Xəbər lenti
» » Jurnalist Habil Vəliyevin məhkəmə istintaqı başa çatdı

Jurnalist Habil Vəliyevin məhkəmə istintaqı başa çatdı

Tarix: 16 fevral 12:38
Jurnalist Habil Vəliyevin məhkəmə istintaqı başa çatdı














Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən və reket fəaliyyətində ittiham olunan “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
“Ölkə.Az”ın məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə şahid qismində Rabil Hüseynov ifadə verib.

O, bildirib ki, Habil Vəliyevlə salam-sağolu olub: “Bir dəfə Şirvanda oturmuşduq. Rafiq zəng elədi, orda dedilər ki, Habil gələcək. Ona pul vermək lazımdır. 780 manat verdilər, Habilə çatdırdım. Daha sonra Rasimin pulunu da götürüb Habilə aparmışam”.

Daha sonra ifadə verən Habil Vəliyev bildirib ki, verilən ittihamların hamısı şər böhtandır: “Mən buna təəssüf edirəm. İşdi, oldu. Lakin mən ömrümü bu hakimiyyətin yoluna qoymuşam”.

Habil Vəliyev verilən ittihamı qəbul etməyib.
Həbsdə olan baş redaktor deyib ki, burda bəzi zərərçəkənləri indiyə qədər heç görməyib.
Daha sonra prosesdə məhkəmə istintaqı başa çatdırılıb. Prokuror çıxış üçün vaxt istəyib.

Növbəti proses fevralın 27-ə təyin edilib.

İttihama görə, Habil Vəliyev zərərçəkmiş şəxslər haqqında rüsvayedici məlumatlar yaymaqla hədələyərək onlardan külli miqdarda pul tələb edib.
Belə ki, o, Günəşli qəsəbəsindəki “Araz” kafesinin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsi barədə “rüsvayedici məlumatlar” yayacağı ilə hədələyərək obyektin sahibi Habil Hüseynovdan 2007-ci ildən etibarən aylıq 200 manat haqq alıb. Sonradan aylıq haqqı artırıb və 2016-cı ilədək Habil Hüseynovun 30 min manatını ələ keçirib.

Daha sonra Habil Vəliyev Neftçala rayon Maliyyə İdarəsinin rəisi Rəşid Mənəfovu rəhbərlik etdiyi idarədə qanunsuzluqların baş verməsi, rayon ərazisində fəaliyyət göstərən müxtəlif dövlət təşkilatlarına ayrılmış pul vəsaitlərini mənimsənilməsinə dair məlumatlar, həmçinin şəxsi nüfuzuna və işgüzar fəaliyyətinə xələl gətirəcək rüsvayedici məlumatlar yaymaqla hədələyib. Bu yolla məmurdan xeyli pul alıb.

Habil Vəliyev cinayətkar qrupun digər üzvləri ilə birlikdə zərərçəkmiş şəxslər haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə hədə-qorxu gəlib. Onlar Fuad Məmmədov, Tofiq Sadıqov, Rəşid Mənəfov, Xəyalə Məlikovanın əmlakını, Xəyyam Həsənov, Nofəl Musayev, Ramil Quliyev, Rafiq Rəsulovun xeyli miqdarda əmlakını, eləcə də Ramiz Cəbrayılov, Hətəm İbrahimov, Habil Hüseynov və Rasim Bağırovun külli miqdarda əmlakını ələ keçirib.

 Oxunub: 120 


Oxşar xəbərlər:
Ən çox oxunanlar