Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun 400 minlik toyu ilə məşhurlaşan videobloger qızı Aysel Şükürova “Space” TV-də veriliş aparacaq.
A.Şükürova “Mənim evim” adlı verilişin aparıcısı olacaq və veriliş 1 saat olmaqla həftə içi 5 gün yayımlanacaq.
5 qadın və onları qiymətləndirəcək münsif (qayınana və digər şəxs) heyətindən ibarət əyləncəli yarışma proqramında xanımlar bacarığını, evinə və qonağa göstərdiyi diqqəti nümayiş etdirəcək. qalibə isə bir həftəlik Türkiyə səyahəti hədiyyə olunacaq.