Xəbər lenti
» » Mövlud Çavuşoğlu: "ABŞ terrorçuların dili ilə danışır"

Mövlud Çavuşoğlu: "ABŞ terrorçuların dili ilə danışır"

Tarix: 23 yanvar 10:37
Mövlud Çavuşoğlu: "ABŞ terrorçuların dili ilə danışır"














"PYD və YPG terrorçuları Türkiyə üçün real təhdiddir".
AZTB.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Çavuşoğlu ABŞ-ın dövlət katibi Reks Tillersonla Afrin əməliyyatını müzakirə etdiyini bildirib.
"Tillerson Suriya ərazisindən PYD və YPG bölmələrinin Türkiyə ərazisinə raket zərbəsi endirmədiyini bildirdi. ABŞ-ın dövlət katibi Reks Tillerson terrorçuların dili ilə danışır. Ona dedim ki, faktları başqa mənbələrlə də dəqiqləşdirsin. Terrorçulara inanmasın".

Çavuşoğlu bildirib ki, Birləşmiş Ştatlar terrorçulardan sitat gətirmək əvəzinə Türkiyənin təqdim etdiyi faktlara inanmalıdır.

Xatırladaq ki, dünən PYD və YPG terrorçularının Türkiyənin Hatay vilayətini atəşə tutması nəticəsində bir nəfər ölüb.

 Oxunub: 136 


Oxşar xəbərlər:
Ən çox oxunanlar