• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Ayda 300 min manat büdcədən yayınır? - BŞİH əməkdaşları sürücülərdən qanunsuz pul yığır

gundem / bolge

13-09-2018, 19:21

Ayda 300 min manat büdcədən yayınır? - BŞİH əməkdaşları sürücülərdən qanunsuz pul yığır















Bu il aprelin 2-sində Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Fərmana görə, “Bakı Nəqliyyat Agentliyinin Nizamnaməsi” təsdiq edilib.
Nizamnaməyə əsasən, Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhərində müntəzəm sərnişindaşıma xidməti göstərən avtomobil nəqliyyatı vasitələri üçün dayanacaq məntəqələrinin, parklanma yerlərinin və taksi minik avtomobilləri üçün duracaq yerlərinin Bakı Nəqliyyat Agentliyin idarəetməsinə verilməsi iki ay müddətində təmin edilməli və həmin fəaliyyəti tənzimləyən analoji qurumlarının (struktur bölmələrinin, ştatlarının) ləğv edilməsi üçün tədbirlər görülməli idi. Lakin Artıq o müddət başa çatsa da, parkomatlara nəzarət hələ də Bakı Şəhər İcra Hakimiyyətindədir.
Son günlər isə parkomatlarla bağlı daha bir problem ortaya çıxıb. Belə ki, BİH əməkdaşları əllərində aparatla sürücülərə yaxınlaşaraq qəbz verir və onlardan vəsait ödəmələrini tələb edirlər. Əks halda isə cərimə yazacaqlarını bildirirlər. Bu isə haqlı olaraq sürücülər arasında narazılığa səbəb olur.
Ekspertlərlə problem, onun həlli yolları və alternativ varinatlardan danışdıq:

Yol-nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov Sfera.az-a açıqlamasında məsələnin hüquqi tərəfi haqda danışıb: “Hazırda parkomatların idarəsi və nəzarəti Bakı şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir. Bu ilin aprelində Prezident parkomatlara nəzarətin BİH-dən Bakı Nəqliyyat Agentliyinə verilməsi ilə bağlı fərman imzaladı. Bunun üçün iki ay müddət ayrılsa da, hələ ki, parkomatlara nəzarət BNA-ya təhvil verilməyib. Artıq təhvil verilmək üçün nəzərdə tutulan müddət bitib”.

Yol-nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı isə saytımıza açıqlamasında BİH əməkdaşlarının qanun pozuntularından, sürücülərlə sərt davranışlarından danışıb: “Ölkə prezidenti İlham Əliyevin imzaladığı fərmanla Bakı şəhəri ərazisində dayanma-durma və parklanma qaydalarının təşkili və nəzarəti Bakı Nəqliyyat Agentliyinə həvalə edildi. Bu sərəncama əsasən nə yol polisi, nə də ki, BİH əməkdaşları dayanma-durma qaydasının pozulmasına görə sürücülərə cərimə yaza, bu cür ərazilərdə dayanaraq pul yığıla bilər. BİH əməkdaşlarının parkinqlərdən pul yığması qanunsuzdur. Lakin təəssüflər olsun ki, bu gün BİH əməkdaşları hətta buna görə sürücüləri hədələyir, şantaj edirlər. Əllərindəki aparatla qəbz yazıb hədə-qorxu gəlirlər ki, ödəniş etməsəniz, sizə cərimə yazacağıq. Saatına bir manatdan cərimə hesablayırlar. Düşünürəm ki, hüquq-mühafizə orqanları bu məsələ ilə əlaqədar olaraq bir addım atmalıdır. Söhbət gün ərzində yığılan neçə min manatdan gedir. Gün ərzində bu yolla təxminən 10 min manatadək pul yığılır. Bu isə aylıq təxminən 300 min manat puldu. Bu pulun hara və kimin cibinə axdığını araşdırmaq lazımdır. Hər əyninə jilet geyib əlinə taxta parçası alan dayanacaqlarda pul yığmamalıdır. Bu səlahiyyət artıq Bakı Nəqliyyat Agentliyinə verilib. Bakı Nəqliyyat Agentliyi yeni sistem qurmağa çalışır və bununla bağlı açıqlama verməyə hazırlaşır”.
Ekspert tələb edilən pulun da həddən artıq yüksək olduğunu düşünür: “Gün ərzində elə olur ki, 10 yerdə avtomobil saxlamalı oluruq. Hər dayanacağa 1 manatdan versək, gün ərzində təxminən 10 manatı dayanacağa vermiş olarıq. Bunun bir həddi olmalıdır. Bu məsələyə ciddi nəzarət edilməlidir. Düşünürəm ki, BNA sürücüləri nəzərə alacaq, 1 manat çox yüksəkdir. Simvolik rəqəm olmalıdır ki, insnalar bunu ödəyə bilsin”.
Ekspert parklanma qiymətlərinin ərazilərə görə müəyyən edilməsini təklif edir: “Bəzi ərazilər var ki, orada sürücülər az qala avtomobillərini restoranın qapısından içəri salsınlar. “İçərişəhər” metrostansiyası və bu kimi ərazilərdə bu cür halları daha çox müşahidə edə bilərik. Yalnız şəhərin bahalı hesab edilən belə ərazilərində qiymətin fərqli, daha yüksək olmasını təklif edirəm. Belə yerlərdə parkinq qiymətləri 2 manat olsa, daha yaxşı olar. Bu addımla həmin ərazilərdəki sıxlığı da aradan qaldırmaq mümkün olacaq. Elə ərazilər var ki, sıxlıq olduğundan həmin yerlərdə gəzmək mümkün deyil”.

İqtisadçı Natiq Cəfərli isə parkomatlara və nəzarətçilərə vəsaitin xərclənməsindənsə, telefonlara xüsusi proqramların yüklənməsini təklif edir: “Azərbaycanda həm aparat quraşdırılır, həm də yanına nəzarətçi qoyulur. Biri varsa, digərinə nə ehtiyac? Bunun üçün əlavə vəsait xərcləməyə gərək yoxdur. Dünyada parkomatlar artıq tarixə qovuşur. Mobil telefonlarda yüklənən xüsusi proqramlar parkomatların funksiyasını icra edir. Avtomobili saxladıqdan yenidən tərpənənədək proqram işlək olur. Bu zaman mesaj formasında nə qədər vəsaitin ödənilməsi haqda bildiriş göndərilir. Sürücülərin bank, təqaüd kartları ilə bir neçə gün ərzində bu pulu ödəmək imkanları olur. Bundan əlavə, nəzarətçilərin olması elə bir düşüncə formalaşdırır ki, sanki nəzarət olmasa, vətəndaş ödəniş etməyəcək”.
N.Cəfərli bir çox xarici ölkələrdə olan bu təcrübənin ölkəmizdə tətbiqi üçün pilot layihənin keçirilməsinə gərək olduğunu deyib: “Düşünürəm ki, bu işi istənilən İT şirkətə həvalə etməklə bir pilot bölgə yaratmaq olar. Həmin rayonun ərazisində isə proqramın necə işlədiyini sınaqdan keçirmək olar. Bu proqramın əsas üstünlüyü əlavə xərc, insan resursu və buna görə də maaş tələb etməməsidir”.
N.Cəfərli bu problemin həllində şəffalıq amilinin mühüm olduğunu vurğulayıb: “Azərbaycanda parkomatların idarəsindən yığılan pulların hara axmasınadək bir çox suallar var. BİH dövlət büdcəsindən ən çox vəsait və datasiya alan qurumlardan biridir. Lakin təəssüflər olsun ki, bu neçə illər ərzində BİH tərəfindən yığılan pullarla bağlı hansısa hesabatın verildiyini görməmişik. Şəffaflıq qorunmalıdır və insanlar ödədikləri vəsaitin hara axdığını bilməlidir”.

Oxunub: 5 467
Paylaş:
Digər xəbərlər

gundem / cemiyyet

26-08-2018, 16:05

Sürücülərin nəzərinə, cərimə oluna bilərsiniz

gundem / cemiyyet

10-04-2018, 15:19

Bakıda bütün parkomatlar ləğv edilir - yeni sistem tətbiq edildi - VİDEO

gundem / cemiyyet

9-01-2018, 13:32

Əsədov: Hər kəs deyir ki, bir dəqiqəlik dayanmışdım, araşdıranda məlum olur ki...

Şou Biznes
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Azərbaycanlı gənc model özündən 45 yaş böyük Dubay şeyxi ilə evləndi – “Mənim üçün əsas olan sevgidir”
ABŞ-yə köçən aparıcı restoranda lavaş bişirir - “Bundan utanmıram”-Video
"Sosial şəbəkədə hoqqa verənləri qəhrəman etmisiniz"
Cəmiyyət
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
Dünən, 08:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 08:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 08:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Kriminal
20-07-2026, 10:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 09:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 09:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Son xəbərlər
  • Dünən, 12:11
    İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
  • Dünən, 11:39
    Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
  • Dünən, 10:17
    Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
  • Dünən, 10:00
    "Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
  • Dünən, 09:01
    Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
  • Dünən, 09:00
    "Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
  • Dünən, 08:50
    Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
  • Dünən, 08:37
    Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
  • Dünən, 08:27
    Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
  • Dünən, 08:15
    Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
  • Dünən, 08:11
    Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
  • Dünən, 08:06
    Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
  • 24-07-2026, 16:00
    İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
  • 24-07-2026, 15:30
    Bakıda bu evlərin qiyməti kəskin qalxır
  • 24-07-2026, 14:22
    Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
  • 24-07-2026, 14:00
    Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
  • 24-07-2026, 13:46
    İlham Əliyev bu qanunu təsdiqlədi
  • 24-07-2026, 13:41
    Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
  • 24-07-2026, 13:37
    Prezident bu ölkədəki səfiri geri çağırdı
  • 24-07-2026, 13:34
    Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
  • 24-07-2026, 12:10
    Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
  • 24-07-2026, 12:07
    Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
  • 24-07-2026, 11:03
    Balakəndə küçə itlərini zəhərləyirlər?
  • 24-07-2026, 10:11
    Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
  • 24-07-2026, 10:07
    Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
  • 24-07-2026, 10:03
    İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
  • 24-07-2026, 09:54
    Şantaj körpüsü
  • 24-07-2026, 09:46
    Nazirlik 75 min nəfəri sevindirdi - RƏSMİ MƏLUMAT
  • 24-07-2026, 09:42
    Həftəsonu temperatur çox yüksək olacaq - Xəbərdarlıq
  • 24-07-2026, 09:39
    Bakı-Quba yolunda avtomobil piyadanı vurub öldürdü - Anbaan video
  • 24-07-2026, 09:10
    Dənizdə batan 17 yaşlı Arzunun - Fotosu
  • 24-07-2026, 09:04
    Azərbaycan nefti sürətlə bahalaşır: 110 dollara yaxınlaşır
  • 24-07-2026, 09:00
    Qurban Qurbanov: "Cavab oyununda daha yaxşı nəticə qazanmağa çalışacağıq"
  • 24-07-2026, 08:52
    Elmar Vəliyevə aid olduğu deyilən bazar 18 milyona satılır - Fotolar
  • 24-07-2026, 08:32
    Rusiyada böhran dərinləşir - Kremldə qadağaların uzadılması müzakirə edilir
Daha çox
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
22-07-2026, 16:00
Paşinyanın referendum XOFU
23-07-2026, 16:00
Rusiya və erməni mediası Prezident Əliyevə qarşı birləşdi
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
21-07-2026, 18:19
“Vətənə xəyanət edənlərə yazığım gəlir” - Hikmət Hacıyevdən Tural Sadıqlıya
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə