Xəbər lenti
» » Rövşən Bağırov da narazılıq yaradır - FOTOLAR

Rövşən Bağırov da narazılıq yaradır - FOTOLAR

Tarix: 13 yanvar 10:25
Rövşən Bağırov da narazılıq yaradır - FOTOLAR














"Qardaşım Telman İsmayılov 1993-cü ildə Ağdamda gedən döyüşlərdə şəhid olub".

Bunu BiG.AZ-a açıqlamasında şəhidin qardaşı Seymur İsmayılov deyib.

Seymur İsmayılov vurğulayıb ki, qaraşının məzarı dağılmış vəziyyətdədir: "Qəbrin başdaşının düzədilməsi ilə bağlı anam 7-8 ay bundan qabaq Lerik Rayon İcra Hakimiyyətinə müraciət edib. Onlar isə qəbrini düzəlməsi üçün tikinti materialları göndərib. Mən onları qəbul eləmədim. Ərzəmizdə də qeyd etmişdik ki, biz başdaşının dəyişilməsini istəyirik. O başdaşı şəhidə layiq deyil. Lerik Rayon İcra Hakimiyyətindən də bildirdilər ki, bizim baş daşını dəyişdirməyə vəsaitimiz yoxdur. Qəbri düzəldikdən sonra vəsait olanda baş daşını dəyişdirərik. Mən isə bildirdim ki, qəbri mən düzəldərəm. Siz sadəcə başdaşını dəyişin. Şəhidin adına layiq başdaşı qoyulsun".

Lerik rayon icra başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikov bildirib ki, Seymur İsmayılov anası ilə birlikdə hazırda Masallıda yaşayır. “Onlar bizə müraciət edən zaman problemi araşdırmaq üçün mühəndis göndərdik. Baxış zamanı bəlli oldu ki, məzarın sinədaşı dağılıb. Biz bununla bağlı həmin vətəndaşa tikinti materialları göndərdik. Amma Seymur İsmayılov sinədaşının düzəldilməsinə icazə verməyib. Daha doğrusu bildirib ki, mən baş daşını dəyişdirəcəm. Ondan sonra da göndərdiyiniz materiallardan istifadə edəcəyik”.

Habil Məlikov onu da qeyd dib ki, Lerik rayonunda 150-yə yaxın şəhid məzarı var. “Həmin şəhidlərə 90-cı ildən bu günə kimi eyni qayda da başdaşları düzəldilir. Heç bir şəhid arasında da ayrıseçkiliyə yol vermirik. Əgər şəhidin ailəsi qara mərmərdən və başqa cür başdaşı istəyirsə həmin vəsait ödənilir. Şəhid yaxınları isə bizim verdiyimiz vəsaitin üzərini düzəldərək istədiyi başdaşını qoydurur”.

Rövşən Bağırov da narazılıq yaradır - FOTOLARRövşən Bağırov da narazılıq yaradır - FOTOLAR
 Oxunub: 58 


Oxşar xəbərlər:
Ən çox oxunanlar