• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Qarabağ probleminin dinc həll yolu artıq yoxdur - sensasion iddia

gundem / siyaset

2-03-2018, 16:09

Qarabağ probleminin dinc həll yolu artıq yoxdur - sensasion iddia

















Aprel ayında Azərbaycanın erməni işğalçı qüvvələri üzərində blits-hərbi qələbəsinin ikinci ildönümü tamam olacaq. Düşmənin öz ordusu haqda illərdir yaratdığı “məğlubedilməz” mifini cəmi bir neçə gündə darmadağın edən Azərbaycan əsgəri erməni tərəfə bununla həm də aydın şəkildə mesaj verdi ki, böyük hərbi qələbə də uzaqda deyil.

Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovun bir neçə gün öncə Avropa Azərbaycanlıları Konqresinin qurultayındakı çıxışında söylədiyi bir fikri bu yerdə xatırlatmağa dəyər. Əli Həsənov deyib: “Azərbaycan regionda ən döyüşkən və hərbi-texniki planda ən mükəmməl orduya malikdir. Azərbaycan hər il öz təhlükəsizliyininin təmin edilməsinə 3-4 milyard dollar xərcləyir. Dövlətimiz gücünü aprel müharibəsində də nümayiş etdirdi. Bizə mane olmasalar, bir həftəyə, maksimum bir aya bütün işğal olunmuş ərazilərimizi qaytara bilərik”.

Bu, mübaliğəsiz belədir. Bizə əngəl yaradan qüvvələr və ya dövlətlər də əslində məlumdur. Onların başında Rusiya gəlir. Azərbaycan bu amili hansısa formada neytrallaşdıra bilsə, o zaman böyük hərbi qələbəmizin də yolu açılmış olacaq. Çünki Ermənistanın Azərbaycanla uzunmüddətli və qalibiyyətli müharibə aparıb ərazilərimizi işğalda saxlamağa yetərli hərbi, iqtisadi və insani resursları yoxdur. Bunu bir çox erməni ekspertləri də etiraf edir. Odur ki, yeganə ümidləri Rusiyayadır.

Bu xüsusda rusiyalı iki tanınmış hərbi və siyasi ekspertin - Qriqori Trofimçuk və Aleksandr Xramçixinin fikirləri maraq doğurduğu qədər də düşündürücüdür. “Yeni Müsavat” 1 in.am nəşrinə istinadən onları təqdim edir.

*****

Moskvadakı Siyasi və Hərbi Təhlil İnstitutunun direktor müavini Aleksandr Xramçixin konflikt ətrafında son durumu şərh edərkən öncə deyib ki, Azərbaycan hərb əməliyyatlara istənilən istiqamətdən başlaya bilər: “Bəli, Azərbaycanın bir neçə tərəfdən hücuma keçmək imkanı var. Əgər o, Ermənistan Respublikasının ərazisinə hücum eləsə, o zaman bununla özü üçün bir sıra ciddi siyasi problemlər yaradacaq. Yox, öz ərazi bütövlüyünü bərpa eləmək adı ilə Qarabağa girsə - bu, artıq ayrı anlam daşıyacaq. Ermənistana hücum isə təcavüz sayılacaq. Bunlar prinsipial fərqli şeylərdir”.

Lakin məlumdur ki, Azərbaycan heç bir ölkəyə, o cümlədən Ermənistana hücum eləməyə hazırlaşmır. İstənilən halda sual ortaya çıxır ki, Ermənistanın hərbi müttəfiqi, bu ölkədə hərbi bazalar saxlayan və işğalçı ölkənin Rusiya və İranla sərhədlərini qoruyan Rusiya özünü hər iki halda necə aparacaq? Rusiya konfliktə müdaxilə edəcəkmi?

Politoloq Qriqori Trofimçuka görə, Rusiya 2016-cı ilin aprelində özünü necə aparmışdısa, yenə elə aparacaq: “Yəni Moskva neytral mövqe tutaraq, tərəfləri hərbi əməliyyatları dayandırmağa və siyasi-diplomatik danışıqlara başlamağa çağıracaq. Başqa sözlə, Rusiya heç kimin tərəfində münaqişəyə girməyəcək, o cümlədən hətta Ermənistanla KTMT çərçivəsində strateji müttəfiq olsa belə, onun tərəfini tutmayacaq. Çünki əgər Rusiya Ermənistanın tərəfində konfliktə qoşulsa, o zaman Azərbaycan tərəfdən də çox ciddi hakimiyyət mərkəzləri, ilk növbədə də Türkiyə, ABŞ və başqaları müharibəyə qoşula bilər”.

*****

“Bəs Azərbaycan Ermənistana hücum eləsə, Bakının tək Rusiya ilə problemləri olacaq, yoxsa bütövlükdə beynəlxalq birliklə”-erməni jurnalistin bu təxribatçı sualına Aleksanr Xramçixin belə cavab verib: “Mən bilmirəm beynəlxalq birlik nə deməkdir. Bu, frazadan savayı bir şey deyil. Amma əgər bu suala cavab versək, o zaman Bakının Rusiya və müəyyən ”maraqlı tərəflərlə" problemi olacaq".

Xramçixinin qarşıdakı hadisələrlə bağlı proqnozları ermənilər üçün bütövlükdə optimist ruhda deyil. Onun sözlərinə görə, Azərbaycanın hərbi əməliyyatlara başlayıb öz ərazi bütövlüyünü bərpa eləməkdən başqa seçimi qalmayıb. “Nədən ki, artıq aydındır ki, problem dinc yolla həllini tapmayacaq”, - deyə o qeyd edib.

“Azərbaycanın başqa yolu yoxdur. O, heç olmasa, özünün ərazi bütövlüyünü bərpa eləməlidir. Bu, onun üçün, necə deyərlər, milli ideologiyadır. Bundan əlavə, ABŞ-ın milli kəşfiyyatının rəhbəri bəyan edib ki, konflikt bu il (may-iyunda - red.) bərpa oluna bilər. İstisna deyil ki, amerikanlar müharibəni sadəcə, təxmin eləmirlər, həm də arzulayırlar. Çünki bu, onlardan ötrü sərfəlidir. Nədən ki, Rusiya zərbə almış olacaq. Ermənistan və Azərbaycan Amerika üçün maraqlı deyil. Amma Qarabağda müharibə Rusiyaya zərbə demək olardı. Bu səbəbdən onlar məmnuniyyətlə, müharibəni qızışdıra bilərlər - Azərbaycanın əli ilə. Başqa cür mümkünsüzdür”.

Sözünə davam edən rusiyalı ekspert deyib: “Hamı həmişə sülhdən danışır. Əslində isə heç nə sülh yolu ilə həll olunmur. Bütün problemlər məhz hərbi vasitələrlə çözülür. Dağlıq Qarabağın timsalında isə mən, sadəcə olaraq, anlamıram, əgər münaqişə tərəflərinin mövqeyi bir-birinə diametral ziddirsə, problemi dinc yolla necə nizamlamaq olar? Dinc həll yoxdursa, hərb variantı qalır. Əgər tərəflər hansısa məsələ ilə bağlı anlaşa bilmirsə, mən münaqişənin sülh yolu ilə həlli imkanını görmürəm. Deməli, hərb yolu qalır. Bütün konfliktlər praktik olaraq belə qurulub. Məsələn, Çeçenistan problemi haqda deyirdilər ki, onun hərbi həll yolu yoxdur, amma hərbi vasitələrlə həll edildi”.

*****

Müstəqillik uğrunda milli-azadlıq hərəkatı aparan və öz tarixi torpaqlarında yaşayan çeçen xalqı ilə Qarabağdakı bir ovuc gəlmə separatçını müqayisə eləmək qüsurlu olsa da, hər iki məsələyə Kremlin ikili standart yanaşmasını xüsusi vurğulamaq lazım gəlir. Bu yanaşma da ondan ibarətdir ki, Çeçenistanı qan gölündə boğmaqla problemi “həll edən” Rusiya nədən Azərbaycana gələndə Bakıya belə haqq tanımaq istəmir və Lavrovun dili ilə “Qarabağda müharibə Azərbaycanın daxili məsələsi deyil” deyir? Hərçənd rusiyalı analitiklərin dedikləri Lavrovu tamamən təkzib edir. Üstəlik, 2016-cı ilin aprel presedenti var.

Əslində Azərbaycan ordusu keçmiş DQMV-nin ərazisinə girmədən də müharibənin taleyini həll edə bilər. Dağlıq Qarabağ ətrafında bir neçə rayonun ildırım sürəti ilə azad edilməsi yetər ki, erməni tərəf dirəniş göstərməyin mənasızlığını anlasın. O zaman Rusiyanın seçiminə də vaxt və lüzum qalmayacaq...
“Yeni Müsavat”

Oxunub: 5 861
Paylaş:
Digər xəbərlər

gundem / siyaset

26-01-2018, 13:19

Əliyevin Davosdan verdiyi anons İrəvanı qarışdırdı

Şou Biznes
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Azərbaycanlı gənc model özündən 45 yaş böyük Dubay şeyxi ilə evləndi – “Mənim üçün əsas olan sevgidir”
ABŞ-yə köçən aparıcı restoranda lavaş bişirir - “Bundan utanmıram”-Video
"Sosial şəbəkədə hoqqa verənləri qəhrəman etmisiniz"
Cəmiyyət
25-07-2026, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
25-07-2026, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
25-07-2026, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
25-07-2026, 08:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
25-07-2026, 08:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
25-07-2026, 08:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Kriminal
20-07-2026, 10:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 09:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 09:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Son xəbərlər
  • 25-07-2026, 12:11
    İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
  • 25-07-2026, 11:39
    Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
  • 25-07-2026, 10:17
    Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
  • 25-07-2026, 10:00
    "Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
  • 25-07-2026, 09:01
    Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
  • 25-07-2026, 09:00
    "Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
  • 25-07-2026, 08:50
    Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
  • 25-07-2026, 08:37
    Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
  • 25-07-2026, 08:27
    Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
  • 25-07-2026, 08:15
    Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
  • 25-07-2026, 08:11
    Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
  • 25-07-2026, 08:06
    Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
  • 24-07-2026, 16:00
    İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
  • 24-07-2026, 15:30
    Bakıda bu evlərin qiyməti kəskin qalxır
  • 24-07-2026, 14:22
    Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
  • 24-07-2026, 14:00
    Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
  • 24-07-2026, 13:46
    İlham Əliyev bu qanunu təsdiqlədi
  • 24-07-2026, 13:41
    Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
  • 24-07-2026, 13:37
    Prezident bu ölkədəki səfiri geri çağırdı
  • 24-07-2026, 13:34
    Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
  • 24-07-2026, 12:10
    Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
  • 24-07-2026, 12:07
    Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
  • 24-07-2026, 11:03
    Balakəndə küçə itlərini zəhərləyirlər?
  • 24-07-2026, 10:11
    Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
  • 24-07-2026, 10:07
    Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
  • 24-07-2026, 10:03
    İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
  • 24-07-2026, 09:54
    Şantaj körpüsü
  • 24-07-2026, 09:46
    Nazirlik 75 min nəfəri sevindirdi - RƏSMİ MƏLUMAT
  • 24-07-2026, 09:42
    Həftəsonu temperatur çox yüksək olacaq - Xəbərdarlıq
  • 24-07-2026, 09:39
    Bakı-Quba yolunda avtomobil piyadanı vurub öldürdü - Anbaan video
  • 24-07-2026, 09:10
    Dənizdə batan 17 yaşlı Arzunun - Fotosu
  • 24-07-2026, 09:04
    Azərbaycan nefti sürətlə bahalaşır: 110 dollara yaxınlaşır
  • 24-07-2026, 09:00
    Qurban Qurbanov: "Cavab oyununda daha yaxşı nəticə qazanmağa çalışacağıq"
  • 24-07-2026, 08:52
    Elmar Vəliyevə aid olduğu deyilən bazar 18 milyona satılır - Fotolar
  • 24-07-2026, 08:32
    Rusiyada böhran dərinləşir - Kremldə qadağaların uzadılması müzakirə edilir
Daha çox
25-07-2026, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
22-07-2026, 16:00
Paşinyanın referendum XOFU
23-07-2026, 16:00
Rusiya və erməni mediası Prezident Əliyevə qarşı birləşdi
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
21-07-2026, 18:19
“Vətənə xəyanət edənlərə yazığım gəlir” - Hikmət Hacıyevdən Tural Sadıqlıya
25-07-2026, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə