Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyevdir.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyevin adı, ictimaiyyətə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləyirlər..
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev dövlətimizə və rəhbərliyə sədaqət nümunəsidir!
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev vəzifəyə gəldiyi gündən görülən işlərin siyahısına nəzər salanda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.
Öz ənənələri və uğurları ilə şöhrət qazanaraq yarandığı vaxtdan xalqımızın xidmətində sədaqətlə dayanan, bədən tərbiyəsi və idman üzrə mütəxəssislər hazırlamaqda yeganə ali məktəb olan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 88 illik tarixi var.
Akademiyada baş verən dəyişikliklərdən ən əsası tərəfdaşlarla əlaqələrin gücləndirilməsi və müvafiq beynəlxalq qurumlara üzvlükdür. Qeyd etmək lazımdır ki, tələbə və müəllim mübadiləsi üçün bu, çox vacibdir. Hazırda akademiya bir neçə xarici universitetlərlə əməkdaşlıq edir. Onların arasında Türkiyə Cümhuriyyətinin Mərmərə Universiteti, Moskva Bədən Tərbiyəsi və İdman Akademiyası, Kiyev Pedaqoji Universiteti, Təbriz Universiteti və s. vardır.
Akademiya tələbələrinin vətənpərvərlik tərbiyəsi həmişə müəllim kollektivinin diqqət mərkəzində olmuşdur.
Son dövrlərdə ölkəmizdə bütün sahələrdə baş verən dəyişikliklər 88 illik tarixə malik Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının da fəaliyyətini keyfiyyətcə yeni müstəviyə qaldırmışdır. Ümumiyyətlə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyevin bu akademiyanın inkişafındakı fəaliyyəti də xüsusilə qeyd olunmalıdır. Belə ki, akademiya menecmentində keyfiyyətə nəzarətin müasir sistemlərinə də mühüm yer verilmişdir. Burada başlıca məsələlərdən biri tələbələrin akademiyada idarəetmə proseslərinə cəlb olunmasıdır. Akademiyanın bütün strukturlarında tələbə kollektivinin iştirakı təmin edilmişdir. Dərsə davamiyyətə nəzarət avtomatlaşdırılmış nəzarət sistemi olan işıqfor proqramı yaradılmış, tələbələrə xidmətin keyfiyyətini daha da artırmaq məqsədini daşıyan "Elektron dekanlıq” layihəsinin gerçəkləşdirməsinə başlanılmışdır. Hazırda tələbələr akademiyanın böyük Elmi Şurasından tutmuş fakültələrin ictimai təşkilatları da daxil olmaqla bütün seçimli orqanlarda iştirak edirlər. İnanırıq ki, 88 illiyini qeyd etməyə hazırlaşan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ölkəmizdə ali təhsil sisteminin flaqmanlarından biri kimi, bundan sonra da yüksək səviyyədə fəaliyyət göstərəcəkdir.