Xəbər lenti
» » Uşağın əlini ətçəkən maşından çıxardılar-Bakıda

Uşağın əlini ətçəkən maşından çıxardılar-Bakıda

Tarix: 14 sentyabr 09:35
Uşağın əlini ətçəkən maşından çıxardılar-Bakıda


Bakının Nizami rayonunda yaşayan uşağın əli ətçəkən maşının içərisində qalıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, bununla bağlı nazirliyin “112” qaynar telefon xəttinə müraciət edərək, kömək istəyiblər.

Nazirliyin xilasediciləri hadisə yerinə cəlb olunub. Onlar təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə uşağın əlini ətçəkən maşından çıxarıblar.

PATRİOT.AZ
 Oxunub: 241 


Oxşar xəbərlər:
Ən çox oxunanlar