Xəbər lenti
» » Binəqədidə yanacaqdodurma məntəqəsinə hücum etdilər

Binəqədidə yanacaqdodurma məntəqəsinə hücum etdilər

Tarix: 14 fevral 11:20
Binəqədidə yanacaqdodurma məntəqəsinə hücum etdilər














Binəqədi rayonunda yerləşən Xəqani yanacaqdoldurma məntəqəsinə hücum olub.
AZTB.info-nun əldə etdiyi məlumata görə, axşam saatlarında 2 nəfər şəxs yanacaqdoldurma məntəqəsinə daxil olaraq nəzarətçi Ruslan Vəliyevi döyüblər. Sonra isə nömrəsiz avtomobillə ərazini tərk ediblər. Döyülən nəzarətçi dərhal polisə məlumat verib. Hadisə yerinə gələn Binəqədi RPİ-nin əməkdaşları müşahidə kameralarını nəzərdən keçiriblər və əməliyyat-axtarış tədbirlərinə başlayıblar.
Hazırda həmin şəxslərin saxlanılması istiqamətində işlər aparılır.

Faktla bağlı Binəqdi RPİ-də cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

 Oxunub: 124 


Oxşar xəbərlər:
Ən çox oxunanlar