Xəbər lenti
» » Türkiyədə saxlanılan azərbaycanlı dilənçi hər kəsi heyrətləndirdi – FOTO

Türkiyədə saxlanılan azərbaycanlı dilənçi hər kəsi heyrətləndirdi – FOTO

Tarix: 15 sentyabr 12:32
Türkiyədə saxlanılan azərbaycanlı dilənçi hər kəsi heyrətləndirdi – FOTO














Türkiyənin İstanbul şəhərində dilənçiliklə məşğul olan azərbaycanlı saxlanılıb.

Oxu.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, Sabiha Gökçən aeroportu ətrafında dilənçiliklə məşğul olan şəxsin cibindən 15 fərqli pul valyutası çıxıb.

Məlumata görə, azərbaycanlı dilənçinin cibindən 2500 türk lirəsi, 530 avro, 421 ABŞ dolları ilə yanaşı, İran rialı, Səudiyyə Ərəbistan rialı, Qətər rialı, Küveyt dinarı, BƏƏ dirhəmi, Oman rialı, Livan lirəsi, Liviya dinarı, İsveç kronu, Nepal rupisi və Hindistan rupisi çıxıb.

Aşkar edilən pullar müsadirə edilib.

Türkiyədə saxlanılan azərbaycanlı dilənçi hər kəsi heyrətləndirdi – FOTO

 Oxunub: 19 


Oxşar xəbərlər:
Ən çox oxunanlar