25-04-2018, 16:42
Vəzifəyə gedən deputatları kim əvəzləyəcək?

Vəzifəyə gedən deputatları kim əvəzləyəcək?

















Azərbaycan Milli Məclisinin hökumətdə təyinat alan deputatlarının qanunverici orqanın komitələrində boş qalan yerlərinə namizədlər irəli sürülüb.
Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu “Ölkə.Az”a açıqlamasında deyib ki, sözügedən iclasların gündəliyinə ümumilikdə 52 məsələ daxil edilib:

“İclasda Milli Məclisin Mədəniyyət, Gənclər və İdman komitələrinə yeni üzvlərinin seçilməsi məsələsinə baxılacaq. Eyni zamanda deputat Azər Badamov və Eldəniz Səlimovun parlamentin Gənclər və İdman komitəsinin, Hüseynbala Mirələmovun isə Mədəniyyət komitəsinin üzvü seçilməsi məsələsi müzakirəyə çıxarılacaq.
Həmçinin, “Dövlət bayrağının təsdiq edilməsi haqqında”, “Dövlət gerbinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” qanun layihələrinə baxılacaq.

İclasın gündəliyinə salınan məsələlər arasında “Sosial sığorta haqqında qanuna dəyişiklik edilməsi haqqında”, “AR “Şərəf” və “Dostluq” ordenlərinin təsis edilməsi haqqında”, “İnziabti Xətalar Məcəlləsi haqqında qanuna dəyişiklik edilməsi haqqında”, “Miqrasiya Məcəlləsi haqqında qanuna dəyişiklik edilməsi haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsininin II oxunuşda dəyişiklik edilməsi və digər məsələlər daxil edilib”.
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın