Xəbər lenti
» » Kürdəmirdə 9 May - Qələbə Günü münasibətilə tədbir keçirilib

Kürdəmirdə 9 May - Qələbə Günü münasibətilə tədbir keçirilib

Tarix: 09 may 11:59
Kürdəmirdə 9 May - Qələbə Günü münasibətilə tədbir keçirilib
















Mayın 9-da rayonun Qələbə parkında İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 73-cü ildönümü münasibətilə tədbir keçirilib.
Mərasimdə Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, Böyük Vətən müharibəsi veteranları, hüquq-mühafizə orqanlarının, idarə , müəssisə və təşkilatların rəhbərləri, ağsaqqallar və ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə İkinci Dünya müharibəsində həlak olmuş kürdəmirlilərin xatirə abidəsi kompleksi və həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı Məmiş Abdullayevin büstü önünə tər çiçəklər düzdülər.
Tədbir Kürdəmir Rayon Tarix Diyarşünaslıq Muzeyində bayram süfrəsində davam etdirildi. Mərasimdə Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov Böyük Vətən Müharibəsi veteranları ilə və Sovet İttifaqı Qəhrəmanı Məmiş Abdullayevin ailə üzvləri səmimi görüşərək onları Qələbə bayramı münasibətilə təbrik etdi, hər birinə uzun ömür , can sağlığı arzuladı. Rayon rəhbəri veteranların istək və problemləri ilə maraqlandı, onların arzu istəkləri yerindəcə həll olundu. Ceyhun Cəfərov Azərbaycan xalqının müharibə illərində göstərdiyi əzmkarlıq və qəhrəmanlıqlarından geniş söz açaraq Ulu Öndər Heydər Əliyevin veteranların sosial qayğılarını daim diqqət mərkəzində saxladığını, möhtərəm prezidentimiz cənab İlham Əliyevin bu yolu davam etdirərək Böyük Vətən müharibəsi iştirakçılarına göstərdiyi diqqət və qayğını xüsusi qeyd etdi.
Tədbirdə Böyük Vətən Müharibəsi veteranlarına Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı tərəfindən maddi yardımlar göstərildi.

Kürdəmirdə 9 May - Qələbə Günü münasibətilə tədbir keçirilibKürdəmirdə 9 May - Qələbə Günü münasibətilə tədbir keçirilibKürdəmirdə 9 May - Qələbə Günü münasibətilə tədbir keçirilibKürdəmirdə 9 May - Qələbə Günü münasibətilə tədbir keçirilibKürdəmirdə 9 May - Qələbə Günü münasibətilə tədbir keçirilib
 Oxunub: 154 


Oxşar xəbərlər:
Ən çox oxunanlar