Xəbər lenti
» » 30 ildən sonra dünya əhalisinin yarısı susuz qalacaq

30 ildən sonra dünya əhalisinin yarısı susuz qalacaq

Tarix: 21 avqust 10:39
30 ildən sonra dünya əhalisinin yarısı susuz qalacaq















2050-ci ilədək dünyada 3,5-4,4 milyard insan içməli su çatışmazlığı problemindən əziyyət çəkəcək.

Oxu.Az-ın məlumatına görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının hesabatında deyilir.

Bildirilir ki, içməli su çatışmazlığından əziyyət çəkənlərdən 1 milyardı böyük şəhərlərin sakinləri olacaq.

Hazırda dünyada iki milyarddan çox adam içməli su çatışmazlığından əziyyət çəkir yaxud da ümumiyyətlə içməli su ehtiyatlarından məhrumdur.

Hesabatda qeyd olunur ki, yaxın onilliklər ərzində enerji sektoru tərəfindən su ehtiyatlarından istifadə xeyli artacaq. Alternativ mənbələr isə problemi həll etmək iqtidarında olmayacaq.

Hazırda Hindistanda 163 milyondan çox adam içməli sudan məhrumdur. Efiopiyada isə 61 milyon insan su çatışmazlığından əziyyət çəkir.
 Oxunub: 20 


Oxşar xəbərlər:
Ən çox oxunanlar