• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

"1997-ci ildə 2 mərtəbəyə icazəm olsa da..." - QALMAQAL

gundem / siyaset

27-02-2018, 16:17

"1997-ci ildə 2 mərtəbəyə icazəm olsa da..." - QALMAQAL
















Deputat Hacı Salayev qonşusu, keçmiş müstəntiq Nazım Bağırovu məhkəməyə verərək, "şərəf və ləyaqətinə, həmçinin işgüzar nüfuzuna zərbə vurduğuna görə” 15 min manat cərimələnməsini tələb edir. Deputatın iddiasına Nərimanov Rayon Məhkəməsində hakim Abbas Əliyevin sədrliyi ilə baxılır. Bu gün növbəti məhkəmə prosesi baş tutub.

H.Salayev öz qonşusunu "AzPolitika.info” saytının 04.11.2017-ci il tarixli buraxılışında yayımlanmış "Müstəntiqlə deputatın məhkəmədə bitən qonşuluğu – Kim haqlıdır” sərlövhəli reportaja görə məhkəməyə verib. Həmin reportaj keçmiş müstəntiq N.Bağırovun sayta müraciəti əsasında Bakının Şağan qəsəbəsində hazırlanıb. Keçmiş prokurorluq əməkdaşı bildirib ki, deputat Hacı Salayev Şağan qəsəbəsinin R.Məmmədbəyov küçəsində yerləşən imarətinin ərazisini genişləndirmək üçün bir çox qonşular kimi, onun da həyətini almaq istəyib. Lakin o, öz evini satmaq istəməyəndə deputat müxtəlif dövlət orqanlarının, ən sonda isə məhkəmənin vasitəsilə ona təzyiq etməyə başlayıb.

"1997-ci ildə 2 mərtəbəyə icazəm olsa da, imkanım olmadığından o zaman birmərtəbəli ev tikdim. Bu ilin yayında İcra Hakimiyyətindən müvafiq sənədləri alaraq, evin 2-ci mərtəbəsini tikməyə başladım. Elə bu zaman da deputat Hacı Salayevin müdaxiləsi ilə qarşılaşdım. Belə ki, 2008-ci ildə Şağan qəsəbəsinə köçən Hacı Salayev həyətinin ərazisini genişləndirməyə başladı. Bu məqsədlə də qonşuların ərazilərini almağa xeyli pul xərclədi. Hətta bir qonşunun həyətini almaq üçün ona 2 mərtəbəli ev tikib verdi. Bu yolla təxminən 1 hektara yaxın ərazini öz həyətinə birləşdirdi” – N.Bağırov bildirib. Onun sözlərinə görə, deputat onun da həyətini almaq üçün çoxsaylı təkliflər verib. Ancaq o, qəbul etməyib: "2010-cu ildən keçən 7 il ərzində Hacı Salayev dəfələrlə bu istiqamətdə təkliflər verdi. Hətta konkret məbləğlər də təklif etdi. Lakin mən imtina etdim”.

Şikayətçi daha sonra qeyd etmişdi ki, yay aylarında (2017) evinin 2-ci mərtəbəsini tikməyə başlayıb. Ancaq Hacı Salayev buna imkan verməyib: "Hacı Salayev Xəzər Rayon Məhkəməsinə müraciət edərək, mənim evimin tikintisi zamanı guya təhlükəsizlik qaydalarına əməl etmədiyimi, onun evinə də təhlükə yaratdığımı iddia edib. Və evin tikintisinin dayandırılması barədə qərar çıxarılmasını istəyib. Hakim Tərlan Əkbərov əlində heç bir ekspertiza rəyi, İcra Hakimiyyətinin mövqeyi olmadan iddianı təmin edib və tikintinin dayandırılması barədə qərardad çıxarıb. Həm də mənim iştirakım olmadan”.

Keçmiş müstəntiq məhkəmənin qərarının tamamilə qanunsuz olduğunu bildirmiş, deputatı özbaşınalıqda, qanunla qadağan olunmasına baxmayaraq, biznes fəaliyyəti göstərməkdə ittiiham etmişdi: "Necə olur ki, bəzi deputatlar maaşlarının gündəlik ehtiyaclarını ödəməyə yetmədiyini bildirdiyi halda, deputat H.Salayevin Şağan qəsəbəsində 1 hektara qədər torpaq sahəsi, Şüvəlan qəsəbəsində 4 hektar və Zirə qəsəbəsində 60 hektar torpaq sahəsi var? Belə böyük pullara malik olması da onun bizneslə məşğul olduğunu göstərir”.

Qonşusunun bu ittihamlarına saytın əməkdaşı H.Salayevin də mövqeyini öyrənmişdi. O, bildirmişdi ki, bizneslə deputatlıqdan əvvəl məşğul olub, qonşusu N.Bağırov isə öz evini əvvəl 150 min manata ona satmağa razılaşsa da, daha sonra 150 min dollar tələb etməyə başlayıb. Buna görə də sövdə baş tutmayıb. H.Salayev həmçinin israr etmişdi ki, N.Bağırov evinin 2-ci mərtəbəsini tikinti normalarına zidd olaraq inşa etmək istəyir.

Sözügedən yazıda "AzPolitika” tərəflərin mövqeyini heç bir şərh vermədən təqdim etsə də, deputat saytı da məhkəməyə verib, ona böhtan atıldığını iddia edərək, üzrxahlıq və təkzib tələb edib. Halbuki, reportajda deputatın mövqeyi daha geniş formada təqdim olunub.
Qeyd edək ki, N.Bağırov da öz növbəsində deputata qarşı Yasamal Rayon Məhkəməsində qarşılıqlı iddia qaldırıb. İddia ərizəsi icraata qəbul olunub və yaxın günlərdə məhkəmə prosesi başlayacaq.

Onu da qeyd edək ki, bugünkü iclasda hakim A.Əliyev tərəflərə barışıq təklif edib. N.Bağırov barışığa hazır olduğunu bildirsə də, qarşı tərəfin vəkili Muxtar Mustafayev deputatın adından barışıqdan imtina edib. Hakim, martın 12-nə təyin etdiyi növbəti iclasda qərarını elan edəcəyini bildirib.

Oxunub: 4 909
Paylaş:
Digər xəbərlər
Şou Biznes
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Azərbaycanlı gənc model özündən 45 yaş böyük Dubay şeyxi ilə evləndi – “Mənim üçün əsas olan sevgidir”
ABŞ-yə köçən aparıcı restoranda lavaş bişirir - “Bundan utanmıram”-Video
"Sosial şəbəkədə hoqqa verənləri qəhrəman etmisiniz"
Cəmiyyət
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
Dünən, 08:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 08:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 08:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Kriminal
20-07-2026, 10:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 09:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 09:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Son xəbərlər
  • Dünən, 12:11
    İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
  • Dünən, 11:39
    Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
  • Dünən, 10:17
    Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
  • Dünən, 10:00
    "Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
  • Dünən, 09:01
    Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
  • Dünən, 09:00
    "Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
  • Dünən, 08:50
    Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
  • Dünən, 08:37
    Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
  • Dünən, 08:27
    Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
  • Dünən, 08:15
    Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
  • Dünən, 08:11
    Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
  • Dünən, 08:06
    Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
  • 24-07-2026, 16:00
    İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
  • 24-07-2026, 15:30
    Bakıda bu evlərin qiyməti kəskin qalxır
  • 24-07-2026, 14:22
    Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
  • 24-07-2026, 14:00
    Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
  • 24-07-2026, 13:46
    İlham Əliyev bu qanunu təsdiqlədi
  • 24-07-2026, 13:41
    Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
  • 24-07-2026, 13:37
    Prezident bu ölkədəki səfiri geri çağırdı
  • 24-07-2026, 13:34
    Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
  • 24-07-2026, 12:10
    Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
  • 24-07-2026, 12:07
    Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
  • 24-07-2026, 11:03
    Balakəndə küçə itlərini zəhərləyirlər?
  • 24-07-2026, 10:11
    Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
  • 24-07-2026, 10:07
    Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
  • 24-07-2026, 10:03
    İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
  • 24-07-2026, 09:54
    Şantaj körpüsü
  • 24-07-2026, 09:46
    Nazirlik 75 min nəfəri sevindirdi - RƏSMİ MƏLUMAT
  • 24-07-2026, 09:42
    Həftəsonu temperatur çox yüksək olacaq - Xəbərdarlıq
  • 24-07-2026, 09:39
    Bakı-Quba yolunda avtomobil piyadanı vurub öldürdü - Anbaan video
  • 24-07-2026, 09:10
    Dənizdə batan 17 yaşlı Arzunun - Fotosu
  • 24-07-2026, 09:04
    Azərbaycan nefti sürətlə bahalaşır: 110 dollara yaxınlaşır
  • 24-07-2026, 09:00
    Qurban Qurbanov: "Cavab oyununda daha yaxşı nəticə qazanmağa çalışacağıq"
  • 24-07-2026, 08:52
    Elmar Vəliyevə aid olduğu deyilən bazar 18 milyona satılır - Fotolar
  • 24-07-2026, 08:32
    Rusiyada böhran dərinləşir - Kremldə qadağaların uzadılması müzakirə edilir
Daha çox
22-07-2026, 16:00
Paşinyanın referendum XOFU
23-07-2026, 16:00
Rusiya və erməni mediası Prezident Əliyevə qarşı birləşdi
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
21-07-2026, 18:19
“Vətənə xəyanət edənlərə yazığım gəlir” - Hikmət Hacıyevdən Tural Sadıqlıya
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
20-07-2026, 16:56
Prezident Almaniyadadır - Fotolar+Yenilənib
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə