Rəfael Piriyev Azərbaycan prezidentini və xalqımızı təhqir etdiyinə görə "YouTube" video platformasında üzr istəyib.
"Ölkə.Az" xəbər verir ki, R.Piriyev üzrxahlıq videosunu “Youtube”da öz kanalına yerləşdirib.
O, yaydığı videoda ölkə prezidentindən və xalqımızdan dəfələrlə üzr istəyərək, etdiyi təhqirlərə görə peşman olduğunu ifadə edib:
“Bu yaxınlarda paylaşdığım bir videoya görə bir az danışmaq istəyərdim. Başda İlham Əliyev olmaqla, bütün xalqıma səslənirəm. Mən o söyüşlərimə görə üzr istəyirəm. Haqsız yerə söydüyümə görə xalqımdan yenə də üzr istəyirəm. Etikadan kənar işlətdiyim ifadələrə görə üzr istəyirəm. Xalqımdan da, onun başında duranlardan da üzr istəyirəm. Düzdür, bu hərəkəti etməməli idim”, - deyə Piriyev üzrxahlıq videosunda bildirib.