla sığan deyil. İstənilən dini mərasimin ağıl və məntiq çərçivəsində, dinin tələblərinə uyğun şəkildə qeyd olunması zəruridir. Bu istiqamətdə də addımlar atılır və Aşura da məhz bu qaydalara uyğun şəkildə keçirilir”.

Oxunub: 6 573
Paylaş:
Digər xəbərlər

gundem / cemiyyet

17-09-2018, 12:41

Nardaranlı axund: “Aşura günü uşaqların məsciddə nə işi var?!

Şou Biznes
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Azərbaycanlı gənc model özündən 45 yaş böyük Dubay şeyxi ilə evləndi – “Mənim üçün əsas olan sevgidir”
ABŞ-yə köçən aparıcı restoranda lavaş bişirir - “Bundan utanmıram”-Video
"Sosial şəbəkədə hoqqa verənləri qəhrəman etmisiniz"
Cəmiyyət
Bu gün, 09:13
Marketdə bu səhvləri edirsinizsə, hər ay cibinizdən yüzlərlə manat çıxır
25-07-2026, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
25-07-2026, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
25-07-2026, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
25-07-2026, 08:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
25-07-2026, 08:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Kriminal
20-07-2026, 10:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 09:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 09:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Son xəbərlər
  • Bu gün, 09:13
    Marketdə bu səhvləri edirsinizsə, hər ay cibinizdən yüzlərlə manat çıxır
  • Bu gün, 09:00
    Zəngəzur dəhlizinin boğazındakı “kal armud”
  • 25-07-2026, 12:11
    İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
  • 25-07-2026, 11:39
    Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
  • 25-07-2026, 10:17
    Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
  • 25-07-2026, 10:00
    "Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
  • 25-07-2026, 09:01
    Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
  • 25-07-2026, 09:00
    "Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
  • 25-07-2026, 08:50
    Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
  • 25-07-2026, 08:37
    Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
  • 25-07-2026, 08:27
    Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
  • 25-07-2026, 08:15
    Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
  • 25-07-2026, 08:11
    Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
  • 25-07-2026, 08:06
    Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
  • 24-07-2026, 16:00
    İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
  • 24-07-2026, 15:30
    Bakıda bu evlərin qiyməti kəskin qalxır
  • 24-07-2026, 14:22
    Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
  • 24-07-2026, 14:00
    Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
  • 24-07-2026, 13:46
    İlham Əliyev bu qanunu təsdiqlədi
  • 24-07-2026, 13:41
    Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
  • 24-07-2026, 13:37
    Prezident bu ölkədəki səfiri geri çağırdı
  • 24-07-2026, 13:34
    Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
  • 24-07-2026, 12:10
    Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
  • 24-07-2026, 12:07
    Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
  • 24-07-2026, 11:03
    Balakəndə küçə itlərini zəhərləyirlər?
  • 24-07-2026, 10:11
    Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
  • 24-07-2026, 10:07
    Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
  • 24-07-2026, 10:03
    İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
  • 24-07-2026, 09:54
    Şantaj körpüsü
  • 24-07-2026, 09:46
    Nazirlik 75 min nəfəri sevindirdi - RƏSMİ MƏLUMAT
  • 24-07-2026, 09:42
    Həftəsonu temperatur çox yüksək olacaq - Xəbərdarlıq
  • 24-07-2026, 09:39
    Bakı-Quba yolunda avtomobil piyadanı vurub öldürdü - Anbaan video
  • 24-07-2026, 09:10
    Dənizdə batan 17 yaşlı Arzunun - Fotosu
  • 24-07-2026, 09:04
    Azərbaycan nefti sürətlə bahalaşır: 110 dollara yaxınlaşır
  • 24-07-2026, 09:00
    Qurban Qurbanov: "Cavab oyununda daha yaxşı nəticə qazanmağa çalışacağıq"
Daha çox
25-07-2026, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
22-07-2026, 16:00
Paşinyanın referendum XOFU
23-07-2026, 16:00
Rusiya və erməni mediası Prezident Əliyevə qarşı birləşdi
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
21-07-2026, 18:19
“Vətənə xəyanət edənlərə yazığım gəlir” - Hikmət Hacıyevdən Tural Sadıqlıya
25-07-2026, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə