Metronun bu stansiyası təmirə bağlanacaq














Bakı Metropoliteninin “Xətai” stansiyası təmirə bağlanacaq.

Bunu “Sputnik Azərbaycan”a “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, stansiyada 3 köhnə eskalator 4 yeni eskalatorla dəyişdiriləcək: “Bu vaxtadək işlər mərhələli şəkildə aparıldığından stansiya sərnişinlər üçün açıq olub”.

Təmir işlərinə sentyabrın ikinci yarısında başlanılacaq.
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın