Xəbər lenti
» » Deputat: “Ağıllı adam siqaret çəkib, özünü zəhərləməz”

Deputat: “Ağıllı adam siqaret çəkib, özünü zəhərləməz”

Tarix: 08 yanvar 19:37
Deputat: “Ağıllı adam siqaret çəkib, özünü zəhərləməz”














"Azərbaycanda ictimai yerlərdə siqaretdən istifadənin qanunla qadağan edilməsi tam doğru addımdır”.

Bunu "Ölkə.Az”-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Abıyev bildirib.

A.Abıyev deyib ki, sözügedən qanun ABŞ və digər dövlətlərdə xeyli vaxt əvvəl qəbul edilib:

"Siqaretdən istifadə ilə bağlı qanunu qəbul etməkdə biz gecikmişik. Bu gün siqaret çəkilməsinə qadağadan narazılıq edən adamlar yaxşı olar ki, gedib ABŞ-da bunu etsinlər. Həmin adamların hünəri varsa gedib ABŞ-da hava limanı və ya marketdə siqaret çəksin. Dərhal tutub həbs edəcəklər, cərimələcəyəcəklər və sairə. Azərbaycanda ictimai yerlərdə siqaret çəkilməsinə qarşı olan qanunlar hələ çox yumşaqdır. Bu da təbiidir. Biz cəmi 26 ildir ki, müstəqil dövlətik. ABŞ-ın isə müstəqillik yaşı 100 ildən çoxdur. Ona görə də hələ Azərbaycanda qanunlar çox qəbul olunacaq”.
A.Abıyev siqaretin insan sağlamlığına böyük zərər vurduğunu söyləyib:

"Ümumiyyətlə, siqaret çəkmək doğru deyil. Siqaretin insan səhhətinə zərərli olduğunu artıq uşaq da bilir. Ağıllı adam siqaret çəkib, özünü zəhərləməz. Dövlət və parlament də öz vətəndaşlarının qeydinə qalaraq, bu cür qanunlar qəbul edir. Hər bir insan da qəbul edilən qanunun tələblərinə ciddi əməl etməlidir”.

 Oxunub: 157 


Oxşar xəbərlər:
Ən çox oxunanlar