3-08-2018, 14:37
Əyalətdən Bakıya başçı gətirilir... - Gözlənti

Əyalətdən Bakıya başçı gətirilir... - Gözlənti














Bu günlərdə bir neçə rayonun icra hakimiyyəti başçısının tutuduqları vəzifələrindən alınacağı haqda informasiya yaymışdıq.Danışan məlumatlı mənbə iddia edir ki, yaxın vaxtlarda daha 3 rayonun rəhbərinin dəyişdirilməsi gözlənilir. Onların hamısı paytaxt rayonlarıdır.

Mənbə həmin rayonların adlarını açıqlayıb. Onlar aşağıdakılardır:

1. Sabunçu rayonu;
2. Xəzər rayonu;
3. Pirallahı rayonu.

Qeyd edək ki, hazırda Daşkəsən rayonuna rəhbərlik edən və kurasiya baxımından Bəylər Əyyubova yaxınlığı ilə seçilən Əhəd Abıyevə rəhbərliyi boşalacaq paytaxt rayonlarından birinin icra başçılığının həvalə ediləcəyi də iddia olunmaqdadır.
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın