• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Bir evdə həm əri, həm də onun məşuqəsi ilə yaşayan azərbaycanlı qadın: "Arada əsgər yoldaşları da bizdə qalırdı…"

gundem / hadise

5-02-2018, 23:06

Bir evdə həm əri, həm də onun məşuqəsi ilə yaşayan azərbaycanlı qadın: "Arada əsgər yoldaşları da bizdə qalırdı…"













Aytənin 30 yaşı var. Bu yaşına qədər başına gələn dəhşətli hadisələr o qədər çoxdur ki...

Minval.info-ya öz həyatını danışmaq üçün bizə müraciət edən Aytən xanımın başına gətirilən və gələn hadisələri eşidəndə şok hissi keçirəcəksiniz.

Müsahibimin başına gələnlərin hamısını bir yazı ilə bitirmək mümkün deyil. Ona görə də, müsahibəni üç hissəyə bölmək qərarına gəldim. İlk hissəni buradan oxuya bilərsiniz.

Yenə xatırladım ki, Aytən soyadının gizli qalmasını xahiş edib. Bu səbəbdən qeyd etmirik.

İndi isə keçək Aytənin danışdıqlarına:

".... bir pəncərə var idi, ona da çöldən su çəni yapışdığı üçün qaçmaq mümkün deyildi. Gündə iki dəfə ayaqyolundan istifadə edə bilirdim.

Ya səhər yeddi olanda, ya da gecə iki-üç kimi... Bir dənə ədyal vermişdilər, ona bürünüb isti qalmağa çalışırdım. Arada evə qonaq gəlirdi, amma qorxumdan səsimi çıxara bilmirdim.

Mənə demişdi "qardaşımın dəlilik kağızı var, səni öldürsə, ona heç həbs də düşmür..." On gün orda qaldım, qızıl almaq adı ilə məni köhnə paltarların satıldığı bazara apardılar, çalışırdım ki, necəsə qaçım. Çünki heç kimim yox idi, qohumlarım da məndən üz çevirmişdilər, özüm-özümə sahib çıxmağa məcbur idim...

Bir dəfə qardaşını "pristup" tutdu, şəkər olduğu üçün anası da pisləşdi, mən də həmişə "La İlahə İllallah, səsimi eşidirsənsə, bütün qapıları üzümə aç" deyirəm, gördüm qapılar açıqdı, otaqdan çıxıb tez aşağı düşdüm.

Dəmir qapının üstündə qıfıl var idi, bir az var-gəl edəndən sonra o da açıldı, qaçıb oradan uzaqlaşdım. Arxamca kiminsə gəlmədiyinə əmin olanda telefonu enerji yığması üçün qarşıma çıxan ilk dükana qoydum. Son gələn zənglərə baxdım, ard-arda gəlinimizin adını görəndə onu yığıb nə olduğunu xəbər aldım.

Demə məni polisə veriblər, guya qızıllarını oğurlayıb qaçmışam. Məsələyə aydınlıq gətirmək üçün birbaşa polis bölməsinə yollandım, elə səfil gündə idim ki, məni görən polis rəisi də bunu etdiyimə inanmadı. Hər şeyi rəisə danışandan sonra onları şikayət etməyimi tövsiyə etdi, amma yazığım gəldi, heç nə demədim".

Aytən deyir ki, 2 gün küçədə qalmalı olub: "Məni belə görəndə rəis də özündən çıxdı. Əsəbi soyuyandan sonra hara gedəcəyimi soruşdu, heç nə deyə bilmədim. İki gün küçədə qaldım, nə edəcəyimi, hara gedəcəyimi bilmirdim. Allahdan bir rəfiqəm var, zəng etmişdi, vəfasız olduğumu deyib bir az gileyləndi.

Məni də soyuqdan üşütmə tutub, həm də acam, daha deyə bilmirəm küçədə qalmışam, kömək et. Özümü toplayıb başıma gələnləri bir təhər ona danışdım. Gəlib məni evlərinə apardı, yemək verib qarnımı doyurdu. Sonra anama zəng etdi ki, bu qız küçədə qalası qız deyil. Onu da ağlamaq tutdu, qırıq-qırıq səsini eşidirdim, "bilirəm, balamdır, canımdır, amma, dayılarına, qardaşlarına görə qorxuram".

Sonra gəlib məni özü ilə evə apardı, qucaqlaşdıq, ağlaya-ağlaya niyə getdiyimi soruşdu (gözləri dolur). Mənə deyirdi evdə otur, işləmə, təki bilim yanımdasan".

İşə düzələn, pul qazanan Aytənin vəziyyəti bununla da düzəlməyib. Anası ondan bütün pulunu almaq istəyib: "Bir neçə aydan sonra şirkətdə işə düzəldim, pul yığmağa başladım. Aya 600-700 manat qazanırdımsa, onun 300-400 manatını ayırıb banka qoyurdum. Evdə elə bilirdilər 300 manat alıram, çünki 200 manatını anama verəndə 100-ünü də xərclik əvəzi özümdə saxlayırdım. Əvvəl-əvvəl aramız yaxşı idi, amma banka pul qoyduğumu biləndə hamısını aparıb ona verməyimi istədi. Bütün dərdi-səri pul idi...

Atam ağır xəstə olduğundan müalicə üçün İrana aparmaq lazım idi, mən də sənədlərindən tutmuş dərmanlarına kimi bütün xərclərini öz üstümə götürdüm. Amma oranın da bir xeyri olmadı, məcbur qaldıq Türkiyəyə gedək.

Həmin ərəfədə bir türklə danışırdım, özlüyümdə qət etmişdim ki, İstanbulda olanda onlara qonaq gedəcəyəm. Bunu anama deyəndə çox sevindi, istədi hədiyyələr alsın aparım. Daha başa sala bilmədim ki, heç nə düşündüyü kimi deyil, sadəcə dostuq, vəssalam.

Türkiyəli həkimlər atamın çox ömrü qalmadığını deyəndə 28 yaşım var idi, istəmirdim toyumu görmədən dünyadan köçsün. Məcbur qalıb türkə ərə getdim, 2015-ci ildə Bakıda toyumuz oldu. Çətin olsa da, anamı beh verməyə razı saldım, qalan hər şeyə - sağ olsun, dostlarım kömək etdilər.

Anam yenə məni təhqir edir, oğlanın yanında dişinin dibindən çıxanı deyirdi. Nəhayət, onun da səbri daşdı, məni də götürüb Türkiyəyə qayıtdı, amma heç nə gözlədiyim kimi olmadı".

"Arada əsgər yoldaşları bizdə qalırdı, deyirdilər yoldaşını istəmirik, məni qapının ağzına qoyurdu"

Evliliyi də baş tutmadı. Bir evdə həyat yoldaşı və məşuqəsi ilə yaşamalı olan Aytən, həmin günləri danışır: "Hər gün evə rəfiqəsi adı ilə qız gətirir, hələ utanmaz-utanmaz ona yemək də bişirirdi. Arada əsgər yoldaşları bizdə qalırdı, deyirdilər yoldaşını istəmirik, məni qapının ağzına qoyurdu, çox qorxurdum. Çünki qaldığımız yerdə terroristlər çox olur.

Yaxşıca xəstələnmişdi, çayına istiot atdım ki, soyuqdəymənin birə-bir dərmanıdır, amma onun üstündə eşşək sudan gələnə kimi məni döydü, deyirdi onu zəhərləmək istəyirəm. Evə bazarlıq etmirdi, arada dörd pomidor alırdısa, onları da özü yeyirdi, mən də qida əvəzinə ancaq su içirdim. Hamilə olanda məni o qədər döymüşdü ki, uşağı düşürtdüm. Amma ürək edib deyə bilmədim, həm də pis olmasını istəmirdim.

Sonra müayinə olunmaq adı ilə məni Bakıya, anamın yanına göndərdi. Yolda olanda mənə yazdı ki, Bakıya çat, sənə yaxşı xəbərim olacaq. Öyrəndim ki, boşanmaq üçün məhkəməyə ərizə verib, məndən ayrılmaq istəyir.

Məsələ ciddi olduğu üçün bilet alıb geriyə, Muşa qayıtmaq qərarına gəldim. Anama heç nə demədim, çünki bir gün sonra ad günü idi, qanını qaraltmaq istəmirdim".

"Evə girib hər tərəfi gözdən keçirdim, bildim ki, çarpayıda ayrı kimsə yatıb"

Hər şey Türkiyəyə geri dönən zaman ortaya çıxıb: "Muşda olanda qonşulardan öyrəndim ki, mən Bakıda olanda evdən gülmək səsləri gəlirmiş, onlar da elə biliblər barışmışıq, daha məni döymür. Evə girib hər tərəfi gözdən keçirdim, bildim ki, çarpayıda ayrı kimsə yatıb.

Ağlıma həyat yoldaşımın rəfiqəsi gəldi, qıza mesaj yazdım ki, bilirsən evliyik, niyə ailəmizi dağıdırsan. Verdiyi cavab məni bir az da sarsıtdı, ailəmizin çoxdan dağıldığını dedi. Sən demə bir evdə həm həyat yoldaşım, həm də onun məşuqəsi ilə birgə yaşamışam. Boşandıq. Amma qohumlarından tutmuş əsgər yoldaşlarına kimi hamı zəng edib ona şans verməyi istəyirdi.

Hətta komandiri ona bir həftə müddət verdi ki, aramızda hər şeyi danışıb yoluna qoyaq. Məni götürüb İstanbula, anasıgilə apardı. Bir gün qardaşı ilə dalaşırdı, baxdım səsi qonşulara gedir, alçaqdan danışmasını xahiş elədim, o da başladı məni boğub döyməyə.

O hala düşdüm ki, məni xəstəxanaya apardılar, ardınca Qadın sığınma evinə yerləşdim. Özümə gələndən sonra ayrıca evə çıxdım, işləyib pul yığmaq fikrim var idi".

Yemək artıqlarını, zibillikdən tapdıqları ilə qidalanan Aytənin çətin günləri hələ qabaqdadır: "Tək çətin olduğu üçün kirayə pulunu ödəyə bilmirdim, anama zəng edib mənə kömək etməsini istədim. Cavabı qısa və konkret idi: "Sənə bir qəpik də vermərəm". Dedim qızın acından ölür, necə vicdanın dözür? O aralar bir restoranda işləyirdim. Mənim də bir pişiyim var, ona aparmaq adı ilə artıqları gətirib evdə özüm yeyirdim.

Bir oğlanla tanış olmuşdum, kirayə pulunu ödəyə bilmədiyim üçün ondan borc istədim. Mənə dedi Çoruma gəl, sənə ev tutum, orda işləyərsən.

"Məni döyməyə başlayanda başa düşdüm ki, məqsədi sadəcə mənimlə olmaqdı"

Qarşımda iki yol var idi, ya pis yola düşməli, ya da təklifini qəbul etməli idim. Çorumda ev tutduq, amma məni işləməyə qoymurdu. Telefonumu, xarici pasportumu əlimdən almışdı ki, heç yerə gedə bilməyim. Məni döyməyə başlayanda başa düşdüm ki, məqsədi sadəcə mənimlə olmaqdı.

Oxunub: 4 481
Paylaş:
Digər xəbərlər
Şou Biznes
"Hər toydan-şabaşdan pul ayırıb Rəşad Dağlıya göndəririk"
“Maşın” şou yenidən başlayır - Foto
Rəşad Dağlı azadlığa buraxılıb? - AÇIQLAMA
Mustafa Ceceli və digər məşhur simalar saxlanıldı
Türkiyə millisinə yeni himn bəstələyəcək
"Mənim gücüm olsaydı eləsinin nəslini süpürərdim"
Cəmiyyət
Bu gün, 12:05
Nazir: İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinə 4,5 mlrd manat vəsait yönəldilib
Bu gün, 11:47
Rus ordusu “Tramp yolu”na NİYƏ soxuldu – HƏDƏF
Bu gün, 10:59
Orta aylıq maaş 1200 manata çatır
Bu gün, 09:46
DYP “Son zəng”lə əlaqədar məzunlara və valideynlərə müraciət etdi
Bu gün, 09:00
15 mindən çox şəxs magistraturaya imtahan verəcək
Bu gün, 08:39
Aqrar sahədə regional müşavirələrə start verilir
Kriminal
18-05-2026, 09:41
Sabirabadda ağır qəza - 3 ölü, 8 yaralı
7-04-2026, 09:32
Tovuzda 19 yaşlı qız oğurlandı - 4 nəfər tutuldu
2-04-2026, 09:32
Bakıda ər-arvad bıçaqlandı - 18 yaşlı övladları tutuldu
Son xəbərlər
  • Bu gün, 13:05
    İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO
  • Bu gün, 12:08
    Zahid Oruc: Azərbaycan heç vaxt indiki qədər azərbaycanlıların olmayıb…
  • Bu gün, 12:05
    Nazir: İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinə 4,5 mlrd manat vəsait yönəldilib
  • Bu gün, 11:47
    Rus ordusu “Tramp yolu”na NİYƏ soxuldu – HƏDƏF
  • Bu gün, 11:40
    SON DƏQİQƏ: Ermənistan ÇALXALANIR - Karapetyan HƏRƏKƏTƏ KEÇDİ
  • Bu gün, 11:17
    İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır
  • Bu gün, 10:59
    Orta aylıq maaş 1200 manata çatır
  • Bu gün, 10:25
    Prezident həmkarını təbrik etdi
  • Bu gün, 09:50
    Həmin şagird hoteldə ölübmüş
  • Bu gün, 09:46
    DYP “Son zəng”lə əlaqədar məzunlara və valideynlərə müraciət etdi
  • Bu gün, 09:28
    Son Dəqiqə: İlon Mask dünya tarixində ilk dollar trilyoneri oldu
  • Bu gün, 09:00
    Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr keçirilib
  • Bu gün, 09:00
    15 mindən çox şəxs magistraturaya imtahan verəcək
  • Bu gün, 08:44
    Ukrayna Rusiya günündə Moskvanı BELƏ "TƏBRİK ETDİ" - Nəhəng zavodlar ALOV İÇİNDƏ
  • Bu gün, 08:39
    Aqrar sahədə regional müşavirələrə start verilir
  • Bu gün, 08:34
    Cənubi Koreya DÇ-yə əzmkar qələbə ilə başladı
  • Bu gün, 08:30
    DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq
  • Bu gün, 08:26
    Azərbaycan XİN Rusiyanı təbrik etdi
  • Bu gün, 08:21
    ABŞ ilk dəfə dünyanın ən böyük neft ixracatçısı oldu
  • Dünən, 16:00
    Ermənistana böyük ZƏRBƏ: Rusiya İrəvanı bu iki ölkə ilə əvəzlədi
  • Dünən, 15:30
    Tramp: “Hörmüz boğazına ABŞ nəzarət edir, İran uduzub”
  • Dünən, 14:22
    Ermənistanda seçkidən sonra təmizləmə ƏMƏLİYYATI BAŞLADI
  • Dünən, 13:11
    Pensiyalar nə vaxt ödəniləcək?
  • Dünən, 13:04
    Azərbaycan və İran Araz çayının su ehtiyatları ilə bağlı razılığa gəldi - FOTO
  • Dünən, 11:49
    Nərimanovda baş verən yanğın söndürülüb - YENİLƏNİB
  • Dünən, 11:44
    Prezident Vuçiç istefaya hazırlaşır
  • Dünən, 10:48
    Rusiyada miqrantlar üçün rüsumlar 5-12 dəfə artırıldı
  • Dünən, 10:44
    70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı - Video
  • Dünən, 10:38
    17 il sonra İLK - Bakı GÜNDOĞAN ölkəni yenidən “kəşf edir”
  • Dünən, 10:31
    Əsgərin ölüm işində yeni fakt üzə çıxdı–Xəstə olduğundan andiçmə mərasiminə belə qatılmayıbmış
  • Dünən, 10:25
    TƏCİLİ: Ermənistanda zəlzələ oldu, Naxçıvanda hiss edildi
  • Dünən, 09:20
    Eldar Əzizov yola salınır?
  • Dünən, 09:15
    Bakı-Qəbələ-Bakı qatarı Ucarda da dayanacaq
  • Dünən, 09:11
    SON DƏQİQƏ! ŞOK ƏMƏLİYYAT: Bu məşhurlar SAXLANILDI
  • Dünən, 09:00
    “Galendewagen”lə insident törədən sürücüyə cəza verildi
Daha çox
6-06-2026, 10:12
Piyada günahkardırsa, sürücü niyə cəzalanır? — AÇIQLAMA
8-06-2026, 16:00
Fransa Cənubi Kiprdə qoşun yerləşdirəcək - Saziş bu gün imzalanır
6-06-2026, 08:11
Süni intellekt “super peyvənd” hazırladı
6-06-2026, 08:16
İran ABŞ bazalarını hədəf aldı
5-06-2026, 20:17
AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Sərəncam
6-06-2026, 08:24
Pulda və eşqdə bəxtləri gətirəcək BÜRCLƏR
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə