• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Günügündən gözəlləşən İSMAYILLI - ÖZƏL+FOTOLAR

gundem / siyaset / bolge

30-08-2018, 14:37

Günügündən gözəlləşən İSMAYILLI - ÖZƏL+FOTOLAR





















Ölkə prezidenti cənab İlham Əliyev İsmayıllıya axırıncı səfəri zamanı rayonda baş verən dinamik inkşafı bu sözlərlə ifadə etmişdir:
“İsmayıllı rayonunun inkişafı da məni sevindirir. Mən Prezident kimi İsmayıllı rayonunda dəfələrlə olmuşam, ümumiyyətlə, prezidentlik dövrümdə bu, mənim altıncı səfərimdir. Şadam ki, İsmayıllı sürətli inkişaf dövrünü yaşayır. Bu gün icra başçısı mənə görüləcək işlər haqqında məlumat verdi, təqdimatlar edildi. Burada həm turizm sektorunun inkişafı, həm də kənd təsərrüfatının, emal sənayesinin inkişafı sürətlə getməlidir. Nəzərə alsaq ki, İsmayıllının çox gözəl təbiəti, tarixi var, rayonda Lahıc, Basqal kimi iki qədim kənd var, əlbəttə ki, burada turizm potensialının maksimum dərəcədə cəlb edilməsi gərək hamımızın işi olsun.”
Ölkə başçısı İsmayıllı camaatının və bu camaata güvənərək İsmayıllının kənd təsərrüfatını, turizm sektorunu və sənayesini sürətlə inkşav etdirən İsmayıllı icra hakimiyyətinə müsbət qiymətini verib.

Günügündən gözəlləşən İSMAYILLI - ÖZƏL+FOTOLAR













Heç kimə sirr deyil ki, bu gün İsmayıllı artıq türizm mərkəzlərindən biridir və rayonun əski mafiya üzvləri bu rayonda at oynada bilmirlər. Bunun qarşısını alan İsmayıllı icra hakimiyyətinin başçısı Mirdamət Sadıqovdur. Yerli kadr olan bu adam kimin kim olduğunu qəşəng bildiyindən yerli mafioz qüvvələr onu ictimaiyyətin gözündən salmaq üçün gündə bir hoqqa çıxarır, cürbəcür şaiyələr və dedi-qodular yayırlar. Lakin rayonda bu effekt vermədiyi üçün onlar artıq mediaya cürbəcür yollarla girişərək dezinformasiyalar ötürürlər.

Zatən iş gedən yerdə xırda əyər- əskikliklərin də olması təbiidir. Kimlərsə narazı qala bilər. Lakin işin ən gözəl tərəfi ondadır ki, İcra hakimiyyətinin başçısı hamını dinləyir, hamının dərdinə səlahiyyətləri çərçivəsində kömək edir. Buna ən bariz sübut Mirdamət müəllimin kəndlərdə keçirdiyi qəbullardır. Bu da çoxlarının xoşuna gəlmir və yalandan hansısa narazılıqlar uydurub mediaya ötürürlər və tirajlayırlar. Yenə təkrar edirəm, iş olan yerdə xətalarda ola bilər, lakin rəhbərin böyüklüyü və müdrüklüyü ondadır ki, o iş prosesundə bütün bu xətaları görür və düzəldir. Axı İsmayıllı böyük və gələcəyi parlaq olan bir rayondur. 80 000 yaxın əhalisi olan və 10-dan çox milləti özündə birləşdirən İsmayıllıda 125 nəfər Qarabağ müharibəsi əlili, 625 nəfər veteranı, 139 şəhid ailəsi, 28 nəfər Böyük Vətən Müharibəsi veteranı, 650 nəfər əmək veteranı, 11 nəfər əməkdar müəllim, 12 nəfər “Tərəqqi”, 6 nəfər “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülmüş sakin yaşayır. Onlar Midamət müəllimə etimad göstərirlər.


Dövlət başçısı İsmayıllıda olarkən demişdir:

“Mən sizi salamlayıram. Çox şadam ki, Lahıc qəsəbəsinə gəlmişəm. Uzun illərdir ki, istəyirdim gəlim. Amma Prezident kimi ilk səfərimdir. Əvvəllər dəfələrlə olmuşam, siz də bunu yaxşı bilirsiniz. İstəyirdim əliboş gəlməyim. Ona görə bir az vaxt apardı. Ancaq bu səfər ərəfəsində Lahıc qəsəbəsində çox önəmli hadisələr baş vermişdir. Birincisi, biz bu gün Dəmirçi-Lahıc avtomobil yolunun açılışını qeyd etdik. Bu, hesab edirəm ki, tarixi bir layihədir. Lahıc qəsəbəsini Şamaxı rayonu ilə birləşdirir. Əvvəlki yol keçilməz idi. Heç yük maşını ilə getmək mümkün deyildi. İndi isə mən özüm bu yolla gəlmişəm. Çox rahat, gözəl yoldur, təhlükəsiz yoldur. Bakıdan Lahıca gələn turistlər üçün də, vətəndaşlar üçün də çox rahat bir yoldur. Həm daha qısadır, həm də təhlükəsiz getmək mümkündür.

Keçən il mən Dəmirçi kəndində olarkən, kəndin inkişafı ilə bağlı göstərişlər vermişəm. Bu gün orada tarix muzeyinin açılışını qeyd etdik. Dəmirçi kəndi də Lahıc qəsəbəsi ilə tarixən bağlı olan bir kənddir. Ona görə indi gediş-gəliş də çox rahat olacaq.

Lahıc qəsəbəsinin təhsil məsələlərinin həlli də diqqət mərkəzindədir. Bilirəm, belə təkliflər də olubdur ki, yeni məktəb tikilsin. Keçən il Sərəncam verildi və bu gün biz bu məktəbin açılışını etdik. Gözəl, 400 şagird yerlik məktəbdir. Hazırda burada təxminən 200-dən çox şagird oxuyur. Amma gələcəkdə əhali artacaq, uşaqların sayı artacaq. Elə məktəb tikmişik ki, gələcəkdə də Lahıc qəsəbəsinin ehtiyacını tam ödəsin.

Əlbəttə ki, Lahıc qəsəbəsinə təbii qazın çəkilişi də tarixi layihədir. Siz yaxşı bilirsiniz ki, qaz xətlərini çəkmək çox çətin məsələdir, həm maliyyə baxımından, həm texniki baxımdan. Ancaq Lahıcın Azərbaycanda xüsusi yerini nəzərə alaraq, biz bu böyük layihəni də icra etdik. İndi biz təbii qazın verilməsini sizinlə birlikdə qeyd edəcəyik.

Yəni, bir daha demək istəyirəm, mən bu gün gəlmişəm ki, bu tədbirlərdə iştirak edim və sizinlə görüşüm. Şadam ki, Lahıc sakinlərinin xahişləri tam yerinə yetirilib. Əgər əlavə xahişlər olarsa, siz mənə deyin, biz onları da həll edərik ki, bu tarixi, qədim qəsəbə öz inkişafını bundan sonra da təmin etsin.

Lahıc tarixi bir yerdir, qədim yaşayış diyarıdır. Burada yaşayan insanlar çox istedadlı insanlardır. Sizin misgərlik sənətiniz, digər sahələrdə fəaliyyətiniz lahıclıların nə qədər istedadlı olduğunu göstərir. Eyni zamanda, Lahıcdan bir çox görkəmli şəxsiyyətlər olub, bu gün də var – alimlər, ziyalılar, ictimai xadimlər. Yəni, Lahıc çox dəyərli insanlar yetişdirib. Hesab edirəm ki, təhsil məsələsində də siz ön sıralardasınız. Mənə indi məlumat verildi ki, Lahıc məktəbini bitirən şagirdlər Azərbaycanın ali məktəblərinə yüksək ballarla daxil olurlar. Yəni, bu, onu göstərir ki, qəsəbənin çox dərin kökləri var, mədəniyyəti var. Bu mədəniyyət özünü göstərir. Çünki Lahıc nəinki Azərbaycanda, bizim regionumuzda unikal yaşayış yeridir. Təsadüfi deyil ki, Lahıca minlərlə, on minlərlə turist gəlir. İndi Şamaxı-Lahıc yolu ilə daha da çox gələcəklər. Əminəm ki, turistlərin axını daha da artacaq. Bu qəsəbənin özəlliyi ondadır ki, burada çox nadir memarlıq ansamblı mövcuddur.

İndi Lahıcın memarlığı, küçələri, binaları özlüyündə bir milli sərvətdir. Burada işləyən, yaşayan insanların əl işləri də, əlbəttə ki, bu qəsəbəni dünya səviyyəsində təqdim edir. Təsadüfi deyil ki, dünyanın aparıcı televiziya kanallarında Lahıcla bağlı verilişlər gedib və bu gün də gedir. Həm “Euronews”, həm başqa aparıcı televiziya kanallarında, qonşu ölkələrin kanallarında indi çox gözəl reportajlar verilir. Bu da Azərbaycanın şöhrətini daha da artırır və Lahıca gələcək turistlərin sayını da artırır.

Turizm Azərbaycanda prioritet istiqamətlərdən biridir. Mənə verilən məlumata görə, Lahıcda otellər tikilir, bir otel indi məktəbin önündə inşa edilir. Mən bunu da alqışlayıram. Nə qədər çox turist gəlsə, ölkəmizə o qədər də çox pul gələcək. Bax, turistlərin sayı 2016-cı ildə 22 faiz, 2017-ci ildə 20 faiz, bu ilin 7 ayında 9 faiz artıb və bu proses davam edir. Hər gələn turist xidmət sektorunun inkişafına xidmət göstərir. Mən istəyirəm ki, hər bir yerdə, ölkəmizin hər bir guşəsində insanlar daha da yaxşı yaşasınlar, onların həyat səviyyəsi yüksəlsin, dolanışıq yaxşı olsun. Ona görə biz bütün lazımi infrastruktur layihələrini icra edirik, o cümlədən İsmayıllı rayonunda. Mən dünən İsmayıllı rayonunun bəzi obyektlərinin açılışında olmuşam. Həm yeni heyvandarlıq kompleksi, aqropark, yarımstansiya, yollar – bütün bunlar İsmayıllı rayonunun inkişafına xidmət göstərir. İsmayıllı rayonunda qazlaşdırmanın səviyyəsi 75 faizdir. Biz içməli su layihəsini icra etmişik, İsmayıllı şəhərinin içməli su problemi həll olunub. Bir çox kənd yolları salınıb. Dünən istifadəyə verdiyimiz yarımstansiya nəinki İsmayıllı rayonuna, qonşu rayonlara da enerji ötürür. İndi yarımstansiya ancaq 40 faiz gücü ilə işləyir. Yəni, İsmayıllı rayonunun gələcək inkişafı üçün bizdə indi bütün enerji təsərrüfatı mövcuddur.

Dünən mən xalçaçılıq fabrikinin açılışında iştirak etmişəm. Orada 150 qadın işlə təmin olunub, xalçaçılıq sənətini yaşadır, yaxşı maaş alır. Yəni, bu gün Azərbaycan reallıqları budur. Ən ucqar yerdə infrastruktur yaradılır, təhsil müəssisələri tikilir, yollar, qaz xətləri çəkilir ki, insanlar rahat yaşasınlar. Əminəm ki, yolun, qazın çəkilişindən sonra Lahıca gələn qonaqların – həm Azərbaycan vətəndaşlarının, həm də xarici vətəndaşların sayı qat-qat artacaq.

Mən şadam ki, bu gün sizinlə birlikdəyəm. Mən lahıclılarla müxtəlif sərgilərdə dəfələrlə görüşmüşəm – Bakıda, Mehriban xanımın xətti ilə Heydər Əliyev Fondunun tədbirlərində, xarici ölkələrdə lahıclılar öz sənətini nümayiş etdirirlər. Hər dəfə də onlar məni dəvət edirdilər, mən də hər dəfə deyirdim ki, gələcəyəm. Amma bir daha demək istəyirəm, istəyirdim ki, əliboş gəlməyim. Sizi bir daha təbrik edirəm”.

Oxunub: 6 091
Paylaş:
Digər xəbərlər

gundem / siyaset

27-08-2018, 15:14

İstəyirdim əliboş gəlməyim…” – Prezident İlham Əliyev

gundem / siyaset

27-08-2018, 12:30

Prezident xanımı ilə yeni salınan avtomobil yolunda

gundem / siyaset

26-08-2018, 16:23

Prezident İlham Əliyev Dəmirçi-Lahıc avtomobil yolunun açılışında iştirak edib

gundem / iqtisadiyyat

22-06-2018, 13:00

Prezident bu yolun tikintisinə 13,7 milyon manat ayırdı

Şou Biznes
"Hər toydan-şabaşdan pul ayırıb Rəşad Dağlıya göndəririk"
“Maşın” şou yenidən başlayır - Foto
Rəşad Dağlı azadlığa buraxılıb? - AÇIQLAMA
Mustafa Ceceli və digər məşhur simalar saxlanıldı
Türkiyə millisinə yeni himn bəstələyəcək
"Mənim gücüm olsaydı eləsinin nəslini süpürərdim"
Cəmiyyət
Bu gün, 13:10
Aztəminatlı ailələrə şad xəbər
Bu gün, 12:21
Şuşa, Xankəndi və Laçında kanat yoluna nə qədər vəsait xərclənib?
Bu gün, 09:49
Etibarnamə alıb-verənlərin nəzərinə! - Yeni qayda qüvvəyə minir
Bu gün, 08:37
Kirayə ev axtaranları bahalı payız gözləyir — AÇIQLAMA
Dünən, 11:53
Yeni cərimə: Bu qaydaları pozanlar 50 min manatadək cərimələnəcəklər
Dünən, 11:40
Sosial mediaya qoşulmada yaş senzi - DETALLAR
Kriminal
18-05-2026, 09:41
Sabirabadda ağır qəza - 3 ölü, 8 yaralı
7-04-2026, 09:32
Tovuzda 19 yaşlı qız oğurlandı - 4 nəfər tutuldu
2-04-2026, 09:32
Bakıda ər-arvad bıçaqlandı - 18 yaşlı övladları tutuldu
Son xəbərlər
  • Bu gün, 16:00
    Azərbaycanda yağ kəskin BAHALAŞDI
  • Bu gün, 13:10
    Aztəminatlı ailələrə şad xəbər
  • Bu gün, 12:21
    Şuşa, Xankəndi və Laçında kanat yoluna nə qədər vəsait xərclənib?
  • Bu gün, 12:16
    Dövlət büdcəsindən ən çox vəsait bu sahələrə xərclənib
  • Bu gün, 12:01
    Dövlət mülkiyyətində olan əmlak və torpaq sahəsi ilə bağlı ciddi dəyişiklik
  • Bu gün, 11:29
    Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı - Foto
  • Bu gün, 11:25
    Silahı gizlətməyin, polisə təhvil verin! - Çağırış
  • Bu gün, 11:21
    Gəmidəkilərin nəşləri tapıldı
  • Bu gün, 11:16
    Bakıda hoteldə ölüm hadisəsi
  • Bu gün, 10:23
    Hacı Əliyev millinin böyük məşqçisi oldu
  • Bu gün, 10:00
    Ata-oğulun öldüyü hadisənin - Təfərrüatı
  • Bu gün, 09:49
    Etibarnamə alıb-verənlərin nəzərinə! - Yeni qayda qüvvəyə minir
  • Bu gün, 09:45
    Millimiz San Marinoya qarşı
  • Bu gün, 09:40
    Ceyhun Bayramov Yaponiyaya rəsmi səfərə yola düşüb
  • Bu gün, 09:26
    Ankaradan açıq mesaj: sərhədin taleyi Azərbaycan...
  • Bu gün, 09:15
    Bu əraziyə şortiklə getmək qadağan edildi
  • Bu gün, 09:00
    "Hər toydan-şabaşdan pul ayırıb Rəşad Dağlıya göndəririk"
  • Bu gün, 08:58
    Trampdan İranla bağlı MÜHÜM AÇIQLAMA
  • Bu gün, 08:37
    Kirayə ev axtaranları bahalı payız gözləyir — AÇIQLAMA
  • Bu gün, 08:30
    Şadlıq evinin qarşısında səs-küy salanlar sərxoş olub: Polis insidentin qarşısını alıb
  • Bu gün, 08:24
    Türkiyənin YENİ möhtəşəm silahı – Azərbaycanın da olacaq
  • Dünən, 16:00
    Fransa Cənubi Kiprdə qoşun yerləşdirəcək - Saziş bu gün imzalanır
  • Dünən, 15:30
    "Gözləməyin, dərhal qaçın" - Dağıdıcı zəlzələ ilə bağlı ŞOK XƏBƏRDARLIQ
  • Dünən, 12:40
    Paşinyan seçkini qazandı: Əsas döyüş isə indi başlayır
  • Dünən, 11:53
    Yeni cərimə: Bu qaydaları pozanlar 50 min manatadək cərimələnəcəklər
  • Dünən, 11:49
    Azərbaycanın Portuqaliyada səfirliyi təsis ediləcək
  • Dünən, 11:40
    Sosial mediaya qoşulmada yaş senzi - DETALLAR
  • Dünən, 11:34
    Azərbaycan məktəblərində TikTok-a çıxış bloklanıb
  • Dünən, 11:15
    Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən Nigeriya vətəndaşı saxlanılıb
  • Dünən, 11:11
    Paşinyanı ilk təbrik edən Türk dövləti - Əməkdaşlığa hazırıq
  • Dünən, 11:07
    İran israilə hücuma keçdi - Yaxın Şərqdə müharibə yenidən alovlanır
  • Dünən, 10:52
    Paşinyandan Bakı və Ankaraya təşəkkür
  • Dünən, 10:15
    Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə minifutbol turnirinə start verilib -Fotolar
  • Dünən, 09:52
    Mənzildən ata və məktəbli oğlunun meyiti tapıldı - Foto
  • Dünən, 09:29
    Paşinyan qalib gələn kimi Azərbaycana çağırış etdi
Daha çox
6-06-2026, 10:12
Piyada günahkardırsa, sürücü niyə cəzalanır? — AÇIQLAMA
3-06-2026, 16:00
Sabah 31 dərəcə isti olacaq
Dünən, 16:00
Fransa Cənubi Kiprdə qoşun yerləşdirəcək - Saziş bu gün imzalanır
6-06-2026, 08:11
Süni intellekt “super peyvənd” hazırladı
5-06-2026, 20:17
AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Sərəncam
6-06-2026, 08:16
İran ABŞ bazalarını hədəf aldı
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə