Müxalif media və sosial şəbəkələrdə 17 yaşlı AXCP fəalı Fatimə Mövlamlının polis tərəfindən oğurlandığı haqda məlumat yayılmışdı.
AZXEBER.COM xəbər verir ki, hətta müxalif partiyalar və gənc fəallar bununla bağlı beynəlxalq təşkilatlara müraciət də ünvanlamışdı.
Dünən isə Fatimə Mövlamlı facebook səhifəsində öz video müraciətini paylaşıb O bildirir ki, son 4-5 gündə şəxsi həyatında problemlər olduğundan telefonunu söndürüb və rəfiqəsi ilə birgə qalıb. "Mən rəfiqəmlə qalırdım. Telefonu söndürmək məcburiyyətində oldum. Bir dəfə anama zəng etdim ki, məndən narahat olmamanız üçün məlumat versin”.
Mövlamlı onun barəsində sosial şəbəkələrdə yayılan məlumaytları əsassız sayır. "Məni yaxından tanıyan insanlar bilir ki, haqqımda hər şey yazmaq olar. Amma əxlaqsızlıq, guya haradasa tutulmuşam kimi yazılan məlumatlara inanmayın. Mən tutulmamışam. Evimizdəyəm, hər şey qaydasındaıdr. Sizi narahat qoyduğuma görə üzürlü sayın ”.
Qeyd edək ki, gənc aktivistin anası da qızının polis tərəfindən saxlanılmasına inanmadığını bir neçə gün öncə dilə gətirmişdi.