Xəbər lenti
» » "Bütün Qarabağ camaatı İlham Əliyevə səs verəcək" — Bayram Səfərovdan AÇIQLAMA

"Bütün Qarabağ camaatı İlham Əliyevə səs verəcək" — Bayram Səfərovdan AÇIQLAMA

Tarix: 06 fevral 13:49
"Bütün Qarabağ camaatı İlham Əliyevə səs verəcək" — Bayram Səfərovdan AÇIQLAMA













"Bütün Qarabağ əhalisi, qaçqın və məcburi köçkünlər, o cümlədən Dağlıq Qarabağın Azərbaycan icmasının üzvləri aprelin 11-də ölkəmizdə keçiriləcək seçkilərdə cənab Prezidentə səs verəcəklər".
Bunu "Ölkə.Az"-a açıqlamasında Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov bildirib.

B.Səfərov deyib ki, bütün Qarabağ camaatı prezident İlham Əliyevi dəstəkləyir:

"Heç kəsə sirr deyil ki, aprelin 11-də Azərbaycanda tam demokratik və şəffaf, bütün dünyaya nümunə olacaq prezident seçkiləri keçiriləcək. Hər zaman olduğu kimi, növbəti prezident seçkilərində də böyük məmnuniyyətlə cənab İlham Əliyevi dəstəkləyəcəyik. Mənim buradan hər hansı çağırış etməyimə heç bir ehtiyac yoxdur. Atalarımızın gözəl bir misalı var ki, görünən kəndə bələdçi lazım deyil. Bütün qarabağlılar kimə səs verəcəyini gözəl bilir. Bu, cənab prezident İlham Əliyevdir. Möhtərəm prezidentimiz 2003-cü ildən bəri gördüyü böyük və uğurlu işlərlə xalqın etimadını qazanaraq, özünü doğruldub. Cənab İlham Əliyev Azərbaycanı müstəqil və inkişaf edən ölkə kimi dünyaya tanıdıb, Davos forumunda ölkəmizi 35-ci yerə gətirib, böyük və dünyamiqyaslı layihələrə imza atıb. Bütün bunlar dünyada tanındığı kimi, Azərbaycan xalqı da yaxşı bilir. Azərbaycanın sürətli inkişafı, ölkəmizdə qaçqın və məcburi köçkünlərə göstərilən böyük diqqət və qayğı, Qarabağ probleminin həlli istiqamətində aparılan səylər cənab prezidentimizin xidmətləridir. Bütün bunların hamısı Azərbaycan xalqını üçün edilir. Məgər bütün bunları xalqımız görmür? Əlbəttə ki, görür. Məhz buna görədir ki, bütün seçkilərdə xalqımız cənab prezidentə dəstək olur, ona səs verir".
B.Səfərov qeyd edib ki, indi Azərbaycan xalqı prezident İlham Əliyevdən savayı lider tanımır:

"Çox şükürlər olsun ki, Azərbaycan xalqı cənab prezidentimizin yanındadır. Bu birlik Azərbaycanı daha da irəli aparacaq və ölkəmiz inkişaf edəcək. Ona görə də heç bir kənar qüvvə xalqın istəyini və birliyini poza bilməz. Allahın köməyi ilə hər birimiz aprelin 11-də gedib cənab prezident İlham Əliyevə səs verəcəyik. Buna heç kəsin şübhəsi olmasın!".

 Oxunub: 121 


Oxşar xəbərlər:
Ən çox oxunanlar