• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

“Hacı Əbdülün səsi Xalq Cəbhəsi hakimiyyətinin işgəncələri nəticəsində tutulub” — Şeyxin qudasından SENSASİON AÇIQLAMALAR

gundem / siyaset

7-09-2018, 15:30

“Hacı Əbdülün səsi Xalq Cəbhəsi hakimiyyətinin işgəncələri nəticəsində tutulub” — Şeyxin qudasından SENSASİON AÇIQLAMALAR














Milli Məclisin keçmiş deputatı, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin qudası Hacı Qalib Salahzadənin “Ölkə.Az” xəbər portalına müsahibəsi:

“Hacı Əbdülü Xalq Cəbhəsi hakimiyyəti zəhərləyib”


– Bir neçə gün öncə “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül Əbdülov jurnalist Əvəz Zeynallının “Qaynar Qazan” layihəsinə müsahibəsində 1991-ci ilin 20 noyabrında baş vermiş Qarakənd faciəsinə - Azərbaycan siyasi xadimlərinin olduğu vertolyotun vurulması hadisəsinə toxunaraq, bir sıra ittihamlar səsləndirib.
Hacı Əbdül vaxtilə keçmiş batalyon komandiri, mərhum Qatır Məmmədlə (Yaqub Rzayev) həbsdə olarkən ondan sensasiyalı sözlər eşitdiyini və vertolyotu onların vurduğunu bildirib. Siz uzun müddətdir ki, Hacı Əbdüllə dost olmusunuz. Onun bu fikirləri nə qədər doğrudur?

– Mən tam məsuliyyətlə deyirəm ki, bu barədə Hacı Əbdül nə deyirsə, çox düz deyir. Hacı Əbdülün dedikləri kəlməsinə qədər doğrudur.
1993-cü ildə ulu öndər Heydər Əliyev hakimiyyətə gəlməsydi, yəqin ki, Xalq Cəbhəsi hakimiyyəti Hacı Əbdülü öldürəcəkdi. Hacı Əbdül orada bir həqiqəti deməyib. Ancaq mən bu həqiqəti necə olubsa xalqa çatdıracam. Deməli, 1992-ci il sentyabrın 15-də Xalq Cəbhəsi hakimiyyətinin qoçuları məni və 8 nəfər yaxın qohumumu günahsız yerə həbs edərək Bayıl türməsinə aparıblar. Həmin vaxtı İsgəndər Həmidovun adamları 200 nəfər silahlı dəstə ilə Bilgəhə gəlib məni və qohumlarımı həbs etdilər. Heç bir səbəb göstərmədən məni və qohumlarımı tutaraq həbsxanaya aparıblar. Yeganə səbəbləri o idi ki, sənə sui-qəsd olanda sən niyə ölməmisən? Çünki 1992-ci il dekabrın 8-də məni öldürmək istəmişdilər, mənə 6 güllə dəymişdi.
Bizim tutularaq həbsxanaya aparılmağımız üçün əməliyyata isə general Qüdrət Paşayev rəhbərlik edirdi. Qüdrət Paşayev isə İsgəndər Həmidovun adamı idi. Onlar məni, kiçik qardaşımı və 8 nəfər qohumumu Bayıl türməsinə aparıb saldılar. Mənim bu dediklərimə deputat Çingiz Qənizadə, Hüseyn Əlixanov, Əlirza Kərimov, Zakir Nəsirov, Məzahir Əliyev, Əli Əliyev şahiddir. Həmin vaxtı şəxsən Çingiz Qənizadə əlində bir blok “Marlboro” siqareti gətirərək Bayıl türməsinə yanıma gəlmişdi. Çingiz Qənizadə türmənin rəisinin otağında iki saat da mənimlə oturub söhbət etdi. Həmin vaxtı türmənin rəisi deputat Vahid Əhmədovun qardaşı idi. Çingiz Qənizadə açıq şəkildə mənə dedi ki, səni İsgəndər Həmidov tutdurub, mənlik bir şey yoxdur. Adamın üstündə Allah var, həmin vaxtı Çingiz Qənizadə mənimlə çox mehriban danışırdı, mənə qarşı nəlayiq hərəkət etməmişdi. Ancaq “Qoraddel”-də 2 dəfə Əli Əliyevə fitva verdi ki, Hacı sənə tərs-tərs baxır. Çingiz Qənizadənin bu sözlərindən sonra Əli Əliyev də məni döymək istəyirdi, ancaq Zakir Nəsirov buna imkan vermədi. Həmin vaxtı mən ağır yaralı idim, 6 güllə yarası almışdım. Yəni, o dövrdə məni döymək çox çətin deyildi.

Biz Bayıl türməsində olanda Hacı Əbdül də 18-ci kamerada yatırdı. Mən isə 19-cu kamerada otururdum. Biz türmədə Hacı Əbdüllə çox yaxın idik, çörəyimizi, suyumuzu bölürdük. Ona görə də mən Hacı Əbdülün başına gətirilən hadisələrin şahidi olmuşam. Həmin dövrdə Hacı Əbdül Həcc ziyarətindən gələndə ailəsi ilə görüşməyə imkan verilməmişdi, dərhal tutub həbsxanaya salmışdılar. O dövrdə Hacı Əbdülün böyük nüfuzu və hörməti var idi. Həbsxanada da hamı bilirdi ki, Hacı Əbdülü türməyə qanunsuz gətiriblər. Ona görə də dustaqlar belə Hacı Əbdülə hörmət bəsləyirdilər.

Biz Hacı Əbdüllə Bayıl türməsində qalanda şahid olduğum hadisəni danışmaq istəyirəm. Deməli, Hacı Əbdül 18-ci kamerada, mən isə 19-cu kamerada olurdum. Bizim aramızda bir dəhliz var idi. Dəhlizin bir tərəfində isə 13-cü kamera yerləşirdi. Həmin kameranı tərtəmiz ağardıb, əl gəzdirmişdilər. Təsəvvür edin ki, kameranı elə təmizləmişdilər ki, hər bir dustaq orada qalmağa can atırdı. Günlərin bir günü Hacı Əbdülü həmin kameraya keçirdilər. Mən də istəyirdim ki, həmin kameraya keçim, ancaq buna imkan vermədilər. Dedilər ki, sənə olmaz. Bir neçə gün sonra isə Hacı Əbdülün olduğu kameraya zəhərli qaz buraxıldı. İçəridən sirkə turşusu iyi gəlirdi. Həmin andan sonra Hacı Əbdülün səsi tutudu. Onu zəhərləmişdilər. Hacı Əbdülü saldıqları kameraya pəncərədən zəhərli hava verilmişdi. Mən bütün bunların canlı şahidi olmuşam. Tam məsuliyyətlə deyirəm ki, Hacı Əbdülün səsi Xalq Cəbhəsi hakimiyyətinin işgəncəsi nəticəsində tutulub. O dövrdə Xalq Cəbhəsi hakimiyyətinin, o cümlədən İsgəndər Həmidovun insanlara qarşı bu cür repressiyaları adi hal sayılırdı.

Yaxşı yadımdadır ki, mən olan dövrdə 5 nəfəri güllələdilər. İsa Qəmbər bunu yaxşı bilir.
İnanın ki, AXC-Müsavat hakimiyyəti tərəfindən Hacı Əbdülün başına gətirilən işgəncələrin bəziləri yadından çıxıb. Ancaq mən şahidəm ki, Hacı Əbdülə türmədə zəhərli iynə vurub öldürmək istəyirdilər. Xalq Cəbhəsinin bütün bu cinayətlərinə də İsgəndər Həmidov başçılıq edirdi. Bu adamlar indi çıxıb demokratiyadan, insan azadlığından və sairə danışır, bütün bunlar nağıl və cəfəngiyyatlardır. Heç bir günahı olmayan ailəmin üzərinə 200 silahlı dəstə ilə gəlmişdilər. Burada hansı insan haqqlarından söhbət gedə bilər? Mən nağıl danışmıram, bunun canlı şahidləri var. İsgəndər Həmidovun göstərişi ilə 200 əli avtomatlı dəstə evimə basqın etmişdi. 32 avtomobil və 3 avtobisla gəlmişdilər. Ancaq Bilgəh camaatı imkan vermirdi ki, məni tutsunlar. Mənim dediklərimə Bilgəh camaatı da şahiddir.
Mən bütün bunları ona görə danışıram ki, bəzən AXC-Müsavat üzvləri Hacı Əbdülü “dəli” kimi təqdim etməyə çalışırlar. Ancaq Hacı Əbdül tam doğru danışır. Mən buna şahid olmuşam.
AXC-Müsavat hakimiyyəti hərc-mərclik, mafioz dəstələr yaratmışdı. Allah onun ruhunu şad etsin ki, Heydər Əliyev hakimiyyətə gələndən sonra bütün bunların qarşısını aldı.
Bu gün isə cənab Prezident İlham Əliyev bu cür halların təkrarlanmaması üçün addımlar atır, Birinci vitse-prezident kimi Mehriban xanım Əliyevanın böyük dəstəyi var.

“Cəlal Əliyevlə söhbətdən qayıdandan sonra nazirlər mənə ikiəlli salam verirdilər”



– Ola bilərmi ki, Xalq Cəbhəsi hakimiyyəti sizin Ayaz Mütəllibovla əlaqələrinizin olduğuna görə sizi həbs etdirmişdi?

– And olsun getdiyim Həcc ziyarətinə ki, mən Ayaz Mütəllibovu heç zaman həyatda görməmişəm, onunla heç bir əlaqəm olmayıb. Sadəcə olaraq SSRİ dövründən Ayaz Mütəllibovun atasının Bilgəhdə bağ evi vardı, indi də həmin bağ qalır. Mən Ayaz Mütəllibovun atası ilə 25-30 ilə yaxın dostluq etmişəm. Sonradan onun oğlu prezident oldu. İndi burada mənim nə günahım var? Mən Ayaz Mütəllibovun atası ilə 70-80-cı illərdən dostluq edirdim, onunla 80-ci ildə bir yerdə çəkilmiş fotom var. Yaxşı indi mənim burada nə günahım var? Prezidentin atası ilə dost olmuşam deyə, məni niyə günahsız yerə tutmalı idilər? Mən Cəmil Əlibəyovla, Cəlal Əliyevlə 18 yaşımdan dost olmuşam. Cəlal Əliyevi şəxsən tanıyan adam kimi deyirəm ki, o çox mərd, kişi adam olub. Heç kəsin haqqı yoxdur ki, Cəlal Əliyevin barəsində pis nə isə söyləsin. Çünki mən Cəlal Əliyevin necə adam olduğunu çox yaxşı bilirəm.
Mən indi də çox adamla dostam, ancaq hakimiyyət dəyişikliyi olanda bu dostluğun insana ağır ziyanları olur. Yəni, deyirlər ki, filankəs filan adamla dostdur və sairə. Kişi kişi ilə dostluq edər! Mən nə etməliyəm ki, heç bir məmuru saymayan adamlar mənə böyük hörmət ediblər? Misal üçün, bir dəfə rəhmətlik Cəlal Əliyev burada bağ evinə çağırmışdı, mən də ev geyimində gəlmişdim. Gördüm ki, Cəlal Əliyevin qapısında 7-8 nazir dayanıb, onlara salam verdim, mənə yuxarıdan aşağı baxırdılar, az qalsın salamımı belə almaq istəmirdilər. Həmin vaxtı mən millət vəkili də deyildim. Rəhmətlik Cəlal Əliyev bu adamları gözlətdirdi, məni çağırdı ki, Hacı buyur içəri. Cəlal Əliyevlə söhbət edib qayıdandan sonra həmin nazirlər mənə ikiəlli salam verirdilər. Çünki gördülər ki, rəhmətlik Cəlal Əliyev mənə necə hörmət bəsləyirdi.
AXC-Müsavat hakimiyyəti dövründə də mənim Ayaz Mütəllibovla yaxın olduğumu düşünənlər vardı. Halbuki, mən ömrümdə bir dəfə də olsun Ayaz Mütəllibovu yaxından görməmişdim.

AXC-Müsavat hakimiyyəti bizdən qorxurdu ona görə ki, mənim çoxlu pulum vardı, 80-90-cı illərdə Azərbaycanı taxta-şalban materiallarının 95 faizi ilə mən təmin edirdim. Həmin vaxtı 33 yaşım vardı, ancaq ölkəmizə gətirilən taxta-şalban materiallarının 95 faizi mənim üçün gəlirdi. İnanın ki, həmin vaxtı ölkədə taxta-şalbana böyük ehtiyac vardı, vaqonla taxta-şalban materialları yollarda satılırdı. Mənim 1983-cü ildən tikinti materialları mağazalarım var idi. Yəni, bunları ona görə danışıram ki, heç kəs mənim dövlətdən bir qəpik pul oğurladığımı deyə bilməz. Mən cavan vaxtlarımdan halal yolla pul qazanmağı bacarmışam.

1992-ci ildə mən Rusiyadan 2 ədəd yük maşını alıb gətizdirmişdim. Xalq Cəbhəsi adamları həmin maşınları əlimdən aldılar. Həmin maşınlardan Azərbaycanda yox idi. İkisi də mənim üçün gəlmişdi. Mən Fətullah Hüseynovun qardaşı Fikrət Hüseynovdan xahiş etdim ki, heç olmasa bu maşınlardan birini mənə qaytarın. Onlar da birini qaytardılar. Sonra Hacı Əbdülün dediyi Qatır Məmmədin oğlu Canpolad Bilgəhə yanıma gəlib dedi ki, eşitmişik sənin üçün 2 ədəd maşın gəlib, onun biri səndədir. Mümkünsə, onu bizə ver. Mənim o maşını vermək fikrim yox idi. Ancaq Canpoladla bir az söhbət etdik, gördüm ki, bu mərd oğlandır. Mən də həmin maşını ona bağışladım. Hətta, bir yük maşını nərə balığı və ərzaq yüklədib cəbhədə döyüşən əsgərlər üçün göndərdim.

Bütün bunlarla yanaşı, Xalq Cəbhəsi deyirdi ki, mən bütün varımı, pulumu onlara verim. Vermək istəməyəndə də zor tətbiq edirdilər. Sonra da özləri camaata düzgünlükdən danışırlar.
İndi İlqar Məmmədov adında bir nəfər çıxıb hakimiyyət əleyhinə danışır. Ancaq mən təəccüblənirəm ki, axı bu cür adamların niyə lazımı cavabını vermirlər. Elə gözləyirlər ki, hökumət bunların cavabını versin.

“Qurban Məmmədov və digər adamlar var ki, gedib xaricdə oturub ağızına gələni danışırlar”



– Kimin cavab verməsini istəyirsiniz?

– Xaricdə və ölkəmizdə dövlət əleyhinə çıxışlar edən, kampaniyalar aparan adamlar var. Buna qarşı tədbirlər görülməlidir. Qurban Məmmədov və digər adamlar var ki, gedib xaricdə oturub ağızına gələni danışırlar. Fikrimcə, xalqımız özü bu adamların cavabını verməlidir. Mənim Hacı Əbdüldən ona görə xoşum gəlir ki, o düzünü deməkdən çəkinmir. Hacı Əbdül doğrunu pul üçün, yaltaqlıq üçün söyləmir. İnanın ki, ona milyard da verilsə, o yenə dəyişməyəcək, haqqı söyləyəcək. Mən Hacı Əbdülün ağır günlərində onunla yanaşı olmuşam. Hacı Əbdül çox saf adamdır, onun dediklərində yalan yoxdur.

İndi Hacı Əbdüla qarşı danışan adamlar heç zaman onunla təmiz söhbət etməyi bacarmazlar. Çünki Hacı Əbdülün intelektual səviyyəsi çox yüksəkdir.

“Rəhmətlik Heydər Əliyev bir günün içərisində məni həbsdən azad etdirib”



– Sizin 2000-ci ildə həbs olunmağınızın səbəbi nə idi?

– Mənim 2000-ci ildə bəzi adamlarla münaqişəm var idi, ona görə məni tutmuşdular. Ancaq adlarını çəkmək istəmirəm.
Rəhmətlik Cəlal Əliyev mənə danışırdı ki, Ulu Öndər Heydər Əliyev mənim tutulmağımdan xəbər tutan kimi, dərhal çağırıb həmin adamlara sual verir ki, Hacı Qalib nə cinayət törədib? Həmin məmur da demişdi ki, polisə sillə vurub. Rəhmətlik Heydər Əliyev də həmin məmura deyir ki, hər gün vağzalda nə qədər polis döyülür, heç onları tutmursunuz, xeyr ola Hacı Qalibi tutursunuz? Rəhmətlik Heydər Əliyev bir günün içərisində məni həbsdən azad etdirib. Mən bu yaxşılığı heç zaman unutmaram.

“Bakılılar Mehriban xanımı öz anası, İlham Əliyevi isə öz atası kimi görürlər”



– Hacı Əbdül son müsahibəsində bildirir ki, Azərbaycanın gələcəyini və Qarabağ problemini həll edəcək bir şəxs kimi Birinci vitse-prezident Mehriban Əliyevanı görür. Siz necə düşünürsünüz?

– Mən tam əminliklə deyirəm ki, Qarabağ problemini cənab İlham Əliyev özü həll edəcək. Bu mənim qəti fikrimdir. Mehriban xanım isə İlham Əliyevin həyat yoldaşıdır, övladlarının anasıdır. Bu amilin özü də cənab Prezidentə bir gücdür. Mehriban xanımın Bakı camaatı arasında böyük hörməti var. Mehriban xanımın bu hörməti təkcə vitse-prezident kimi deyil, həm də Azərbaycan anası, qadını olduğu üçündür.
Tam səmimi deyirəm ki, Mehriban Əliyeva evdar qadın olsaydı belə, yenə də indiki hörməti bakılılardan görəcəkdi. Çünki Bakı camaatı həm Mehriban xanımı öz ana-bacıları, cənab İlham Əliyevi isə ata-qardaşları kimi çox istəyir. Bakılılar Mehriban xanımı öz anası, İlham Əliyevi isə öz atası kimi görürlər. Təkcə Bakı camaatı deyil, bütün Azərbaycan xalqı İlham Əliyevi və Mehriban xanım Əliyevanı çox istəyir

Oxunub: 4 232
Paylaş:
Digər xəbərlər

gundem / siyaset

9-07-2018, 12:51

“Sərdar Cəlaloğlu, məgər sən hakimiyyətin adamı deyilsən?” — Hacı Əbdül ADP sədrini “TOPA TUTDU”

gundem / siyaset

12-04-2018, 15:10

İlham Əliyev Hacı Cavad məscidinin açılışında iştirak etdi

gundem / cemiyyet

4-01-2018, 16:28

Elşad Miri: "Gör bu din nə gündədir ki..." - QALMAQAL

Şou Biznes
Mustafa Ceceli və digər məşhur simalar saxlanıldı
Türkiyə millisinə yeni himn bəstələyəcək
"Mənim gücüm olsaydı eləsinin nəslini süpürərdim"
Hasan Can Kaya və “Reynmen” saxlanıldı
Azərbaycan şou-biznesində vətənpərvər xanım müğənni
Ağadadaş Ağayev amnistiyaya düşdü - cəzadan azad edilir
Cəmiyyət
Dünən, 19:46
Biləcəridə ekoloji cinayət: kimlər himayə edir?
Dünən, 16:00
Mayda iki dəfə iş saatı qısaldılacaq
Dünən, 10:27
Bank borcu olan müştərinin qohumuna zəng etdi - Cərimələndi
Dünən, 10:15
Çörəyin qiyməti ilə bağlı qərar verildi
Dünən, 09:40
Ölkədə maaşlarla bağlı VACİB XƏBƏR
Dünən, 09:26
Şeyxülislamdan anti-Azərbaycan iddialarına SƏRT cavab
Kriminal
7-04-2026, 09:32
Tovuzda 19 yaşlı qız oğurlandı - 4 nəfər tutuldu
2-04-2026, 09:32
Bakıda ər-arvad bıçaqlandı - 18 yaşlı övladları tutuldu
30-03-2026, 08:40
Doğum zamanı körpə öldü
Son xəbərlər
  • Dünən, 19:46
    Biləcəridə ekoloji cinayət: kimlər himayə edir?
  • Dünən, 16:00
    Mayda iki dəfə iş saatı qısaldılacaq
  • Dünən, 15:30
    Nüvə silahı: İranın ambisiyası, Türkiyənin dilemması və qlobal sistemin sərhədləri
  • Dünən, 14:22
    Ermənistan Təhlükəsizlik Xidmətində Qarabağ bölməsi yaradılıb? – İDDİA
  • Dünən, 13:43
    Rusiyada DƏHŞƏT: Dağıntılar altında qalanlar var
  • Dünən, 13:12
    Azərbaycan AŞ PA-ya qayıdacaqmı? - GƏLİŞMƏ
  • Dünən, 12:13
    “İranda dini rejim yerini təhvil verir” İDDİASI
  • Dünən, 11:57
    Prezident İlham Əliyev: Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq
  • Dünən, 11:54
    İlham Əliyev: Güləş federasiyası gənc idmançıları toplanışlara cəlb etmək üçün işini bundan sonra da təkmilləşdirəcək
  • Dünən, 11:51
    İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib - Yenilənib
  • Dünən, 10:31
    Masallıda 14 kiloqram narkotik vasitə aşkarlanıb
  • Dünən, 10:27
    Bank borcu olan müştərinin qohumuna zəng etdi - Cərimələndi
  • Dünən, 10:22
    Okamponun videoetirafı - “Paşinyanı uzaqlaşdırmaq lazımdır”
  • Dünən, 10:15
    Çörəyin qiyməti ilə bağlı qərar verildi
  • Dünən, 09:49
    Pezeşkian hərəkətə keçdi: Müharibə bölgələri ilə bağlı təcili QƏRAR
  • Dünən, 09:43
    Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək
  • Dünən, 09:40
    Ölkədə maaşlarla bağlı VACİB XƏBƏR
  • Dünən, 09:26
    Şeyxülislamdan anti-Azərbaycan iddialarına SƏRT cavab
  • Dünən, 09:11
    Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
  • Dünən, 09:04
    Neftin qiyməti ilə bağlı SON DƏQİQƏ XƏBƏRİ
  • Dünən, 09:00
    Min manat borca görə ölkədən çıxışa “stop” qoyulur?
  • Dünən, 08:58
    Bu tarixlərdə iş olmayacaq
  • Dünən, 08:41
    Azərbaycanda zəlzələ OLDU
  • Dünən, 08:37
    "Axios": ABŞ İrana qarşı yeni hücum planı hazırlayıb
  • Dünən, 08:33
    Bakı sakinlərinə pis xəbər
  • Dünən, 08:30
    ADNA-da törədilən terror aktından 17 il ötür
  • Dünən, 08:25
    XTQ-nin yaradılmasından 27 il ötür
  • 29-04-2026, 16:00
    Az idi zəhlətökən, Zöhran da Nyu-Yorkda zühur etdi
  • 29-04-2026, 15:30
    Dörd Avropa liderlərinin ardarda səfəri - Bakı ilə münasibətlər zərurətə çevrilir
  • 29-04-2026, 12:37
    TƏCİLİ! İrəvanda həlledici danışıqlar, GÜNDƏLİKDƏ olan əsas məsələ...
  • 29-04-2026, 12:07
    Abşeronda geniş əməliyyat - Saxlanılanlar var
  • 29-04-2026, 12:02
    Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
  • 29-04-2026, 11:58
    Demokratlar Trampı məhkəməyə verir - TƏFƏRRÜATLAR
  • 29-04-2026, 11:30
    Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət edib
  • 29-04-2026, 11:17
    Büdrəyib yıxıldı: Trampa sui-qəsd cəhdi necə baş tutmadı?
Daha çox
24-04-2026, 14:09
“Qərəzli iddialar həqiqəti dəyişmir: Məzahir Səlimovun fəaliyyəti açıq və şəffafdır”
24-04-2026, 09:46
5 güləşçimiz mübarizəyə başlayır
24-04-2026, 09:50
Aİ Azərbaycanın 5 gəmisinin sanksiyalarını - Ləğv etdi
24-04-2026, 09:16
Rusiyadan gələn 19 tonluq ZƏHƏR - Təhlükəli yağ Azərbaycana necə daxil olub?
24-04-2026, 09:00
Dövlət qurumundakı əməliyyatlarda 8 nəfər həbs edilib - Rəsmi
24-04-2026, 11:05
Son Dəqiqə: Çindən təcili xəbərdarlıq - "İranı dərhal tərk edin"
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə