• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Ölkə məktəblərində vəziyyət “ruscadır”...

gundem / cemiyyet

28-02-2018, 15:03

Ölkə məktəblərində vəziyyət “ruscadır”...















Fevralın 22-də Bakının ümumi təhsil müəssisələrində 2018-2019-cu dərs ili üçün 1-ci sinfə qəbul başlayıb. Bir gün sonra isə məktəbə hazırlıq qruplarında 24 mindən çox uşağın avtomatik 1-ci sinfə qəbul olunduğu açıqlanıb.

Böyük ehtimalla, bu il də övladının rusdilli məktəblərdə və ya rus bölməsində təhsil almasını istəyən valideynlərin sayı az olmayacaq. Beləliklə, 1-ci sinfə qəbul məsələsi yenidən rus dili bölməsi ilə bağlı müzakirələri gündəmə gətirib. Maraqlıdır ki, son bir neçə ildə orta məktəblərin rus bölməsinə maraq xeyli artıb. Ekspertlərin əksəriyyəti rus dilində təhsilin sovet imperiyasının qalıqlarından biri olduğunu vurğulayır və bildirirlər ki, ölkədə rus dilinin inkişafı üçün kifayət qədər böyük baza var və bu təhsildə rus bölməsinin üstün olmasına gətirib çıxarır. Bunun üçün də birmənalı olaraq ölkədə ana dilində təhsilin məcburi və alternativsiz olmasının vacibliyini vurğulayırlar. Sosial şəbəkələrdə, mətbuatda rusdilli siniflərin təhlükəli olduğunu, nəhayət ki, bağlanılması ilə bağlı fikir səsləndirənlərlə yanaşı, bunun müsbət tərəflərini qeyd edənlər də var. Araşdırmalar zamanı məlum olur ki, təkcə rusdilli ailələr deyil, bu dili zəif bilən valideynlər də çalışır ki, övladları rus bölməsində təhsil alsın.

“Özü, valideynləri rus dilində bilməyənlər ”moda" xətrinə və ya guya “yüksək səviyyə” xətrinə rus bölməsini seçir". Bu fikirləri isə təhsil eksperti Kamran Əsədov sosial şəbəkədə paylaşıb. Ekspert Təhsil Nazirliyinə və Bakı şəhər Təhsil İdarəsinə maraqlı təklif edə verib: “Təklif edirəm ki, 1-ci sinfə şagirdlərin qəbulu zamanı rus bölməsini seçənləri yoxlayıb ondan sonra qeydiyyatdan keçməyə buraxın. Özü, valideynləri rus dilində bilməyənlər ”moda" xətrinə və ya guya “yüksək səviyyə” xətrinə rus bölməsini seçirlər. İbtidai sinifdə rus bölməsində təhsil alan şagirdlər yuxarı siniflərdə Azərbaycan bölməsinə keçirlər. Çünki proqram çətinləşir və valideyn ev tapşırığı və digər məsələlərdə kömək edə bilmir. Əsas da bilik və bacarıqları fərqli olan şagirdlər eyni sinifdə oxuyanda ortaya bərbad mənzərə çıxır. Kimsə rus dilində səlist, sərbəst bilir, kim isə ilk dəfə rus dili ilə tanış olur. Məktəb xarici dil öyrədir, daha xarici dili ana dili kimi öyrətmir. İnanıram ki, aidiyyəti qurumlar nəzərə alacaqlar".

Daha sonra ekspert qeyd edib ki, Azərbaycanda orta məktəblərin ümumi sayı 4472-dir ki, onun da 340-da tədris rus dilində aparılır. Bu isə orta məktəblərin 7,6 faizində tədrisin rus dilində aparılması deməkdir: “Tədrisin rus dilində aparıldığı 340 məktəbdə 90 min şagird rus dilində təhsil alır. Bu, ölkədəki şagirdlərin 6,3 faizidir. Azərbaycanda şagirdlərin ümumi sayı 1 milyon 416 min nəfərdir. Həmin şagirdlərin 450 mindən çoxu rus dilini xarici dil kimi öyrənir ki, bu da ölkə şagirdlərinin 32 faizi deməkdir. Ali təhsil müəssisələrində isə bütün ixtisasların 70 faizdən çoxu rus dilində də tədris olunur.

Ayrıca tədris dili rus dili olan iki universitet:

Moskva Dövlət Universitetinin Bakı filialı və Seçenov adına Tibb Universitetinin Bakı filialı fəaliyyət göstərir.

Bir də adı bütün slavyan dil və ölkələrini birləşdirən Slavyan Universiteti var. Bakı şəhərində 310 ümumi təhsil müəssisələrindən 141-də tədris Azərbaycan dili ilə yanaşı rus dilində aparılır. Rus bölməsi üzrə şagirdlərin sayı Bakı şəhəri üzrə təhsil alan ümumi şagird sayının 17 faizini təşkil edir".

Ekspertin qeyd etdiyi kimi, hazırda ölkədə təxminən 90 minə yaxın şagird rus bölmələrində təhsil alır. Bu statistikanın özü müəyyən müzakirələrə yol açır. Bəs rus dilinə bu qədər marağın səbəbi nədir?

Məlum məsələdir ki, Azərbaycan 70 il sovet, faktiki rus imperiyasının daxilində olub. O zamanlar rəsmi dil rus dili hesab olunurdu və imperiya xalqlarında əsasən bu dildən istifadə olunurdu. Lakin sovet hakimiyyəti dağıldıqdan sonra imperiya xalqlarının əksəriyyəti rus dilində danışmaq ənənəsini davam etdirdi, o cümlədən ölkəmizdə də. Hətta Rusiya yenidən rus dilinin hakim olunması üçün müəyyən işlər görməyə çalışır. Belə ki, 2016-cı ildə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi məsələlər üzrə səfiri Eleonora Mitrofanova hazırda dünyada rus dili ilə bağlı bir sıra problemlərin olduğunu əsas gətirərək, keçmiş SSRİ ölkələrində rus dilinə yüksək hüquqi statusun verilməsi ilə bağlı məsələ qaldırılmasını tələb etmişdi. Bəziləri rus dilinin “pilot dil” kimi hələ də çox vacib olduğunu düşünür. Bunu da onunla əsaslandırırlar ki, ölkəmizdə tərcümə imkanları azdır və hələ ki, bu dilə böyük ehtiyac var.

Bu gün Azərbaycanda bir çoxları rus dilində danışır və ya bu cəhd edir, rusca anlayışı olmayanlar belə övladlarının rus dilində təhsil almasına çalışırlar. Bəs evdə öz ana dilində, məktəbdə isə rus dilində danışmaq məcburiyyəti uşaqlara necə təsir buraxır?

Psixoloq Ramil Nəcəfli mövzu ilə bağlı “Yeni Müsavat”a danışdı: “Bəli, doğrudur ki, övladlarının rus dilində təhsil almasını istəyən valideynlərin sayı ildən-ilə artır. Əgər əvvəllər rusdilli ailələr övladlarının bu dildə təhsil almasına çalışırdısa, hazırda rus dilində danışa bilməyən, bu dildən anlayışı olmayanlar belə buna çalışır. Hazırda rus dilini bilməklə insanların perspektivi artıb, bu da tələbatdan irəli gəlir. Çünki iş yerlərinin əksəriyyətində, yəni istərsə özəl, istərsə də dövlət müəssisələrində, firma və şirkətlərdə demək olar ki, əksər insanlar rus dilində danışır. İş yerlərində rusdillilər böyük əksəriyyət təşkil edir. Səbəb əsasən bununla bağlıdır. Valideynlər də öz aləmində düşünürlər ki, gələcəkdə övladları karyera qurmaq, rahat iş tapmaq, problemlər yaşamamaq üçün rus dilini bilməlidir və bu dildə təhsil almalıdır. Belə bir tələbatı öz gündəlik həyatlarında gördüklərindən valideynlər indidən öz uşaqlarını öz aləmlərində sığortalayırlar. Bir qisim valideynlər bunu onunla əsaslandırır ki, Azərbaycandilli bölümlərdə uşaqlarda tərbiyəsizlik, kobudluq, təhsildən yayınma çox olur. Lakin belə bir fikir var ki, rusdilli bölümlərdə uşaqlar daha tərbiyəli, dərsə davamiyyətli olur, həm də bu bölmələrdə uşaqlara yaxşı təhsil verilir, qayda-qanun yaxşıdır”.

Digər psixoloqların fikrincə, uşaqların məcburən rus dilində təhsil alması onlara psixoloji sarsıntı vermir. Sadəcə, bu dildə təhsil alan uşaqlarda fikir, düşüncə ayrılıqları olur, baxış bucaqları fərqlənir.

Oxunub: 4 058
Paylaş:
Digər xəbərlər
Şou Biznes
İzlənmə rekordları qıran "Barbi" filmi bu ölkədə qadağan olundu, səbəb isə...
Rəşad Dağlıya hökm oxunub - YENİLƏNİB
CZN Burak atası ilə məhkəməlik oldu
Aparcısından şad xəbər: Məşhur veriliş yenidən ekranlara qayıdır
Razi Əliyeva döyüldü - VİDEO
"Hiss" özünü hiss etdirdi
Cəmiyyət
Dünən, 14:22
Bu abidə NİYƏ SÖKÜLMƏLİDİR? - Diqqət
Dünən, 13:13
Bu şəxslərə işğaldan azad olunmuş ərazilərdə pulsuz ev veriləcək - RƏSMİ
Dünən, 10:18
Elvin Rəhimov haqqında iftira və böhtanlarla bağlı məsələ tam araşdırılmış və nəticədə deyilənlərin təsdiqini tapmaması bəlli olmuşdur
30-09-2023, 09:44
"TikTok"a qoyulan qadağa niyə ARADAN QALDIRILMIR? - RƏSMİ
29-09-2023, 16:00
Sentyabrın son gününün hava proqnozu
29-09-2023, 15:30
Azərbaycanda Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi yaradılır
Kriminal
5-08-2023, 09:34
Ölkəyə qanunsuz yolla narkotik vasitələr daşıyan dəstə tutulub - VİDEO
31-07-2023, 10:09
Abşeronda 200-dən çox ailə dələduzluq faktı ilə üzləşib - VİDEO
30-06-2023, 09:21
Azərbaycanda 13 milyon manatlıq narkotik ələ keçirilib, 31 nəfər saxlanılıb - VİDEO
Son xəbərlər
  • Bu gün, 21:24
    “Nar” metroda şəbəkəsini gücləndirir
  • Bu gün, 20:41
    Araik Arutyunyan saxlanılıb - Bakıya gətirilir
  • Bu gün, 16:00
    Sabahın hava proqnozu açıqlanıb
  • Bu gün, 15:30
    Ermənistan Putinə qarşı QƏRAR VERDİ
  • Bu gün, 13:37
    Qanlı ittifaq Azərbaycana qarşı: ASALA, PKK, VoMa, Fransa… - Ekspert danışır...
  • Bu gün, 13:31
    İran Zəngəzur dəhlizinin açılmasını niyə istəmir? - Belə olduğu halda...
  • Bu gün, 13:22
    Azərbaycan-Fransa parlamentlərarası işçi qrupu fəaliyyətini dayandırdı
  • Bu gün, 13:17
    Arutyunyan Azərbaycanda saxlanıldı – Erməni mənbələr
  • Bu gün, 13:11
    XİN: "Azərbaycan erməni sakinlərini bərabərhüquqlu vətəndaşlar kimi reinteqrasiya etməkdə qərarlıdır"
  • Bu gün, 12:18
    Hikmət Hacıyev Qarabağdakı erməni sakinlərə göndərilən yardım barədə son məlumatları açıqladı - FOTO
  • Bu gün, 12:12
    Bu rayonların bəzi əraziləri Sumqayıta verilir
  • Bu gün, 11:34
    Qərb gözünü Rusiyanın yerinə dikdi: Ermənistan çağırışı nəyə xidmət edir
  • Bu gün, 11:29
    İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu göndərib
  • Bu gün, 11:19
    İlham Əliyev Almaniya Prezidentini təbrik edib
  • Bu gün, 11:14
    Ağ Evdən “etnik təmizləmə” sualına REAKSİYA
  • Bu gün, 10:57
    Bayraktardan Prezident İlham Əliyevə maraqlı hədiyyə - VİDEO
  • Bu gün, 10:51
    Şəhid olan daha 5 hərbçinin kimliyi bilindi
  • Bu gün, 10:07
    “Qarabağ klanı” yenidən güclənsə, sonumuz olacaq - Qukasyan
  • Bu gün, 09:14
    Separatçıların liderlərindən olan Melkumyan saxlanıldı - KİV
  • Bu gün, 09:00
    Ukraynanı qorxunc təhlükə gözləyir: ABŞ bu ölkəni Rusiya ilə təkbaşına buraxır
  • Bu gün, 08:36
    TDT Naxçıvan Bəyannaməsi ilə bağlı paylaşım edib
  • Bu gün, 08:32
    Suqovuşanın işğaldan azad edilməsindən 3 il ötür
  • Dünən, 16:00
    Yeni bahalaşmanın ayaq səsləri? - NƏ ETMƏLİ?
  • Dünən, 15:30
    “Rahatlaşmaq olmaz: Hər kəs ayıq-sayıq olmalıdır!” - ÇAĞIRIŞ
  • Dünən, 14:22
    Bu abidə NİYƏ SÖKÜLMƏLİDİR? - Diqqət
  • Dünən, 14:14
    İlham Əliyev və Mehriban Əliyeva ICESCO-nun baş direktoru ilə görüşüblər - YENİLƏNİB + FOTO
  • Dünən, 13:43
    “Nar” şəbəkəsi Xankəndi şəhərində
  • Dünən, 13:13
    Bu şəxslərə işğaldan azad olunmuş ərazilərdə pulsuz ev veriləcək - RƏSMİ
  • Dünən, 13:09
    Prezident Azərbaycanın inkişaf göstəriciləri barədə bəzi rəqəmləri açıqladı
  • Dünən, 11:46
    Erməni jurnalist xunta rejiminin Qarabağdakı şok fırıldağını ifşa etdi - VİDEO
  • Dünən, 11:41
    Fransanın daha bir Qarabağ həyasızlığı, Qorboçovun şok arxiv VİDEOSU
  • Dünən, 10:48
    İlham Əliyev: "Azərbaycanda kosmik sahəni inkişaf etdirməyə davam edirik"
  • Dünən, 10:44
    Prezident: Qoşulmama Hərəkatına sədrliyimiz yekdil qərarla uzadılıb
  • Dünən, 10:18
    Elvin Rəhimov haqqında iftira və böhtanlarla bağlı məsələ tam araşdırılmış və nəticədə deyilənlərin təsdiqini tapmaması bəlli olmuşdur
  • Dünən, 10:05
    Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin irqçi yanaşmasını sərt şəkildə qınayıb
Daha çox
30-09-2023, 10:15
Bakı sərt mesajla Fransanı hədəfə aldı: İrəvan isə Rusiyanı “hibrid savaş”da suçladı
1-10-2023, 22:04
Xırdalanda sakinlər ETİRAZ EDİR - CANLI YAYIM
27-09-2023, 16:00
Vəzifədən getməmişdən öncə "FSB”-dən Araik Arutyunyana zəng edərək nə deyiblər?.. - İLGİNC
28-09-2023, 21:30
Prezident İlham Əliyev Zəngilanda: Dövlət başçısının səfərinin DETALLARI
29-09-2023, 16:00
Sentyabrın son gününün hava proqnozu
Dünən, 16:00
Yeni bahalaşmanın ayaq səsləri? - NƏ ETMƏLİ?
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 300 23 10
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə