Xəbər lenti
» » Afrini türk qorxusu bürüdü – Bayraqlar endirildi

Afrini türk qorxusu bürüdü – Bayraqlar endirildi

Tarix: 17 yanvar 12:04
Afrini türk qorxusu bürüdü – Bayraqlar endirildi














Türkiyənin Afrinlə sərhəddə yerləşən Kilis bölgəsinin Ağcabağlar və Dəmirişıq kəndlərindən PYD-YPG mövqeləri müşahidə olunub.

Axar.az xəbər verir ki, əraziyə yollanan “Anadolu” agentliyinin əməkdaşları terrorçu mövqelərində təşkilata məxsus rəmzlərin aradan qaldırıldığını bildiriblər.

Eyni zamanda, daha əvvəl 5 rus bayrağının dalğalandığı ərazidə hazırda sadəcə 1 bayrağın asılması diqqət çəkib. Terrorçuların xüsusilə strateji əhəmiyyətli yüksəkliklərdə beton müşahidə nöqtələri qurduqları və bir sıra yerlərdə səngərlərin qazıldığı nəzərə çarpıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir qədər əvvəl Afrin əməliyyatı ilə bağlı hazırlıqların tamamlandığını bildirmişdi. Artıq terrorçuların mövqelərinə ilk zərbə də endirilib, 30 silahlı zərərsizləşdirilib.

 Oxunub: 145 


Oxşar xəbərlər:
Ən çox oxunanlar