Ermənistanın hazırki prezidenti Serj Sarkisyan vəzifəsindən ayrıldıqdan sonra baş nazir olacağını rəsmən təsdiqləyib.
AzVision.az xəbər verir ki, bu barədə "Jamanak" qəzeti məlumat yayıb. Bildirilib ki, Sarkisyan bu barədə prezident sarayında keçirilən konsultasiya zamanı deyib.
Sarkisyan çıxışı zamanı açıq şəkildə bəyan edib ki, ilin ikinci yarısından sonra o, hökumət başçısı olacaq və mövcud problemlərin həlli ilə özü məşğul olacaq.