Xəbər lenti
» » Kürdəmirin təhsil işçiləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anmışlar

Kürdəmirin təhsil işçiləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anmışlar

Tarix: 19 yanvar 17:07
Kürdəmirin təhsil işçiləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anmışlar

















Yanvarın 19-da Kürdəmir Rayon Təhsil şöbəsində 20 Yanvar faciəsi şəhidlərinin 28-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, Kürdəmir Rayon Təhsil Şöbəsinin müdir əvəzi Natiq Tarverdiyev və təhsil işçiləri iştirak edirdilər.
Tədbir iştirakçıları əvvəlcə faciə qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan Kürdəmir Rayon Təhsil Şöbəsinin müdir əvəzi Natiq Tarverdiyev 20 Yanvar günü Azərbaycan xalqının yaddaşında qanlı bir səhifə kimi qalmaqla bərabər, həm də qürur günü kimi daxil olub. O, Sovet ordusunun Azərbaycanda həyata keçirdiyi bu qətliamın Qarabağa qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı döyüş hissələrinin yeridilməsi nəticəsində baş verdiyi qeyd etdi. Qanlı Yanvar hadisələrinə yalnız Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yenidən siyasi rəhbərliyə qayıtdıqdan sonra tam siyasi hüquqi qiymət verilib, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edilib. Tədbirdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov 20 Yanvar faciəsinin xalqımızın müstəqillik uğrunda mübarizəsində oynadığı roldan da danışaraq bu hadisənin Azərbaycan xalqının yaddaşında qanlı bir səhifə kimi qalmaqla bərabər, həm də qürur günü kimi daxil olduğunu qeyd edib.
Çıxışlarda 20 Yanvar faciəsinin xalqımızın azadlıq uğrunda mübarizə tarixinin şanlı səhifəsi olduğu, bu tarixin heç vaxt unudulmayacağı söylənilib.

 Oxunub: 145 


Oxşar xəbərlər:
Ən çox oxunanlar