Xəbər lenti
» » Yaxın günlərdə böyük əfv sərəncamı gözlənilir

Yaxın günlərdə böyük əfv sərəncamı gözlənilir

Tarix: 23 fevral 13:21
Yaxın günlərdə böyük əfv sərəncamı gözlənilir















“Prezident İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı sərəncamından sonra 1500-dən çox insanın cəzasının yüngülləşdirilməsi prosesinə başlanılıb”.
AZTB.info-nun məlumatına görə, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov bildirib.
S.Novruzov deyib ki, bu, humanist addımdır:
“1993-cü ildən 70 əfv sərəncamı, 11 amnistiya aktı qəbul olunub. Bütün bunlar Heydər Əliyev siyasətinin əsasını təşkil edir".
Milli Məclsisin sədri Oqtay Əsədov isə qeyd edib ki, yaxın günlərdə Azərbaycan prezidenti tərəfindən əfv sərəncamı imzalanacaq:
"Bu yaxınlarda Azərbaycanda böyük sayda insanların əfv edilməsi gözlənilir. Doğrudur, bu cənab prezident İlham Əliyevin səlahiyyətlərinə aid olan məsələdir. Əminik ki, bu əfv sərəncamı imzalanacaq".

 Oxunub: 81 


Oxşar xəbərlər:
Ən çox oxunanlar